Rusiyalı ekspertlər: "Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi..."

Rusiyalı ekspertlər: "Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi..."Rusiya ordusunun Cənub hərbi dairəsində ötən gün başlayan təlimlərlə Azərbaycan ordusunun ötən həftə keçirdiyi irimiqyaslı hərbi təlimlər arasında hansısa əlaqənin olması istisna deyil. Virtualaz.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, "Novaya qazeta"nın şərhçisi Pavel Felqenhauer "Kavkazskiy uzel" portalına müsahibəsində deyib.

Ekspert bildirib ki, hərçənd təlimlər əvvəlcədən planlaşdırılmışdı, amma Qarabağda münaqişənin yenidən alovlanması, müharibəyə keçməsi istisna deyil.

"Heç kim bu münaqişəyə fikir vermir. Onların hamısının başı qarışıb. Azərbaycanın keçirdiyi hərbi təlim hərbi əməliyyatlara birbaşa hazırlıq idi. Digər tərəf də hazırlaşır"-Felqenhauer bildirib.

Rusiyalı ekspertlər: "Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi..."Pavel Felqenhauer

Rusiyalı hərbi ekspertin fikrincə belə ehtimal mövcuddur ki, Bakı erməni birləşmələrinin mövqelərinə birinci zərbə endirmək üçün qüvvələrin irimiqyaslı cəmləşdirilməsini həyata keçirir. "Orada situasiya pisdir, gərgindir...Hazırlığı təsdiq edən həm də budur ki, təlimlər radioelektron şəraitdə keçirilir. Radarların qapadılmasına, rabitənin kəsilməsinə qarşı dayanmaq imkanları var"-o qeyd edib.

Felqenhauerə görə dünya ictimaiyyəti bu münaqişəyə fikir vermir, çünki dünyada çoxlu başqa münaqişə ocaqları var. Azərbaycan isə torpaqlarını geri qaytara bilmək üçün müntəzəm olaraq silahlanır, təkcə Rusiyadan yox, İsrail və Türkiyədən də silahlar alır.

Rusiyalı ekspertlər: "Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi...""Məsələn, yüksək dəqiqlikli İsrail reaktiv yaylım atəşi sistemi, zərbə pilotsuz aparatları,
"Spike" tank əleyhinə raket sistemləri. Bu, tank əleyhinə müasir və effektiv sistemdir, Amerikanın "Javelin" raketinin bənzəridir. Belə silah nə Ermənistanda var, nə Rusiyada. Azərbaycan silahlanmaya böyük pullar xərcləyir"-Felqenhauer bildirib.

Rusiyanın geosiyasi problemlər Akademiyasının prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov da hesab edir ki, Azərbaycan ordusunun keçirdiyi təlimlər Qarabağda müharibəyə hazırlıq məqsədi daşıyan addımdır.

Rusiyalı ekspertlər: "Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi..."Konstantin Sivkov

"25 minlik şəxsi heyət Dağlıq Qarabağa hücum üçün hazırlanan qruplaşmanı çox xatırladır...Təlimlərin miqyası Azərbaycan ordusunun ölçüsü ilə bir araya sığmır"-Sivkov deyib.

Ekspert əlavə edib ki, Azərbaycan müntəzəm olaraq Rusiyadan hərbi texnika, artilleriya, zenit silahları alır. Lakin Ermənistana da silahlar verilir. "Azərbaycana kifayət qədər böyük sayda silahlar təchiz olunur. Məsələn, T-90S tankları, hansı ki, özünü Amerikanın "Abrams" tanklarından daha yaxşı göstərə bilib"-Sivkov bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589