"Yoldaşım dedi ki, video kəndin bütün oğlanlarında var, baxılası deyil" -

"Yoldaşım dedi ki, video kəndin bütün oğlanlarında var, baxılası deyil" -Cəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorladığı deyilən müəllim B.A (ad şərtidir) ailəli imiş.
Sözügedən məktəbin direktoru Aygün Məlikova ölkə.az-a verdiyi məlumata görə, müəllimin bir, texniki işçinin iki övladı var. A.Məlikova hər iki şəxsi belə xarakterizə edib:

"B.A altı ildir bizim məktəbdə ibtidai sinif müəllimi işləyir, 34 yaşı var. Mən bu məktəbə iki ildir rəhbərlik edirəm. Qadın isə məktəbimizin təmizlik işçisi yox, gündüz gözətçisidir. Hər ikisi ailəlidir. Gözətçinin iki, müəllimin bir övladı var. Bu müddətdə onların hansısa münasibətinin olmasını hiss etməmişik. Hər ikisi hər gün məktəbdə olurlar".

Direktor bildirib ki, dünəndən Muğan kənd sakinləri müəllimi axtarır:

"Kənd camaatı müəllimin evinin həyətinə tökülüşüb üsyan edirlər. Qapısında iki yüzdən çox adam var idi. Amma nə qadın, nə də müəllim ortada yoxdur. Qadın şikayəti edəndən sonra gecəylə qaçmışdı. Bildiyimə görə hazırda hər ikisi polis idarəsindədir. Dünənə qədər hər ikisi işə gəlirdilər. Mənim qızlarımdan biri də həmin müəllimin sinfində oxuyur. İnanın ki, özüm dünəndən qorxu, həyəcan içindəyəm, yatmamışam.
Qarovulçunun eviylə məktəbin həyəti bitişikdir. Kənd camaatına da deyirəm ki, mən məktəbin məsuliyyətini daşıyıram. İşçilərin işdən sonra etdiklərinə cavabdeh deyiləm".

A.Məlikova qeyd edib ki, müəllimlə gözətçinin intim münasibətini əks etdirən video görüntü kənddə yayılıb:

"Onların münasibətini əks etdirən video var. Mən o videoya baxmamışam. Ancaq baxanlar deyirlər ki, ora məktəb deyil, başqa evdir. Həmin görüntülər kəndin bütün oğlanlarının telefonlarında var. Videoda müəllimin yox, ancaq gözətçinin üzü görünür. Bunu mənə bayaq müəllimin həyat yoldaşı dedi ki, o videodakı bizim ev deyil. Baxmaq istədim, həyat yoldaşım icazə vermədi ki, baxılası deyil".

Qeyd edək ki, xəbəri ilk olaraq "Report" yayıb. Xəbərdə qeyd edilir ki, Muğan kənd orta məktəbinin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.

Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3305   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 221
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 116
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 251
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 506
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 644
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 219
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 260
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 491