Keçmiş prezident İlham Əliyev haqqında: "Təhsilli insandır, yoxsulluqla mübarizə aparır" - FOTO

Keçmiş prezident İlham Əliyev haqqında: "Təhsilli insandır, yoxsulluqla mübarizə aparır" - FOTORusiya "şahinləri" ondan istifadə edirlər ki, Qərb siyasətçiləri müharibə və Rusiya ilə qarşıdurma haqqında bəyanatlarla çıxış etməkdən çəkinirlər. Qərbdə mövcud olan seçki sistemində qarşıdurmanın lehinə çıxış edən siyasətçini yenidən seçməyə də bilərlər.

BiG.AZ xəbər verir ki, bunu virtualaz.org-un əməkdaşı Aydın Kərimovla söhbətində Belarusun keçmiş rəhbəri, siyasətçi Stanislav Şuşkeviç deyib.

"Rusiyanın siyasəti az savadlı, lakin məhdudiyyətsiz iddialı insanlar tərəfindən həyata keçirilir. 1991-ci ildə Belovejskdə konsensus əldə olundu və nəhəng imperiya bir damla qan tökülmədən dağıldı. O vaxtdan bəri Azərbaycan, Litva, Latviya və digər ölkələr təntənəli şəkildə müstəqilliklərini və dövlətçiliklərinin bərpasını qeyd edirlər. Lakin Rusiyada bu hadisə üzərində ən aqressiv formalarda imperiya hissləri aşılanır", - Şuşkeviç iddia edir.

Belarus siyasi xadimi hesab edir ki, məhz bu böyüklüyün sübutu dalğasında Krım ilhaq edilib. Krımdakı rusların Ukraynadan ayrılmaq arzuları barədə bütün söhbətlər ağ yalandır. Krım işğal olundu və bu ona görə baş verdi ki, ukraynalıların şərəfi onlara rus hərbçilərə atəş açmağa imkan vermədi. Ordu hələ dünən qardaş olduğu adamlara qarşı dura bilmədi. Rusiya hakimiyyəti isə bundan istifadə etdi.

"Hazırda faktiki olaraq "soyuq müharibə" dövrü çatıb. Maraqlıdır ki, Bakıdakı VI Qlobal Forumda qlobal "soyuq müharibə"nin inkişafından qaçmaq imkanları da müzakirə olunub, belə ki, indi istənilən hibrid müharibə tez bir zamanda əsl savaşa keçə bilər. Mən ixtisasca fizikəm və nüvə silahının nə olduğunu bilirəm. Buna görə də, prezident olarkən ilk olaraq nüvə silahlarını ölkədən çıxardım. Adi silahlı müharibədən nüvə müharibəsinə keçid təhlükəsi çox böyükdür", - Şuşkeviç bildirib.

Onun fikrincə, müasir dünyada ən kritik problemlər Şimali Koreya və İran problemləridir. Bunlarla yanaşı, Şuşkeviç postsovet məkanındakı münaqişələri də qeyd edib. Bu, mümkün qədər tez bir zamanda həll edilməsi zəruri olan təhlükədir.

Siyasətçi vurğulayıb ki, Bakı forumunda təmsil edilən ölkələr bu gün dünyanın barıt çəlləyi üstündə olmasından narahatlıqlarını ifadə ediblər. Suriyada baş verənlər çoxminlik qarşıdurmanın yalnız kiçik formatıdır. Suriyada "Vaqner" özəl hərbi şirkətindən 200 rusiyalı həlak oldu. Onlar qazanc xatirinə müharibəyə yollanmağa məcbur olmuşdular. Rusiya postsovet məkanındakı bütün münaqişələrin iştirakçısıdır. Kapitalist cəmiyyətində hakim elita iqtisadi problemləri siyasi hay-küylə ört-basdır etməyə çalışır. Dünyanın ən varlı ölkəsi olan Rusiyada 145 milyonluq əhalinin 20 milyon nəfəri yoxsuldur, oliqarxlar isə, yalnız rəsmi hesablamalara görə, ölkədən 1 trilyon dollar vəsait çıxarıblar.

"Məni çox xoş tərzdə təəccübləndirdi ki, Azərbaycan 5%-lik yoxsulluqla mübarizə aparır. Bütün dünyada bu yoxsulluq səviyyəsi az qala norma kimi qəbul olunur. Prezidentiniz yüksək təhsilli insandır, hökumət isə yoxsulluğu aradan qaldırmaq üçün sosial layihələr hazırlayır", - Şuşkeviç hörmətlə qeyd edib.

Keçmiş prezident İlham Əliyev haqqında: "Təhsilli insandır, yoxsulluqla mübarizə aparır" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1755   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 99
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 273
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 419
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 197
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 259
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 47
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 2347
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 313
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 282