"Quska" Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı — ŞOK FAKTLAR

"Quska" Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı — ŞOK FAKTLARHazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər bu kimi şəxsləri dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.

BiG.AZ xəbər verir ki, Avropada fəaliyyət göstərən diaspora dairələrindən ölkə.az-a daxil olan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev yuxarıda adları qeyd olunan şəxsləri bir araya gətirərək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.

"Mafiyoz bəstəkar" kimi tanınan Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər "siyasi narazılar"dan Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.

Hüseyn Abdullayev başladılacaq kampaniyalar üçün də həmin təxribatçıların lazımı qədər vəsaitlə də təmin olunacağına söz verib.

Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında da kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı "düşmən" obrazı yaradılsın. Daha sonra Hüseyn Abdullayev Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı Orduxan Teymurxanın dayanmasını istəyib.

Müzakirələrdən sonra təxribatçı qrup üzvləri dərhal Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.
Mənbənin məlumatına görə, artıq Hüseyn Abdullayev ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. Hüseyn Abdullayev vəsaitin davamlı olacağına söz verib.

Onların yaşayış tərzi və həyatı normal əxlaqa sığmadığı üçün bu cür ləyaqətsiz və şərəfsiz tapşırığı can-başla qəbul edib işə başlayıblar.

Çünki "moşennik" Hüseyn Abdullayevin nə savadı, nə də intelektual səviyyəsi imkan vermir ki, çıxıb sağlam mübarizə aparsın.
Ona görə də küyə gedən ağılsız gənclərdən "kukla" kimi istifadə edir.

Əslində Azərbaycan xalqı "Quska"nın hansı yuvanın quşu olduğunu gözəl bilir. Ona görə də "moşennik iş adamı" kimi ad çıxaran Hüseyn Abdullayevin ümidi təxribatçı qrupa qalıb.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində "mafiyoz deputat" obrazı yaratmış Hüseyn Abdullayevin son illər mütəmadi olaraq Avropada erməni dairələri ilə gizli görüşlər keçirməsi və onlardan maliyyə vəsaiti alması barədə xəbərlər yayılır. Bu baxımdan Hüseyn Abdullayevin bu təxribatçılara çirkin məqsədlər üçün ayırdığı vəsaitin erməni fondlarından qaynaqlanması istisna deyil.

"Quska" vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı "qoçu dəstələri" ilə hücum çəkirdi.

2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb.

Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb. Buradan isə müntəzəm olaraq Azərbaycan xalqını, dövlət məmurlarını təhqir edərək düşmən dəyirmanına su töküb.

Haqqında küllü miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılan və beynəlxalq axtarışa verilən "Quska" Almaniyadan yeni fotosunu paylaşmışdı. Fotodan da göründüyü kimi, Hüseyn Abdullayevin kefi yerindədi və haqqında cinayət işinin açılmasına baxmayaraq şəkildə kifayət qədər arxayın görünürdü. Bu isə onun Qərbdə özünə yeni havadarlar tapdığını bir daha üzə çıxarırdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1948   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383