Azərbaycanlı aktrisa: "Övladlarımın üzünü görmürəm" - FOTO

Azərbaycanlı aktrisa: "Övladlarımın üzünü görmürəm" - FOTOƏməkdar incəsənət xadimi Məlahət Abbasovanın Milli.Az-a müsahibəsi.

- Məlahət xanım, sizi yenidən doğma Bakıda görməyimizə şadıq. Bu dəfə hansı qonaqla gəlmisiniz?

- Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Mən 28 ildir ki, Türkiyədə yaşayıram. Mən həm də İstanbul Şəhər Teatrında aktrisa, bədii rəhbər vəzifəsində çalışıram. Demək olar ki, bütün televiziya kanalları hansı məşhurla görüşmək istəyibsə, mənə zəng edib. Sizin seriallardan gördüyünüz, tanıdığınız aktyorların 80 faizi bizim teatrda çalışır. Onlar həmişə məni görəndə deyirdilər ki, Məlahət, bizi nə vaxt Bakıya aparırsan? Məndə belə bir ideya yarandı. Hamısından da soruşdum ki, sizi Bakıya verilişimə dəvət etsəm, gələrsiniz? Bu əslində bir növ bizim aktyorların və teatrlarımızın da tanıtımıdır. Mənə də bu lazım idi ki, biz onların məşhurlarını tanıyırıq, onlar da bizim məşhurları tanısınlar. Bakıya sonuncu dəfə aktyor Emil Olcay və Hüseyn Avni Danyalı gətirdim.

- Hal-hazırda Türkiyədə nə kimi işlər görürsünüz?

- Teatrda direktorun müavini vəzifəsindəyəm. Həm aktrisalıq edirəm, həm də tamaşaya quruluş verirəm. Bu teatr Avropa və Asiyanın ən böyük teatrıdır. 1000-ə yaxın işçimiz var. Bu cür böyük teatrda çalışmaq həqiqətən də qürurvericidir.

- Bakıdakı teatrlardan dəvət gəlsə, gəlib işləyərsiniz?

- Tamaşa qoymağa gələrəm (gülür).

- Azərbaycanda hal-hazırda yayımlanan serialları izləyirsiniz?

- Keçən həftə yeni nəsili tanımaq üçün bir neçə serialı izlədim. "Ögey ana", "Vicdan haqqı" seriallarına baxdım, çox gözəldir. Mən inanıram ki, bundan da yaxşı olacaq. Siz bilirsiniz ki, serial istehsalına görə Türkiyədə dünyada birinci yerdədir. Azərbaycanda da seriallar arasında böyük rəqabət var. Qısqanclıq olmasın, xainlik olmasın, amma rəqabətin olması gözəldir.

- Bu gün əksər gənclər istəyir ki, xaricə gedib, orada uğur qazansınlar. Həqiqətənmi Türkiyəyə gedib, orada tanınmaq asandır?

РЕКЛАМА

www.instagram.com

Подробнее
Native Video by Adributor

- Mənə heç də asan olmadı. Aşıq Veysəlin bir sözü var "Uzun incə bir yoldayam, gedirəm gündüz-gecə". Bu uzun, incə yolu məni uzun illər keçdim. Türkiyənin özündə böyük rəqabət var. İstəyirlərsə, gəlsinlər, bacarsalar mən də əlimdən gələni edərəm.

- Türkiyədə elə aktyorlar var ki, "massovka"da çıxış edərək, tanınıblar.

- Bəli, elə məndə də bu hal olub. Bəzən məni tənqid edirlər ki, gedib kiçik rol oynayır. Mənim bir serialda 5 gün çəkilişimə teatr imkan vermir. Bu gün seriallarda gördüyünüz bir çox aktyorlar vaxtilə bizim teatrda çalışıb, bir az məşhurlaşandan sonra teatrı tərk ediblər. Məsələn, Halit Ergençi misal gətirə bilərəm. İllər öncə o sırf teatr aktyoru idi. Onlar əslində istəyirlər ki, teatrda çalışsınlar, amma nə vaxtları var, nə də ki, maddiyat baxımdan seriallardan əl çəkmək istəmirlər.

- Məlahət Abbasova səhnədən uzaqda necə yaşayır?

- Bilirsiniz ki, iki övladım var. İşlərim o qədər çoxdur ki, onları az görürəm. İşim bitən kimi evimə gedirəm, seriallar, teatr qalır qapı arxasında. Onlarla çox vaxt keçirmək istəyirəm, bəzən elə olur ki, övladlarımın üzünü görmürəm. Evdə sırf anayam.

- Bakıya gələndə teatrlarımıza getməyə vaxt tapırsınız?

- Bəli, gedirəm. Sonuncu dəfə "Sən həmişə mənimləsən" tamaşasına getmişəm. Bu tamaşa mənə çox maraqlı idi. Siz bilirsiniz ki, mən illər öncə həmin teatr tamaşasının televiziya variantına çəkilmişəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2427   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999