Lənkəranskinin qardaşını həbsdən Quli azad etdirib - TƏFƏRRÜAT

Lənkəranskinin qardaşını həbsdən Quli azad etdirib - TƏFƏRRÜATÖtən ilin noyabrında İstanbulda Quli Bakinski kimi tanınan "qanuni oğru" Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, dəstə üzvləri Qulinin "onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır" dedikdən sonra azadlığa buraxılıb.

Yada salaq ki, 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Nadir Səlifova qarşı sui-qəsd cəhdi noyabrın 2-dəı yayılıb. İddia olunurdu ki, həmin vaxt killerlər qrupu İstanbulda N. Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.
Sui-qəsdə cəhdə görə həbs edilənlər sırasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, eləcə də Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı da olub.

Yanvar ayında isə gözlənilmədən Namiq Canıyev və digərləri İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıblar.

Rusiya KİV-i yazır ki, Nadir Səlifov özünü bu işdə zərərçəkmiş hesab etmədikdən sonra həbs edilənlər azadlığa buraxılıblar. İddia olunur ki, Qulinin adamları sui-qəsdin maliyyəsini təşkil edən Lənkəranskinin yaxın qohumu (yeznəsi) Zaur Əhmədovla haqq-hesab çəkmək istəyir.

Məlumdur ki, Moskvada yerləşən "Fud Siti" adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətindədir. Daha dəqiq desək, hazırda bazarı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edir. Rusiya KİV-i iddia edir ki, "Fud Siti"dəki ofislərində məskunlaşan Zaur Qulidən ehtiyat etdiyi üçün xeyli müddətdir ki, çoxsaylı mühafizəçilərlə gəzir.

Rusiya mətbuatı iddia edir ki, Quli azərbaycanlı kriminal avtoritet Əli Heydərovla bağlı mövqeyində də dəyişiklik etməyib. Belə ki, Quli Ə.Heydərovu "qanuni oğru" kimi tanımır. Məlum olduğu kimi, Əli Heydərov (kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınır) 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ildə isə "Albert Rıjıy"a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Qulinin adını hallanırdı.
Albert Rıjıy "sxodka" keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu. "Sxodka"da iştirak edən Aleksey Qudına (Lexa İrkutski) iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib.

Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. Quli isə bu məsələnin üstündən keçmir və Rusiya mətbuatı iddia edir ki, "qanuni oğru" mövqeyini Albert Rıjıy ilə üzbəüz söhbət edənədək dəyişməyəcəyini bildirib.

Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. (musavat)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2339   Tarix: 09 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133