Məşhur azərbaycanlı model: "Yazırlar ki, "bunun yiyəsi yoxdur, ailəsi hara baxır?"

Məşhur azərbaycanlı model: "Yazırlar ki, "bunun yiyəsi yoxdur, ailəsi hara baxır?""İndi oğlanlar qızla bir müddət sevgili olur və ayrılırlar, mən onları dəstəkləyirəm"

Bu dəfə ki həmsöhbətimiz bir çoxlarının Elvin İbranın vine-ları vasitəsilə tanıdığı model Ramina Abbasovadır.

Əslində Ramina son 1 ildir Elvin İbra ilə birlikdə çalışıb, ondan öncə isə həm aktrisa, həm də model kimi öz sözünü deməyi bacarıb.

Çox fərqli obrazlara büründüyü fotosessiyaları ilə yadda qalan Ramina bəzi modellərdən fərqli olaraq təhsil alıb, mütaliəni çox sevir. Belə ki, Ramina Azərbaycan Dillər Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb, daha sonra dilşünaslıq sahəsində magistr dərəcəsinə yiyələnib.

Minval.info-a verdiyi müsahibədə cazibədar fotomodel ölkəmizdə bu sahə ilə məşğul olmağın çətinliklərindən, modellik adına xələl gətirənlərdən, Elza Seyidcahan sevgisindən və bir çox başqa mövzudan bəhs edib, qızlar barədə isə çox iddialı sözlər deyib.

Minval.info fotomodel Ramina Abbasova ilə müsahibəni təqdim edir:

Azərbaycanda model olmağın çətinlikləri nələrdir?

– Burada model nədir anlamırlar. Deməzdim ki, "modeləm" deyəndə utanıram, ancaq hər dəfə öz işimdə peşəkar olduğumu açıqlamalı oluram. Modeləm deyən kimi elə ağızlarını əyib deyirlər "əşi modeldi də". İndi qızlar hamısı özünə model deyir, 1-2 çəkilişə gedir, dərhal özünü model kimi qələmə verir. Ya da bəzi qızlar modelliklə yanaşı başqa işlərlə də məşğul olurlar və insanlarda mənfi fikir yaranır.

Mən deyərdim ki, bizim modellərin 90 faizi əsl model deyil. Digər bir çətinlik isə qazancla bağlıdır. Fotosessiyaya görə az pul verirlər, mən öz qonorarımdan həmişə razı qalmıram. Türkiyədə, ya da başqa ölkədə olsam həmin əziyyətlə daha çox pul qazanardım. Mən demirəm ki, "mən nömrə birəm, məndən yoxdur". Sadəcə mən tanınıram, reytinqliyəm, kimlərdənsə fərqlənirəm. Amma kimsə iş təklif edəndə ağlayır ki, "endirim et bizə". Niyə etməliyəm ki? Etiraz edib, bu pula çəkilmərəm deyəndə isə küsürlər. "Siz özünüzdən razısınız" deyirlər. Anlamırlar ki, bu mənim işimdir. Hər kəslə razılaşsam, daha az pul üçün çalışsam gələcəkdə ümumiyyətlə məni pulsuz işlədərlər.

Yəni ,model olanda belə nüanslar olur. Qız modellər arasında paxıllıq da çoxdur. Həmişə eşdirəm ki, kimsə mənim arxamca danışıb, mənə paxıllıq edir. Deyirəm, "olsun da". Çox adam mənə deyir ki, "reytinq üçün onlarla dava elə". Çoxları belə reytinq qazansa da, mən belə şeyləri sevmirəm. Heç tanışlığım olmayan modellər var ki, özlərini reklam etmək üçün mənimlə dava etmək istəyirlər.

İngilis dilini də mükəmməl bilirsən, xaricdə yaşamaq sənə problem olmazdı. Nə əcəb başqa ölkədə modellik etməyi düşünməmisən?

– Sözün düzü mən getmək istəyirdim. Amma evdəkilər qoymadılar. Ailəm dedi ki, burada hansı işlə istəyirsən məşğul ol. Mən evin tək uşağıyam, xaricdə necə yaşayaram deyə çox narahat oldular. İndi də gecdir, 1 ay sonra mənim 26 yaşım olacaq. Haradasa sıfırdan başlamaq, məsələn, Amerikada 26 yaşında model kimi tanınmaq çox çətindir. Bəlkə, gələcəkdə gedərəm amma tamam ayrı bir sahədə çalışmaq üçün.

Biz də elə bil qlamur qızlar ancaq modelliyə üz tutur.

– Deməzdim ancaq qlamurlar. Rock üslubunda geyinənlər, çoxlu tatusu olanlar, ya da klub qızları da sonra model olur. Klub qızlarına da pis baxmıram, amma bir də görürəm ki, profilində qeyd ediblər "ödənişli reklam üçün əlaqə". Başqa söz də qalmır, belələrinə deyirəm "oğulsan, halaldır". İndi "fashion bloggerlər" çoxalıb, mənim də bazarımı bağlayırlar (gülür). Heç birini tanımıram, heç yerdə görməmişəm, amma nə qədər izləyiciləri var. Təki işləri bol olsun, nə deyim.

"Heç kim məni başqa bir maraqlı personaja çəkmək istəmir, məsələn, varlı bir insanın şıltaq qızı, ya da gənc ingilis dili müəllimi"

Aktrisa kimi davam etməyi düşünürsünüz?

– Elvinlə işləməyə başlayandan həs kəs düşünür ki, Ramina artıq aktrisa olmaq istəyir. Əslində mən daha əvvəl də müxtəlif obrazlarda rol alırdım. Mən düz 1 il "Comedy Baku"da aktrisa kimi işləmişəm, Əlixan Rəcəbovla, Faiq Ağayevlə bir səhnəyə çıxmışam. Sonra da Əlixanla bir neçə iş üzərində işlədik. "Bozbash Pictures"-də, "Bacanaqlar"-da epizodik rollarda oynamışam. Modellik o qədər də popular bir sahə deyil, modellərin də sayı çoxalır. Ona görə də, aktrisa kimi də davam edə bilərəm. Ancaq bu sahədə bir yenilik yoxdur, mənə də Elvin kimi elə standart rollar verirlər: Ya Moskvadan, Ukraynadan gələn biri, ya da sarışın ağılsız qız. Heç kim məni başqa bir maraqlı personaja çəkmək istəmir, məsələn, varlı bir insanın şıltaq qızı, ya da gənc ingilis dili müəllimi.

Elə böyük sözlərlə gəlirlər ki, "çox maraqlı bir ideyamız var, çox fərqli olacaq". Sonra nə olduğunu açıqlayanda üzlərinə demirəm, amma içimdən düşünürəm ki, "elə bu idi əla ideyaları?" Həm də bizdə bir tendensiya var, film çəkəndə müğənni, aparıcı fərqi yoxdur, əsas məşhur simaları çəkmək istəyirlər ki, film səs gətirsin. Məni isə heç kim reklam eləmir, mən necə modellikdə öz bacarığımla önə getdimsə, film sektorunda da bu cür tanınmaq istəyərəm. Öz potensialımı göstərəcək normal bir təklif gəlsə, çəkiləcəyəm.

"Kişi kimi xarakterim var"

Kiminsə sizi qısqanmağını sevmirsiniz. Bəs, özünüz qısqancsınız?

– Mən heç qısqanc deyiləm. Sevgilim, ya da bir dostum başqası ilə çox vaxt keçirəndə qısqanmıram, amma diqqətdən kənar da qalmaq istəmirəm. Deyirəm ki, "qardaşım, mən də varam burda" (gülür). Heç vaxt "o qız kim idi izlədin, onun şəklini bəyəndin, o qızla dava edəcəm" deməmişəm.

Sadəcə soruşuram ki, "filan qızı tanıyırsan ki, izləyirsən?" Ona görə soruşuram ki, bəlkə tanışdılar, mən də bilim. Ancaq oğlanlar dərhal deyirlər ki, "qısqandın hə?" Elvinlə də qurduğumuz dostluq münasibəti belədir. Bəzən mənim vaxtım olmur, o başqa qızlarla da vine çəkir, çox normal qarşılayıram.

Mən öyrənsəm ki, sevgilim başqa qızla da görüşür, gedib o qızla heç nə danışmaram. Ancaq oğlana deyərəm ki, "bu belə olmur bir seçim et". Ən pis halda həmin qıza da bildirərəm ki, "bu oğlan səni də aldadır". Seçilməmək də məni narahat eləməz. Çünki mən öz mənfilərimi bilirəm. Çox oğlan mənə gözəlliyimə görə yaxınlaşır. Necə ki, bir tortu görüntü olaraq bəyənib, yeyirlər, ancaq xəbərləri yoxdur ki, içində hansı inqridientlər var.

Mənə gözəlliyimə görə vurulanlarla daha sonra alınmır. Demirəm, xasiyyətim pisdir, amma çətindir. Mən kiminsə mənim şəxsi həyatıma, işlərimə qarışmasını sevmirəm. Hələ sevgilim olmağı düşünənlər belə deməyə çalışırlar ki, "o şəkli paylaşma, tədbirdə filankəs niyə sənin yanında əyləşdi?" Kimisə incitmək də istəmirəm amma axırı deyirəm "Axı sən kimsən mənə bunu deyirsən?" (gülür). Bizim kişilər sevirlər ki, qız onun sözü ilə oturub-dursun. Qız da özünü sakit göstərir, "sən nə desən odur. Hə, əzizim, baş üstə, uzun ətək geyinəcəm" deyirsə, bu o demək deyil ki, oğlanı sevir. Əslində ürəyində fikirləşir ki, "başını aldadım, məni alsın, sonrasına baxarıq". Oğlanlar da belə qızlara inanırlar, ona görə də bəzi oğlanlar axmaqdır. Mən isə sürpriz deyiləm, necə varamsa, elə də davranıram. Görünüşümə görə, elə bilirlər ki ağılsız qızam, amma heç də elə deyiləm. Kişi kimi xarakterim var.

"Oğlanların səhvlərini isə bağışlamıram, onlar kişi kimi olmalıdırlar"

Kişilərin əmr verməsini sevməsəniz də, deyəsən qızlara qarşı mənfi fikirdəsiniz

– Həmişə deyirəm ki, "əşi qızdır da, ondan nə gözləmək olar?" Kim nəsə səhv hərəkət etsə, məni incitsə, fikir vermirəm, deyirəm ki, qızdır da. Oğlanların səhvlərini isə bağışlamıram, onlar kişi kimi olmalıdırlar. Ona görə də, yaxın dostlarım oğlanlardır. Onların sözü bütöv olur. Oğlanla bir iş üçün razılaşırıqsa, heç bir problem yaşanmır. Ancaq qızlar əvvəldən "narahat olma, mütləq gələcəyəm. Orda olacağam" söyləyirlər, son dəqiqədə də "dırnağım qırılıb gələ bilmərəm" deyirlər.

Qızlarla nəsə bir iş görəndə, min dəfə düşünürəm ki, görəsən edəcək, ya yox? Mənimlə çalışan hər kəs bilir ki, prinsiplərim var, tapşırılan işi mütləq edəcəyəm. Ona görə deyirəm ki, kişi kimi qızam. Ya da qızlar deyir ki," filan oğlanla heç vaxt görüşmərəm". İki gün sonra isə sevgili olurlar, deyir ki, "elə də pis oğlan deyilmiş". Buna görə də, qızlara inanmaq, onlarla iş görmək olmaz. İndi oğlanların çoxu evlənmir, sadəcə qızla bir müddət sevgili olur və ayrılırlar. Mən bu mövzuda oğlanları dəstəkləyirəm, çünki bilirəm ki, işi bu həddə qızlar çatdırıb. İndi qızların bəziləri də elə oğlanla bir müddət sevgili olur, sonra başqasına keçir. Heç vaxt düşünmür ki, kimisə sevirəm, onunla evlənim. Ailəsindən, sevgilisindən xəbərsiz işlər görür, ona görə də, oğlanlar düşünür ki, "mən niyə evlənməliyəm?" Kişi olsaydım, mən də belə edərdim.

Bir az etikadan kənar səslənsə də, deyirlər ki, Azərbaycanda modellər pul qarşılığında kimlərləsə görüşürlər. Onlara münasibətiniz necədir?

– Kimlər görüşür? (gülür) Görürsünüz, yenə qızlar səhvlər edirlər. Bizim modellər də bu addımı atanda bütün modellərə qara ləkə yaxırlar. İndi mən hamıya məcburam sübut edim ki, mən elə deyiləm. Mənim bir günahım yoxdur, ancaq onların hərəkətlərinə görə mənə də qara nişan vururlar. Əvvəllər "sən də modelsən, deməli beləsən" deyirdilər, ancaq sonra məni tanımağa başladılar.

Sosial şəbəkələrdə çox ədəbsiz rəylər yazırlar.

– Məni tanımayanlar haqqımda nələr-nələr yazırlar. Çoxlarını silirəm. Bizim insanlar 5 pis rəy görəndə, birini də onlar yazmaq istəyir. Amma 10 tərif yazılanda, onlar da tərifləməyə başlayırlar. Hamı necə, mən də elə deyib yazırlar, öz beyni ilə düşünən yoxdur ki. Həmişə yazırlar ki, "bunun yiyəsi yoxdur, ailəsi hara baxır?" Ailəmin bura nə aidiyyətı var? Heç xarici modellərin şəkillərinə belə yazan yoxdur.

Bizdə əxlaq anlayışı daha çox geyimlə ölçülür, Avropada isə daha başqa dəyərlərə söykənir. Ramina üçün əxlaq anlayışı nədir bəs?

– Mən harada yaşadığımız fərqindəyəm. Amma bunu da nəzərə alaq ki, biz İranda da yaşamırıq. Orada ya könüllü, ya məcburi şəkildə qızlar çadra geyinir, bu tamam ayrı mövzudur. Ancaq burada nəyə görə mən kimdənsə icazə alım? Necə ki, mən heç kimin həyatına qarışmıram, onlar da mənə qarışmasınlar. Atdığım addım heç kimə pislik gətirmirsə, deməli, hər kəs özü üçün yaşamalıdır. Mənim öz prinsiplərim var. Azərbaycanda mərkəzdə hər kəs inkişaf edib, sağlam düşünür. Amma mən başqa şəhərlərdə olmuşam, oralarda hamı Avropadan 300-400 il geri qalır. Ona görə də bizdə mentalitet kimi söhbətlər hələ də ölmür. Bakıda isə məndən də müasir qızlar var: tatuları var, siqaret çəkirlər. Mən heç birini sevmirəm, amma pis də baxmıram. Mənə nə axı bundan? Ölsə də canı sağ olsun (gülür).

"Bizim həkimlər hamının burnunu eyni formada edir: ya Maykl Ceksona bənzəyirlər, ya da ki oyuncağa"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4101   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083