Qida Təhlükəsizliyi Agentliyinin araşdırma yazısı – Heyvanların identifikasiyası

Qida Təhlükəsizliyi Agentliyinin araşdırma yazısı – Heyvanların identifikasiyasıBütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə heyvanın sağlamlığı və heyvan mənşəli qidanın dad, qoxu, rəng və s. göstəriciləri haqqında məlumat verir. Ona görə də, izlənilmə qida zənciri boyunca risk faktorlarına mane olmağa və effektiv şəkildə dərhal cavab verməyə kömək edir.

İzlənilmə üzrə ilk effektiv çalışmalara Avropa Birliyi tərəfindən qaramallarda dəli dana xəstəliyi (bovine spongiform encephalatopathy) aşkar olunduqdan sonra başlanılmışdır. Dəli dana xəstəliyi, dabaq, donuz vəbası, quş qripi və insanların sağlamlığına ciddi ziyan vuran Salmonella, Escherichia coli və s. bakteriyaların törətdikləri xəstəliklərin artması heyvan və heyvan mənşəli məhsulların qida təhslükəzliyi üçün mövcud olan izlənilmə sistemlərinin vacibliyini göstərir.

İzlənilmə - doğulduğu vaxtdan kəsilənədək bir heyvanın növü, cinsi, sağlamlığı, yetişdirilmə məqsədləri və s. məlumatların qeydiyyata alınmasıdır. Ona görə də, izlənilmə biotəhlükəsizlik sistemi olub, "Tarladan süfrəyədək" prinsipinə uyğun olaraq, qida təhlükəsizliyini təmin etməklə qidaların çirklənməsini, xəstəliklərin yayılması kimi faktorların qarşısının alınmasına kömək edir.

Heyvan və heyvan mənşəli məhsulların izlənilməsi heyvanların fərdi şəkildə identifikasiyası və qeydiyyata alınması ilə başlayır. Heyvan növləri, cinsləri, yetişdirilmə məqsədləri və s. nəzərə alınaraq, praktikada bir çox identifikasiya üsullarından istifadə edilir. Bununla belə, istifadə olunan identifikasiya vasitələrinin əksəriyyəti yalnız bir metodun tamamilə kifayət etmədiyini göstərir.

Hal-hazırda heyvanların qalıcı olaraq identifikasiyasında, əsasən, damğalama, qulaq işarətləmə, elektron identifikasiya və biometrik metodlardan istifadə olunur. Ənənəvi identifikasiya üsullarından biri olan damğalama (isti və soyuq) qaramal, at, qoyun və camışlarda istifadə olunur. İsti damğalama ağrılı metod olduğu üçün bir çox inkişaf etmiş ölkələrdə qadağandır.

Ən geniş istifadə edilən, ucuz, praktik və ənənəvi identifikasiya üsullarından biri döymədir. Döymə bütün heyvan növlərinin sol və ya sağ qulağına, atların dodaqlarına, ev heyvanlarının qasıqlarına, qoyun və keçilərin quyruq altına vurulur. Döymə tüksüz, qığırdaqsız və damarsız nahiyələrə vurulmalıdır. Bu nömrələr heyvan ölənə qədər oxuna bilir. Qrup (sürü) şəklində saxlanılan heyvanların tanınması üçün qulaq sırğalanması kimi başqa identifikasiya metodlarından da istifadə olunmalıdır1,3,4.

Qulaq nahiyəsinin bir hissəsinin kəsilməsi qaramal, qoyun, keçi və donuzlarda istifadə olunan qalıcı, köhnə üsuldur. Keçmişdə tüberkülozlu (vərəm) qaramalların kəsiləcəyi zaman heyvanı tanımaq üçün qulağı T şəklində kəsərək işarələyirdilər.

İdentifikasiya üsullarından biri kimi praktikada ən geniş olaraq istifadə olunan üsul qulaq sırğalanmasıdır. Bu sırğalar müxtəlif şəkillərdə və materiyallarda ola bilər.
Yuxarıda qeyd etdiyimiz ənənəvi identifikasiya üsullarında (damğa, döymə, sırğalama və s.) heyvan rifahına mənfi təsir göstərmə, silinmə, oxunma xətaları, qısa oxunma məsafəsi və saxtalaşdırma əlamətləri olduğundan, yeni müasir identifikasiya üsulları (elektron, biometrik) yaranıb.

Elektron idenfikasiyada dəri altına vurula bilən mikroçiplər, eletronik qulaq sırğaları və kapsullarından istifadə olunur. Bu sistemdə zəif radiodalğalardan istifadə edilir. Radio dalğaları ilə identifikasiya (RFİD) ötürücü, RFİD oxuyucu / qəbul edici və bu sistemlər arasında əlaqə yaradan proqram təminatıdır. Elektron identifikasiyanın üstünlüyü ənənəvi üsulların təmin edə bilmədiyi çətin mühitlərdə də asanlıqla istifadə edilməsidir.

Biometrik identifikasiya – heyvanların fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (burun izi, üz təsviri, diş izləri, gözün qişası, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətləri və s.) sistemdir. Biometrik identifikasiya hazırda "Tarladan süfrəyədək" izlənilmə sistemini ən etibarlı şəkildə təmin edən üsuldur.

Nəticə olaraq, heyvanların identifikasiya və izlənilmə sistemi qalıcı, pozulmayan, heyvana zərər verməyən quruluşda, asan tətbiqedilən və oxunabilən şəkildə olmalıdır. Belə bir sistem üçün qurulacaq məlumat bazası, heyvan sağlamlığına epidemioloji nəzarət, damazlıq proqramlarının müəyyənləşdirilməsini və qida zənciri boyunca izlənilmə təmin etməlidir.

Qida Təhlükəsizliyi Agentliyinin araşdırma yazısı – Heyvanların identifikasiyası


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 04 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 401
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

17:54 333
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 658
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 369
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1289
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 814
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 778
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 171
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 259