"Gərək mən də Şeyx Əbdülü söyəydim" — Elməddindən MARAQLI AÇIQLAMALAR

"Gərək mən də Şeyx Əbdülü söyəydim" — Elməddindən MARAQLI AÇIQLAMALARAktyor Elməddin Cəfərov "Ölkə.Az"ın suallarını cavablandırıb.

- Elməddin bəy, bildiyimə görə hazırda yeni filmə çəkilirsiniz. İstərdim ki, əvvəlcə bu barədə danışaq.

- Bir neçə film təklifləri var, onların üzərində düşünürük. Aprelin 25-də "Qış nağılı" adlanan filmin çəkilişlərinə başlayırıq. Əslində, dəvətlər çoxdur. Ancaq hələ cavab verməmişəm.

- Vaxt qıtlığına görə?

- Ssenariyə baxmamış cavab vermək doğru deyil. Bəli, iyirmi beş yaşımız olanda baxmadan çəkilirdik. İndi maraqlanıram ki, bu film nə aşılayır, nəyə xidmət edir.

- Son vaxtlar ən çox tənqid olunan aktyorlardansınız? Sizcə tənqidçiləriniz haqlıdırlarmı?

- Təbii ki, haqlı səbəbləri var.

- Məsələn?

- Deyirlər ki, "Bacanaqlar" serialını keyfiyyətsiz çəkir. Razıyam. Çünki serialı çəkdiyimiz hər üç kamera ayrı-ayrı marakalara məxsusdur.

- Yəni, bu işi ortaya qoymaq üçün fədakarlıq edirsiniz?

- Bəli, amma bunlar deyir ki, serialı bağla. Mən də bağlayım, sən də bağla. Bəs sonra? Amma desələr ki, Elməddin bu işi keyfiyyətsiz çəksə də, işi bacarır, kömək edək, o başqa məsələ. On ildir serialı çəkə biliriksə, "Acun media"dan serialın müəllif hüququnun alınmasıyla bağlı təklif alırıqsa, deməli, işdən xəbərimiz var, bacarırıq.

- Bəs niyə müəllif hüquqlarını satmadınız?

- O vax bir nəfər ortaya çıxıb dedi ki, dəstək verəcəm. Həmin şəxs elə o gün də yoxa çıxdı. İş məni aşdığına görə heç nə deyə bilmədim.

- Hazırda "Bacanaqlar" neçənci seriyadadır?

- Dörd yüzü keçmişik.

- Azərbaycanda bundan uzun serial olub?

- Xeyr. Tənqidçilərdən danışırdım. Əgər desələr ki, şərait yaradaq, o tənqidi qəbul edərəm. Keyfiyyətsiz çəkdiyimi deyirlər, səbəbi də açıqlamırlar.

- Demək istəyirsiniz ki, bu tənqidlər qərəzlidir?

- Qərəz deyil. Bəlkə də o elə görür, o qədər düşünür. Buna görə də hörmətlə yanaşıram.

- Rejissor Şeyx Əbdül Mahmudbəyovun sizə olan iradına susdunuz...

- Bəli, susdum. Deyir ki, Azərbaycan teatrını, kinosunu məhv edir. Mən teatrda çalışmıram, bu günə qədər "Azərbaycanfilm" kinostudiyasında bir filmə çəkilməmişəm. Axı mən teatrda, kinostudiyada işləmirəm ki, bu yerləri məndən xilas edəsiniz.

- Bir müddət öncə saytımıza açıqlamasında bildirmişdi ki, Elməddin, Fərda və Müşfiq kimi meymunluq edən aktyorlar "Kəklikotu" filmində normal obraz yaradıblar. Deməli, yaxşı rejissor əlinə düşmək lazım imiş.

- "Kəklikotu" filmində oynamamışam. Fərda haqqında meymun deməyini də qəbul etməmişəm. Yaşına hörmət edirik. Elə deyibsə, Allah canını sağ eləsin. Mən onun təhqirinə nə cavab verim? Tənqid etsəydi, cavab verərdim. İndiki halda bir cavab var. Gərək Şeyx Əbdülü təhqir edim. Onu da etmərəm axı, yaşlı insandır.

- Ancaq ərk etdiyini demişdi.

- Ərkini qəbul edirəm, susuram.

- Bəzən Azərbaycan seriallarına çəkilənlər rejissora pul verirlər. "Bacanaqlar"a çəkilənlər sizə ödəniş edilərmi?

- Qətiyyən. Xaraktercə elə insan deyiləm.

- Bəs o serialdan hər kəs qonorar alır?
- Mütləq almalıdır. İnsanların evində ailəsi, uşağı var. Özüm aktyoram. Evə çörək aparmasam olmur axı. Nə qədər mağazadan nisyə dəftərinə yazdırıb evə çörək apara bilərsən?

- Evini, avtomobilini satıb film çəkən rejissorlarımız var. Siz belə bir addım atarsınız?

- Etmərəm. Heç kim deməyəcək ki, fədakardır. Deyəcəklər ki, axmaqdı, filmi batırdı. Hələ üstəlik deyəcəklər ki, gördünüz, deyirdimmi meymundu? Heç kim deməyəcək ki, gələn dəfə də biz maşınımızı satıb verək, film çəksin. Ona görə də etmərəm.

- Bildirmisən ki, ailəmə rəva bilmədiyimi tamaşaçıma göstərmərəm. Ancaq hazırda qeyri-etik ifadələrlə zəngin xeyli sayda filmlər, skeçlər var. Sizcə, bu qanmazlıqdandır, yoxsa reytinq xatirinə?

- Bəlkə də reytinq üçündür. Ancaq başqa səbəb də ola bilər. Mənim inancım belədir ki, pis şey aşılamaq olmaz. Sıxıntılı, problemli adam üsyan anında bizə baxıb bir saniyəlik gülümsəyirsə, bu, mənimçün böyük şeydir. İnsanları söyüşlə güldürmək, onları zədələməkdir. Həm də o şeylərə övladlarım baxır.

- Bir müddət öncə bildirmişdiniz ki, övladlarınız Nihat və Rihatın futbolçu olmasını istəyirsiniz...

- Futbola maraqları olmadı. Ancaq böyük oğlum "Bacanaqlar"a da çəkildi. Sonrada düşündüm ki, dərslərinə təsir edər, yaxud istiqamətləndirmiş olaram. İstədim ki, özləri yol seçsinlər. Atam mənə azadlıq verdi və Rəbbim də bu azadlığı bərəkətləndirdi, aktyor ola bildim. Eyni azadlığı övladlarıma vermişəm. Məsələn, valideyn dirəşir ki, sən prokuror olmalısan. Əgər istəmirsə, niyə olsun ki?

- İnanclarınızdan danışdınız. "Tək səbir"də çıxış edəndə yenə də inanclıydınızmı?

- Onda iyirimi bir yaşım vardı, belə düşünmürdüm, kitab oxumurdum. Yeddi ildir ki, hər gün kitab oxuyuram. Dini kitablardan tutmuş, NASA-nin kitablarına, Tolstoya qədər oxuyuram.

- Oxuyuram demək üçünmü oxuyursunuz, yoxsa bu sırf daxili tələbatdır?

- Daxili tələbatım var. Oxumasam yuxum gəlmir. Oxuduqca susmağa daha çox üstünlkü verirəm.

- Toylara gedirsiniz?

- Səkkiz ildən artıqdır ki, içki məclisinə getmirəm.

- Bəs qonaq kimi?

- Qonaq kimi gedib pulumu yazdırıb çıxıram. Son illərdə həyata baxışım dəyişdi, hər kəsə hörmətlə yanaşmağa başladım.

- "Tək səbir"də bir neçə aktyor var idi ki, stand-up çıxışlar edirdi. Ancaq bu istiqamətdə ən çox irəli gedəniniz Fərda oldu. Həmin formatda sizin də çıxışınız, konsertiniz mümkündürmü? Yoxsa düşünürsünüz ki, gecdir, sizlik deyil?

- Fərda irəli getdi. Bəs onu kim dayandırdı? Tamaşaçılar. Dedilər ki, Cem Yılmaza oxşayırsan. Növbəti mərhələdə bəzi jurnalistlər baxdılar ki, baltalayanda yazı çox oxunur. Onlar da qoşuldular tamaşaçılara. Fərda da həmin işi dayandırdı. Bilirdim ki, elə də olacaq. Mən də buna görə o janrdan uzaq durdum. Fərdanın çəkdiyi əziyyətləri özüm görmüşəm. Səkkiz min pul xərcləyib "Selfinaz" konsertini verdi. İmkanı bu dekorasiyaya çatıb da. Hər kəs başladı baltalamağa.

- Həmin pulu çıxarda bilmədi?

- Təbii ki, yox. Gərək jurnalistlər də dəstək verərdilər. Ancaq tam əksinə oldu.

- Bir müddət öncə Ramiz Hüseynzadə bildirdi ki, "Tək səbir"in köhnə heyəti yenidən yığışıb konsert proqramıyla çıxış edəcək. Qatılacaqsınızmı?

- Qətiyyən tərəfdarı deyiləm.

- Bəlkə bu nostalji axtarışıdır?

- Bu, maliyyə axtarışından başqa bir şey deyil. Olan qalan ad-sanını da çıxarıb beş-on minə satıb, sakitləşirsən ki, dincəldim. "Tək səbir" televiziya tarixinin ən reytinqli layihəsi olubsa, qoy elə də qalsın. Hansısa qiymətə satıldı deməsinlər.

- O layihədən qonorar alırdınız?

- Aylıq yüz dollar maaş alırdıq.

- Bildiyimə görə o layihə maliyyə məsələsinə görə dayandı. Daha doğrusu, layihə rəhbəri Həsən Əliyevlə aranızda pul problemi olmuşdu...

- Kirayədə indiki pulla 130 manata qalırdıq, 78 manat da aylıq gəlirim idi. Konsertə, tədbirə, toya getmək icazəsi də yox idi. Həmin vaxt ailəliydim. Ancaq kirayədə yaşamağa pulum yox idi. Bəs harada qalaq?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1602   Tarix: 31 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193