Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)

Gəlin toyunda atəş açdı
Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)ŞOK! Toy mərasimində bəyin ortadan çıxdığını zənn edən gəlin silaha əl ataraq atəş açdı!

İnsanı çaşdıran illustrasiyalar

Bu olduqca maraqlı vizual illustrasiyada, bir tərəfə doğru dönməkdə olan bir qadın siluetinin, müəyyən bir müddət diqqətlə baxıldığında, digər istiqamətə doğru dönməyə başladığı hissi yaranır. Bu maraqlı illustrasiya haqqında, bir çox əfsanəvi hekayələr dönüb -dolaşır. Məsələn bu siluetin, saat istiqamətində döndüyünü görənlərin daha çox beyinlərinin sağ tərəfini istifadə etdiyini və daha yaradıcı olduqları deyilərkən, saat istiqamətinin tərsinə döndüyünü görənlərin isə, beyinlərinin sol tərəfini istifadə etdiklərini və daha məntiqli kəslər olduqlarını iddia edənlər var. Lakin işin əslində, əgər kafi müddət bu şəkilə baxılsa, qadının hər iki tərəfə də döndüyü görülə bilir. Bunun əsl səbəbi isə, normalda beynimizin bütün Dünyanı hissləyərkən, olduqca sıx bir şəkildə istifadə etdiyi dərinlik hissinə, bu illustarsiyanın qətiliklə sahib olmamasıdır. Bu maraqlı şəkil, beynimizdə heç bir dərinlik hissi oyandırmayacaq şəkildə hazırlanmışdır. İki fərqli istiqamətə dönür kimi qəbul etməmizin əsl səbəbi də, beynimizdə ibarət yaranan bu komplekslikdir. Bu möcüzə illlustrasiya həqiqətən, indiyə qədər edilmiş olan, ən maraqlı optik illustrasiyalardan biridir.
Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)Aşağıdakı şəkildə iki şahmat dəstəsi görünür. İlk baxışda olduqca normal görünən bu şahmat daşları əslində olduqca müvəffəqiyyətli bir göz yanılmasıdır. Belə ki cavabı öyrəndiyində insan çaşıb qalır. Sizcə hansı daşlar qara hansı daşlar ağdır?
Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)Sualın Cavabı : Hər iki şahmat komandası da eyni rəngdədir, istəsəniz bunu Photoshopun rəng aydınlaşdırmasında yoxlaya bilərsiniz.. Gördüyünüz şəkillərdə arxa fon rəngi üzərində oynanmışdır və boz fonda şahmat komandaları yaradılmışdır.

Samir Abasovla "Ukraine's Got Talent 4"
Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)Azərbaycanlı Samir Abasov "Ukraine's Got Talent 4" səhnəsində olan "bıçaq balans saxlamaq" nömrəsini öz ad günündə göstərərək hamını təəccübləndirdi.

2 yaşlı uşaqdan şip-şirin rəqs
Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)

Mentalitet

Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)Mentalitet bir qrup insanın eyni dövrdə eyni cürə hərəkət etməyə özünü məcbur hiss etməyidir. İngilis dilində tam qarşılığı "sürü davranış və ya düşüncəsi" olaraq gedən mentalitet elmdə daha çox qoyun, at kimi heyvanlara aid edilsə də bəzi, xüsusilə də şərq cəmiyyətlərində bu formalaşmış sistemə tez-tez rast gəlinir. Mentalitet insanların inkişafının qarşısını alan, hətta geriləməyə aparan, onları öz dövrlərinə görə yox, özlərindən qabaq yaşamışların adətləri və şərtləri ilə yaşamağa vadar edən bir məvhumdur.

Elmdə bir növ psixoloji xəstəlik kimi də qəbul edilən mentalitetin əslində "sürüdən dala qalma" qorxusu əsasında formalaşdığı müəyyən edilib. Lakin qəribə tərəfi odur ki, bu qorxunu "sürü"nün bütün üzvləri keçirir.

Mentalitet ilk canlının yaranmağından bu yana mövcud olmuşdur. Lakin bu məvhum ilk dəfə 19-cu əsr fransız sosyal psixoloqları Gabriel Tarde və Gustave Le Bon tərəfindən elmə qazandırılmışdır. Mentalitet həmçinin "Sülh və Müharibədə Sürü İnstinktləri" kitabının müəllifləri Sigmund Freud və Wilfred Trotter tərəfindən də araşdırılıb. Bundan başqa sosioloq və iqtisadçı Thorstein Veblen öz teoriyası ilə necə fərdi şəxslərin digər qrup üzvlərinin hərəkətlərini yamsıladığını izah edir.
Big.az-da maraqlı xəbərlər toplusu (7-ci hissə)Mentalitet barədə aparılmış təcrübə

Mentalitetlə bağlı insanlar və heyvanlar üzərində bir çox təcrübələr aparılıb. Onlardan biri də ABŞ-da meymunlarla edilmiş təcrübədir. Belə ki, bir otağa beş ədəd meymun salınır və həmin otağın tavanından iplə banan salladılır, bananın altında isə onu götürə bilmək üçün pilləkan qoyulur. Meymunlar başa düşürlər ki, bananı götürə bilmək üçün pilləkana çıxmaq lazımdır. Beləliklə meymunlardan biri pilləkanla çıxaraq bananı götürür, elə bu anda təcrübəni aparanlar kənarda qalan meymunların üstünə soyuq su tökürlər və bu hadisə bir-neçə dəfə təkrarlanır - hər dəfə hansısa bir meymun bananı götürməyə cəhd edəndə digərləri soyuq su ilə sulanır və sulanan meymunlar bananı götürən meymunu döyürlər. Nəticədə bir neçə cəhddən sonra heç bir meymun pilləkan tərəfə yaxınlaşmağa cəsarət edə bilmir. Bundan sonra təcrübəçilər suyu bir də açmamaq şərtilə kəsirlər və həmin beş meymundan birini çıxardıb yerinə tamamilə yeni bir meymun qoyurlar. Vəziyyətdən xəbəri olmayan yeni meymun pilləkanla çıxaraq bananı götürür, digərləri bu dəfə sulanmamaqlarına baxmayaraq yeni meymunu döyürlər. Bu hadisədən sonra təcrübəçilər yenə köhnə meymunlardan birini çıxardaraq yeni meymun salır. İkinci gələn yeni meymun da bananı götürməyə cəhd edəndə digərləri tərəfindən döyülür, maraqlısı isə odur ki, onu döyənlər arasında vəziyyətdən xəbərsiz birinci yeni gəlmiş meymun da var idi. Bu proses beş meymunun beşinin də tamamilə yenilənməyinə qədər davam edir. Nəticədə isə otaqda vəziyyətdən qətiyyən xəbəri olmayan və su dəyməmiş beş meymun qalır və bu beş meymunun heç biri artıq səbəbini bilmədən pilləkana yaxınlaşmağa cəsarət edə bilmir. Yəqin ki, həmin meymunların dili olsaydı və onlara "niyə pilləkana yaxınlaşmırsınız?" sualı verilsəydi cavabını bilməyəcəkdilər.

Qısası, əgər davamlı olaraq etdiyiniz və etməməyə çəkindiyiniz davranışınız varsa özünüzə "niyə?" sualını verin. Məntiqli cavab tapa bilməsəniz və ya cavabınız "filankəs belə deyir"dirsə onda siz "mentalitet xəstəliyinə" tutulmusunuz.

Həmişə özünüz olmağa çalışın, həyatınızı səbəbsiz düşüncələrə görə qurmayın. Əks halda özünüzü zindanda yaşayırsınız kimi hiss edəcəksiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7077   Tarix: 27 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364