Mətbuat Şurasında yeni TƏYİNATLAR - FOTOLAR

Mətbuat Şurasında yeni TƏYİNATLAR - FOTOLARBu gün Mətbuat Şurasında İdarə Heyətinin növbəti iclası keçirilib.

BiG.AZ-ın xəbərinə görə, qurultaydan sonra qurumun ilk iclası üçün toplandıqlarını xatırladan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, toplantıda komissiyalar və onların tərkibi müəyyən ediləcək: "Bildiyiniz kimi, bu gün həm də Prezidentin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mətbuat Şurası adından bir daha cənab Prezidentə təbriklərimizi çatdırırıq. Bugünkü iclasda təşkilati məsələləri müzakirə edəcəyik. Bilirsiniz ki, İdarə Heyəti sədrin iki müavinini seçir, onlardan biri ictimaiyyət, biri jurnalist üzvlər arasından olmalıdır. Bundan əvvəl ictimaiyyətdən Müşfiq Ələsgərli, jurnalistlər arasından isə Umud Rəhimoğlu müavin seçilib".

Daha sonra iclasda əvvəlki müavinlər səsə qoyularaq yenidən təsdiqlənib. Şuranın icraçı katibi vəzifəsinə uzun müddət Mətbuat Şurasının hüquqşünası kimi çalışmış Şəmsəddin Əliyev təsdiq edilib.

Ə.Amaşov bildirib ki, Şura sədrinin hər iki müavini şikayətlər üzrə komissiyanın tərkibində təmsil ediləcək.

Şuranın iclasında Vüqar Rəhimzadə Şikayətlərlə iş üzrə Komissiyanın sədri, Azər Həsrət isə Beynəlxalq Əlaqələr Komissiyasının sədri seçilib.

Yadigar Məmmədli mətbuatla dövlət qurumları arasında əlaqələr komissiyasının, Reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Müşfiq Ələsgərli seçilib. Vüsalə Mahirqızı İnternet medianın inkişafı üzrə komissiyanın sədri, Nəsir Əhmədli Dil komissiyasının sədri seçilib. Daha sonra hər bir komissiyanın tərkibi müəyyən edilib. Ə.Amaşov bildirib ki, Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində iş aparılır. Sonra İdarə Heyətinin üzvləri təkliflərini səsləndirib.

Tədbirdə çıxış edən Beynəlxalq Əlaqələr Komissiyasının sədri Azər Həsrət Mətbuat Şurasının saytının yenidən qurulmasına ehtiyac olduğunu bildirib: "Hesab edirəm ki, saytda onlayn müraciət olmalıdır. Bundan başqa, vahid vəsiqənin tətbiqi məsələsini aktuallaşmalıdır. Hətta Mətbuat Şurası haqqında qanuna daxil edilməlidir".

"Teleqraf Holdinq"in media qrupunun direktoru Aynur Camalqızı Kütləvi İnformasiya Vasitələri haqqında qanunda dəyişiklik edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb: "Mətbuat Şurası haqqında qanunun hazırlanmasını alqışlayıram, hesab edirəm ki, bu qanuna ciddi ehtiyac var. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələri haqqında qanuna da əlavələr olunmasını istərdim. Bildiyiniz kimi, Media qurumları olaraq hər birimiz MMC yaratmışıq. Lakin bu gün media da digər sahələr kimi kommersiya qurumu kimi fəaliyyət göstərir. Hesab edirəm ki, media ilə digər MMC-lərin statusu fərqləndirilməlidir. Bu məsələnin müvafiq qanun layihəsinə əlavə edilməsi istiqamətində İdarə Heyətində təmsil olunan millət vəkilləri dəstək ola bilər".

Ə.Amaşov bildirib ki, bu məsələnin müzakirə edilməsinə ehtiyac var: "Bu məsələni necə görmək istədiyimiz barədə təkliflərimizi müəyyən edib, daha sonra məsələni Milli Məclisdə qaldıra bilərik".

Millət vəkili, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas vahid vəsiqə məsələsinin qısa zamanda həll edilməsinə ehtiyac olduğunu deyib.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Mətbuat Şurasının İdarə Heyətinin hər bir üzvünün reket jurnalistika ilə mübarizəyə dəstək verməyə çağırıb: "Bu gün müxtəlif güclərə, xarici qüvvələrə bağlı olan reketlər var. Bəzən bizi də haqsız yerə ittiham edirlər. Reket jurnalistlər bəzən Şura üzvlərini danışdırır, fərqli mövqeləri, ya da çıxışdan müəyyən hissəni çıxararaq Mətbuat Şurasında parçalanma kimi təqdim edirlər. Şuranın İdarə Heyətinin hər bir üzvü reket jurnalistika ilə qarşı mübarizədə bizə dəstək olmalıdır".
BiG.AZ

Mətbuat Şurasında yeni TƏYİNATLAR - FOTOLARMətbuat Şurasında yeni TƏYİNATLAR - FOTOLARMətbuat Şurasında yeni TƏYİNATLAR - FOTOLARMətbuat Şurasında yeni TƏYİNATLAR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 519   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 2608
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 108
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 206
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1068
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 134
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 268
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 779
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 199
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 410