Gözlər Prezidentdə: Yeni baş nazir kim olacaq? - AÇIQLAMA

Gözlər Prezidentdə: Yeni baş nazir kim olacaq? - AÇIQLAMABu gün Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı üçün Nazirlər Kabineti tam tərkibdə istefa verdi.

Hazırda sosial şəbəkələrdə və cəmiyyətdə yeni formalaşdırılacaq Nazirlər Kabinetinin tərkibində hansı nazirlərin qalıb, hansıların gedəcəyi əsas müzakirə mövzusudur. Ən çox isə 83 yaşlı Baş nazir Artur Rasizadənin yeni formalaşacaq kabinetə başçılıq edib-etməyəcəyidir.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Konstitusiyaya əsasən, Prezident yaxın günlərdə baş nazirin namizədliyi ilə bağlı parlamentə müraciət edəcək:

"Parlament razılıq verdikdən sonra isə hökumətin tərkibi müəyyən edilir. Ona qədər bütün hökumət yeni təyinatlara qədər həmin vəzifənin səlahiyyətini icra edən statusda olurlar. Baş nazirliyə, yaxud da hökumət üzvlüyünə kimin namizədliyinin veriləcəyi prezidentin səlahiyyətində olan məsələdir".

Millət vəkili Artur Rasizadə ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib:

"Artur Rasizadə Azərbaycan dövlətçiyində xidməti olan görkəmli insanlardan biridir. O öz vəzifəsinə çox məsuliyyətlə yanaşıb, üzərinə düşən vəzifənin yerinə yetirilməsində daim nümunəvi bir dövlət işçisi olduğunu göstərib. Öz fəaliyyətinə, məsuliyyətinə, dövlətçilik ənənələrinə sədaqətinə görə cəmiyyətdə böyük nüfuza malik olub".

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə Artur Rasizadnin yeni formalaşdırılacaq hökumətin tərkibində olacağına inanmadığını bildirib:

"Bu, Artur Rasizadənin təkcə yaşı ilə bağlı deyil. Təəssüf ki, baş nazirimizin səhhəti yaxşı deyil. Gözündə ciddi problemlər var. Bu səbəbdən də öz təcrübəsindən hökumətin işində lazımınca istifadə edə bilmir. Zənnimcə, cənab Prezident Milli Məclisə baş nazir kimi yeni ad təqdim edəcək.

Daha bir gözlənti isə baş nazir vəzifəsinin ləğvidir. Çünki Nazirlər Kabineti Prezident aparatının tərkibindədir və I vitse-prezident o funksiyanı yüksək səviyyədə yerinə yetirir. Əlbəttə, bütün bunlar ehtimal və proqnozlardır. Prezident öz komandasını özü seçir və kimin hansı potensialı olduğunu da daha yaxşı bilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6830   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788