Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...

Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...Xəbər verdiyimiz kimi, yığma komandamız Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışına qatılıb. Daim bayrağımızı yüksəltmək, himnimizi səsləndirmək üçün vuruşan güləşçilərimiz bu dəfə də idmansevərləri sevindiriblər. Nəticədə Dünyanın nəhəng ölkələri arasında mübarizə aparan Azərbaycanın sərbəst güləş üzrə milli komandası fəxri kürsünün ikinci pilləsinə sahib çıxıb. İdmançılarımız bu qələbəni söz verdikləri kimi, aprel döyüşlərində şəhid və qazi olan əsgərlərimizə həsr ediblər.

Firdovsi Umudov ABŞ-da qazanılan qələbəni belə şərh edib:

"Dünyanın ən nəhəngləri ilə döyüşüb, ikinci yeri tutmaq özü böyük uğurdur. Amma biz özümüzü birinci yerin sahibi kimi hiss edirik. Zədəli idmançılara və müəyyən basqılara baxmayaraq sonuna qədər mübarizə aparıb bayrağımızı dalğalandırmağı bacardıq. Nəticədə Azərbaycan aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya kuboku yarışlarında ikinci yeri qazandı.

Bu, bütün Azərbaycanın uğurudur. Bu qələbə ölkə başçısı cənab İlham Əliyevin idmana olan diqqət və qayğısının nəticəsidir. O daim xalqının, idmançıların yanındadır.

Biz də öz növbəmizdə prezidentin bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə apardıq. Söz verdiyimiz kimi də qələbəmizi 2016-cı ilin aprel ayında vətən uğrunda şəhid və qazi olmuş qardaşlarımıza həsr etdik".

I vitse-prezident sosial şəbəkələrdə ölkəmizə, dövlətçiliyimizə qarşı əks təbliğat aparanlara, qara yaxmağa çalışanlara Amerikadan bir fikirlə səslənib: "Bayrağı bu cür yüksəldərlər".

Daha sonra F.Umudov bir daha bəyan edib ki, sosial şəbəkələrdəki "qarayaxma kampaniyası", təzyiq cəhdləri Azərbaycan xalqını öz yolundan döndərmək iqtidarında deyil:

"Azərbaycan xalqı, eləcə də bütün idmançılar cənab İlham Əliyevin ətrafında möhkəm dayanıb. Biz hər birimiz dövlətin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı dayanmışıq. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın inkişafını və gücünü öz qələbəmizlə sübuta yetirə bildik. Dünyanın nəhəng ölkələri arasında yer almaq özü böyük uğurdur. Təbii ki, bizi başqa yarışlar da gözləyir. Biz daim ölkə başçısının diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Cənab İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün növbəti qələbələrə hazırlaşırıq".

Sonda federasiyanın I vitse-prezidenti 11 aprel prezident seçkiləri günü hər kəsi cənab İlahm Əliyevə səs verməyə çağırıb:

"Azərbaycanın uğurlarını gözü götürməyənlərə qarşı xalqımız bir olmalıdır. Buna görə də inanıram ki, bütün xalqımız, xüsusilə idmançılarımız aprelin 11-də seçki məntəqələrinə gəlib, cənab İlham Əliyevə səs verəcək və "İlhamla irəli!" deyəcək. İnanırıq ki, cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə biz hələ çox qələbələrə imza atacağıq".

Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1113   Tarix: 09 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068