Güləşçilərimizdən çağırış: Prezident seçkilərində cənab İlham Əliyevə səs verək - VİDEO
11 aprel 2018-ci il tarixdə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Azərbaycan Güləş Federasiyasında yığma komandaların məşqçi və idmançılarının iştirakı ilə seçki öncəsi toplantı keçirilib.
BiG.AZ xəbər verir ki, AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən görüş zamanı Olimpiya, Dünya, Avropa Çempionları və eləcə də gənc güləşçilər prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklərini qeyd ediblər.
Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, Azərbaycanın sürətli, dinamik inkişafı bütün digər sahələrdə olduğu kimi idman sahəsində də özünü göstərib. Ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanın daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanıb. Dövlət başçısının xüsusilə güləş idman növünə göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan güləşçiləri mötəbər beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında daima ən yüksək pillələrdə qərarlaşır, bayrağımızı yüksəldir, himnimizi səsləndirirlər.
AGF-nin 1-ci vitse prezidenti Firdovsi Umudov və çempionlarımız hər zaman Ali Baş Komandanın əmri ilə döyüşə hazır olduqlarını xüsusi vurğulayıblar. Firdovsi Umudov bildirib ki, ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz və əbədi birlik mövcuddur. Məhz bu birliyin sayəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr daima məğlubiyyətə düçar olublar və bundan sonra da onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər.
Sonda güləşçilərimiz aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini, İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Bu məqsədlə Azərbaycan Güləş Federasiyası tərəfindən məşhur güləşçilərimizin iştirakı ilə hazırlanan videocarxda bütün idman ictimaiyyətini və xalqımızı prezident seçkilərində İlham Əliyevə səs verməyə səsləyən çağırışlar yer alıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 897 Tarix: 19 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış baş həkim qastroenteroloq yox, pediatr imiş... - Ciddi nöqsanlar aşkarlandı
Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, Davud Qüdrətov ixtisasc
31.03.2026 461 Aprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31.03.2026 288 İt əl çəkdi, motal əl çəkmədi
Rusiyanın "Avrasiya" təşkilatı davamlı olaraq Qarabağdan könüllü olaraq köçmüş ermənilərə humanitar yardım göndərməyə davam edir. xəbər verir ki, dünən daha 140 ton yardım onlara çatdırılıb. Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə bu yardımlara gərək olmadığını bəyan edib. Hətta bir qədə
31.03.2026 495 "Çek çap edib satırdılar" - Nazirliyə qarşı fırıldaq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Əzimov Elnur, Adgözəlov Emin və Qarayev Nazimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, proses təqsirləndirilən şəxs Elnur Əzimovun ifadəsi il
31.03.2026 386 Partlayış səsləri eşidiləcək - MN
31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda
31.03.2026 393 Qızılın SON qiyməti
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 44,9 dollar artaraq 4 602,4 dollar təşkil edib. Bizim.Media xəbər verir ki, gümüş isə 1,93 dollar artaraq 72,5 dollara bərabər olub
31.03.2026 509 Kişi çatışmazlığı yaşanan ölkə qadınlarından türklərə ÇAĞIRIŞ
Litvalı qadınlar 40 yaşdan yuxarı türk kişilərə müraciət ediblər: "Burada kişi tapmaq çox çətindir, Litva sizin üçün mükəmməl yerdir. Biz yetkin kişiləri sevirik və Avropanın ən gözəl qızlarına sahibik". -ın xarici mediaya istinadən xəbərinə görə, bəzi Litvalı qadınların 40 yaş və yuxarı tür
31.03.2026 552 Ayaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş
Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində
31.03.2026 428 Yaddaşlardan silinməyən FACİƏ
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan soyqırımı hadisəsidir. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməy
31.03.2026 300