Fəhlələri təhqir edən məşhur müğənni özünə haqq qazandırdı - FOTO

Fəhlələri təhqir edən məşhur müğənni özünə haqq qazandırdı - FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə türkiyəli müğənni Seda Sayan aparıcısı olduğu verilişdə fəhlələri təhqir edən ifadələr işlədib.

Belə ki, proqramda qonaq olan Ece Gürselə "Sperma bankından istifadə edərək ana olmaq istərdiz?" sualı verilib. Seda isə "Ay qız, nə fəhlələr var. Günahdır, onlar insan deyil? Doğmaq üçün nə gözləyirsən? Onların genləri uyğundur, birindən uşaq dünyaya gətir", - deyə bildirmişdi.

"Qafqazinfo" xəbər verir ki, Türkiyə Televiziya və Radio Şurası (RTÜK) onun bu ifadələrinə görə, kanala 5 dəfə proqramı dayandırma cəzası vermişdi.

Bundan əsəbiləşən S.Sayan sözlərinin başqa mənaya çəkildiyini və hadisənin tragikomediya olduğunu deyib:

"Təəccüblə izləyirəm. Uşaq doğmağınız üçün bu məmləkətdə nə mühəndislər, nə həkimlər, nə holdinq sahibləri var desəydim, heç kim bir şey söyləməyəcəkdi. Nə inşaat işçiləri, aslan kimi bazar işçiləri var dediyim üçün onları təhqir etdiyim düşünüldü. İndi onları kiçik görən mənəmmi, yoxsa onlar adamlıqlarının fərqindəmi deyillər? Sizcə də tragikomik deyilmi?".

Fəhlələri təhqir edən məşhur müğənni özünə haqq qazandırdı - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2089 Tarix: 11.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol