Deputatlara SƏRT İSMARIŞ: "Hadıların, Musaların... mandatları əlindən alınmalıdır"

Deputatlara SƏRT İSMARIŞ: "Hadıların, Musaların... mandatları əlindən alınmalıdır"Xəbər verdiyimiz kimi Bakıda küçə süpürən qadının "KamAz" markalı nəqliyyat vasitəsi tərəfindən vurulması və öldürülməsi ciddi müzakirələrə səbəb olub. Hadisənin ardından isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin Oxu.Az-a açıqlamasında "Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib" deməsi sosial medianı ayaqlandırıb və etirazlara səbəb olub.

Bununla bağlı BiG.AZ-a danışan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bu cür məsuliyyətsiz bəyanatlar həmişə ictimai rəydə qıcıq yaratdığını bildirib:

Deputatlara SƏRT İSMARIŞ: "Hadıların, Musaların... mandatları əlindən alınmalıdır""Bu açıqlamaları sıradan biri versəydi bu qədər əhəmiyyət daşımazdı. Deputat mandatını əldə etmiş şəxs bu cür məsuliyyətsiz açıqlama verməsi xalqı bir növ alçaltmaqdan və təhqir etməkdən başqa bir şey deyil. Hesab edirəm bu ictimai rəydə qıcıq yaradacaq. Əlbəttə bu cür bəyanatlar müsbət qarşılamamalıdır. Tənqid edilməlidir. Deputat dünyasını dəyişən insanın ailəsindən bəyanatına görə hətta üzr istəməlidir. Bu cür açıqlama məmurların xalqa olan münasibətinin təzahürüdür. Maraqlısı odur ki, bu cür açıqlamalar verən deputatlar sosial-siyasi məsələlərlə məşğul olanlardır, bu daha acınacaqlıdır. Xalqın sosial rifahını,durumunu qanunvericiliklə tənzimləyən birisi bu cür məsuliyyətsiz açıqlamalar verməsi gülünc səslənir. Hadıların və Musaların bəyanatlarında bu cür sərsəm ifadələri biz dəfələrlə eşitmişik. Bir zamanlar müəllimlərə usta işləyin, pul qazanın deyə fikirlər səsləndirilib. Bütün bunları vətəndaş kimi normal qarşlaya bilmərəm. Bu cür məsuliyyətsiz bəyanatlar verən deputatların mandatı əlindən alınmalıdır".

Ağasəlim Həsənov vurğulayıb ki, xaricilərində bizə tutduğu ən böyük irad qadınların küçə süpürməsi ilə bağlıdır: "Qadınların, uşaqların hüquqları qanunvericilikdə qorunur. Onlar hansı işlərdə işləyə bilər və başqa önəmli məsələlər bütün sivil ölkələrdə qanunla tənzimlənir. Ümumiyyətlə mən qadınlarımızın küçə süpürməsinin əlehinəyəmAzərbaycanlı kişisi kimi küçə süpürən qadın görəndə qüruruma toxunur.Qadınlarımız niyə küçə süpürməlidir. Əgər xanımları hansısa dolnışıq ucbatında hansısa ona yaraşmayan işlərə məcbur edilirsə bu qadına yetərincə dəyər verməməyin göstəricisidir".

Deputatlara SƏRT İSMARIŞ: "Hadıların, Musaların... mandatları əlindən alınmalıdır"Deputat Aydın Hüseynov isə həmkarını müdafiə edərək bildirib ki, Musa Quliyev həssas, xalqını, dövlətini sevən bir insandır: "Bəzən görürsən ki, jurnalistlər fikiri konteksdən çıxarır. Musa müəllim ölkəmizdə baş verən prosseslərə həssas yanaşır. Dövlət qayğısı və inkişafı ilə bağlı səsləndirdiyi fikirlər müsbət qarşılanır. Musa Urud kimi bir şəxsin adını bu cür mətbuatda səsləndirilməsi doğru deyil. Mən həmin şəxsin ailəsinə baş sağlığı verirəm. Peşəsindən aslı olmayaraq bir çox insanlar qəzada dünyasını dəyişir. Heç kəs bundan sığortalanmayıb. Mətbuatımızdan xahiş odur ki, xoş hadisələrlə bağlı reportajlar hazırlasınlar. Bu cür yazıların verilməsi ölənin ruhuna da yaxşıdır. Hər bir vətəndaşımız bizim üçün dəyərlidir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5709   Tarix: 29 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949