Bakı məktəbindəki dava ilə bağlı rəsmi açıqlama

Bakı məktəbindəki dava ilə bağlı rəsmi açıqlamaÖtən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə iki məktəbli arasında baş vermiş dava ilə bağlı məktəb məlumat yayıb.

272 nömrəli tam orta məktəbdən Sonxeber.az-a verilən məlumatda qeyd olunur ki, martın 27-də məktəbdən kənarda şagirdlər arasında mübahisə yaranıb. Tənnəffüs zamanı küçədə məktəbin 1 nəfər XI sinif şagirdi ilə 1 nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasındakı mübahisə nəticəsində onları aralamaq istəyərkən başqa bir XI sinif şagirdi üz və boyun nahiyəsindən xəsarət alıb. Hazırda həmin şagird xəstəxanadadır. Şagirdin sağlamlığı ilə bağlı ciddi problemin olmadığı bildirilir.

Məlumatda qeyd edilib ki, hüquq-mühafizə orqanları tərəfindən işlə bağlı araşdırma aparılır. Xəsarət yetirən şagird davamiyyəti zəif, məktəbdaxili nizam–intizam qaydalarına əməl etməyən şagirddir. Xəsarətə uğrayan şagird isə orta tədris göstəricilərinə malik və məktəbdaxili nizam–intizam qaydalarına əməl edən şagirdlərdəndir. Hadisədən sonra məktəb rəhbərliyi valideynlərlə müvafiq söhbət aparıb və onlara zəruri tövsiyələr verilib.

Bakı şəhəri Təhsil İdarəsindən isə Sonxeber.az-a bildirilib ki, 272 nömrəli tam orta məktəbin iki şagirdi arasında baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 29 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

15:54 79
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 230
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 676
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 360
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 404
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 283
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 266
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 398
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 1279