Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞUArtıq Novruz bayramının bir addımlığındayıq. Bəziləri bu bayramı meqapolis mühitində keçirtməyi seçsə də, rayonda, kənd mühitində qeyd etmək istəyənlərin də sayı az deyil. BiG.AZ saytı media kapitanların bayram planları ilə bağlı sorğu keçirib.

Sorğunu oxucularımıza təqdim edirik:

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU"APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı: Bayram günləri Bakıda olacağam. Novruz Bayramını ailəmlə birgə qeyd edəcəyəm. Bayramın 2-ci günü vaxt olsa şəhərə gəzməyə çıxmağı planlaşdırıram. Qalan vaxtlarda isə işimin başında olacağam. Çünki aprel ayının 11-də prezident seçkiləri keçiriləcək. Təbliğat və təşviqat kampaniyası artıq başlayıb. Bu da KİV-in işidir. Əlavə planlarım yoxdur. Xarici ölkəyə və yaxud da hər hansı bir rayona getməyəcəyəm.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞUPublika.az və teleqraf.com saytlarının rəhbəri Aynur Camal: Novruz bayramını evdə ailəmlə birgə qeyd etməyi düşünürəm. Bayram günlərində də Bakıda olacağam. Çünki Azərbaycanda prezident seçkilərinə start verilib. Bizim də media olaraq məsuliyyətimiz və vəzifələrimiz var. Ona görə də işimizin başında olmaq çox önəmlidir.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Elçin Mirzəbəyli: Novruz bayramını Bakıda ailə üzvlərimlə birgə qeyd edəcəyəm.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU"BakiPost" saytının baş redaktoru Elçin Zahiroğlu: Bayramı ailəmlə birgə qeyd edəcəyəm. Prezident seçkiləri ilə bağlı olaraq çalışacağam ki, Bakıda qeyd edim. Çox güman, bayram günlərində də biz iş başında olacağıq.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞUAzxeber.com portalının təsisçisi və redaktoru Hacıbəy Heydərov: Bayramı öz evimizdə doğmalarımızla birgə qeyd edəcəyəm. Novruz bayramı milli adət-ənənələrimizi özündə birləşdirən bayramdır və bu bayramı daha çox vətəndə, sevdiklərinin ətrafında qeyd etmək lazımdır. Fürsətdən istifadə edib, bütün oxucularınızı təbrik edirəm.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu: Novruz bayramını Bakıda öz evimdə qeyd edəcəyəm. Yəqin ki, Novxanıdakı bağ evimə də gedəcəm. Amma saytlarımızda xəbər axışı və mənim də onlara nəzarətim öz qüvvəsində olacaq.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU"Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov: Bayramla bağlı xüsusi bir planım yoxdur. Ənənəvi olaraq şəhərdə evdə, ailəmlə birgə bayramı qarşılayacağıq. Qohumlarla, dostlarla bayramlaşacağıq. Novruzun atributları ilə yumurta döyüşündən görək kim qalib çıxacaq!? Eyni zamanda da iş həyatımız davam edəcək. Çap mediasından fərqli olaraq, onlayn media istirahət bilmir. Bayram günü də olsa, oxucu xəbər istəyir. Ona görə də bayram günlərində qəzet olmasa da, sayt gündəlik işləyəcək. Ona görə də pik vaxtları yola verib, qalan zamanlarda işimizi davam etdirəcəyik. Amma imkan edə bilsəm öz rayonumuza, kəndimizə baş çəkərdim. Planda var, konkret zamanı hələ bilmirəm. Hər halda Novruzu şəhərdə qarşılayacam.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞUÖlkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov: Mən bu il ilk dəfə olaraq ənənəni pozaraq Novruz bayramını İstanbulda qeyd edəcəyəm. Novruz bayramının ən gözəl keçirildiyi ölkə Azərbaycandır. Bu il çox təəssüf ki, planlarımda dəyişiklik oldu. Bayramı Türkiyədə qeyd etməli olacağam. Hər kəsin Novruz bayramını təbrik edirəm.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞU"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi: Novruz bayramını ailəmlə, yaxın qohumlarla, dostlarla keçirəcəyik. Bakıda evimdə olacam. Hansısa xarici ölkəyə getmək planım və həvəsim də yoxdur. Bakıdan çıxmaq imkanım olsa da, Azərbaycandan kənara çıxmayacam. Bizim gözəl ölkəmizi gəzmək, görmək və tanımaq, tanıdıqca daha çox sevmək imkanımız var.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞUBiG.AZ saytının redaktoru Rövşən Əsədov: Elin o başı, bu başı olmaz deyirlər amma mən bayramı elin bu biri başında, düşmən gülləsi ilə üz-üzə olan Ağdam rayonunda qeyd edəcəm. Bunun özünəməxsus bir nostalji hissləri var, doğulduğum, boya-başa çatdığım torpaqda qeyd etmək, təbiətin ətrini doğma el-obamda qeyd etmək daha xoşdur mənə. Bununla yanaşı ən önəmli məsələ ailəmlə birlikdə qeyd edəcəm. Düşünürəm ki, heç vaxt bayramı ölkə xaricində keçirtmərəm, mənim üçün ölkəmiz daha gözəl, daha səfali və daha doğmadır.

Media kapitanları Novruz bayramını harda qeyd edəcəklər? - SORĞUİnterpress.az və diaspor.az saytının baş redaktoru Toğrul Allahverdili: 8 ildir ki, Novruz bayramını vətəndən kənarda Moskvada qeyd edirdim. Novruz bayramı mənim üçün bütün bayramlardan üstündür. Ona görə də bu il Azərbaycanda vətənimdə olmağımdan istifadə edib bayramı əsil milli-mənəvi adət ənənələrlə qeyd etmək üçün Azərbaycan mədəniyyətində özünə məxsus yeri olan qədim Şamaxıda valideyinlərimin dünyaya göz açdığı kənddə qeyd edəcəyəm. Tam səmimi deyim ki, kənd üçün kənd sakinlərinin saflığı üçün çox darıxmışam oba görə də sevimli bayramımı doğma kəndimdə doğmalarımla qeyd edəcəyəm. Fürsətdən istifadə edib gənc lakin professional BiG.AZ saytının əməkdaşları başda olmaqla bütün xalqımızı və uca Türk dünyasını təbrik edirəm. Xalqımıza ən böyük sevinc olacaq qələbə müjdəsi arzu edirəm

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2175   Tarix: 19 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 391
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 741
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 139
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 518
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 319
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 250
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 148
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 211
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 487