Türkiyədə azərbaycanlı qadını öldürənin kimliyi məlum oldu - 7 yaşlı oğlu görüb - FOTO
Türkiyənin Dənizli vilayətinin Pamukkale rayonunda qətlə yetirilən 2 uşaq anası olan azərbaycanlı Türkay İsayeva ilə bağlı detalların üstü açılıb.
Sevgilisi Mertkan Öztürkün döyərək öldürdüyü Türkay İsayevanın əmisi qızı Natavan Əhmədova talesiz qadının yaşadıqlarını açıqlayıb.
33 yaşlı Türkay İsayevanın meyiti 18 aprel tarixində, səhər saatlarında yaşadığı evdə aşkar edilib. Hadisə ilə əlaqədar saxlanılan sevgilisi Mertkan Öztürk gənc qadının nərdivandan yıxılaraq öldüyü iddiası ilə çıxış edib. Ancaq tibbi ekspertiza İsayevanın döyülərək öldürüldüyünü təsdiq edib.
Qətlin üstündən bir həftə keçib. Natavan Əhmədova Türkayın tez-tez döyüldüyünü və olaydan sonra isə Mertkan Öztürkün ailəsi tərəfindən də təhdid edildiklərini deyib. Natavan İsayevanın sevgilisi tərəfindən döyüldüyünü öz gözləri ilə gördüyünü sözlərinə əlavə edib:
"Əmi qızımla görüşürdük. Bir dəfə 2-3 günlüyünə onunla qaldım. Gözümün önündə ən az 4 dəfə döydü qızı. Hər zaman döyərdi. Türkay ondan qurtula bilmirdi. Heç kim bizim şikayətlərimizi dinləmədi. Şahid tutdular, qardaşı onu hər zaman "içəridən" çıxartdı. Türkayı Azərbaycana aparmaq istədim, amma "Sevirəm" deyirdi. Hər dəfə Türkayı aldadıb, yanında saxlayırdı. Ölümündən 3 gün öncə danışdıq. "Ayrıldım, qurtuldum" dedi. Amma qızı izləyirmiş. Sonra eşitdik ki, qızı döyərək öldürüb. Başı parçalanmışdı."
Hadisələrin İsayevanın əvvəlki sevgilisindən olan 7 yaşlı oğlunun gözü qarşısında yaşandığını qeyd edən Əhmədova: "Uşaq dedi ki, "Anamı saçlarından tutub divara vurdu, ağzından, burnundan qan açıldı". Uşağı da "Səni öldürəcəm" sözləri ilə təhdid edib. Psixologiyası pozulub, yata bilmir. Gözlərini bağladığı an "Mert gəldi" deyib, ağlayır. Türkayın Mertdən olan 5 aylıq körpəsi var. Dövlət himayəsindədir".
mənbə: milli.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1204 Tarix: 25 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşÜzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930