Həbsdə olan iş adamıyla bağlı daha bir şikayət: 706 min manatı qaytarmır

Həbsdə olan iş adamıyla bağlı daha bir şikayət: 706 min manatı qaytarmırSabirabad rayonu Poladtoğay kəndində yaşayan Səfərova Səadət Sultanəli qızı Baş Prokurorluğa və Binəqədi rayon prokuroruna şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, bir müddət öncə Bakıda marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədov onun da pullarını ələ keçirib və geri qaytarmayıb: "Mənə məxsus olan "Bauver 20 H" və "Soulmec SR 30" markalı ağır tikinti texnikalarını hal-hazırda həbsdə olan Xanməmmədov Azadxan Allahqulu oğlu ilə aramızda olan şifahi razılaşmaya əsasən alıb, lakin ona olan inam və etibarımdan istifadə edərək texnikanın pulunun 706 min manatını ödəməyib. Dəfələrlə Binəqədi rayonu ərazisində yerləşən "Azdlıq" metrosunun yanındakı ofisinə müraciət etsək də, yalan vəd verərək guya texnikanın pulunu yaxın zamanda ödəyəcək deyib mənə qarşı dələduzluq edib. Onun bu cinayət əməli nəticəsində mən və ailə üzvlərim ağır maddi vəziyyətə düşmüşük.

Mən bilirəm ki, Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Ona görə də, cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün təqsirləndirilənin cinayət əməlinə düzgün qiymət verilməsinə görə mənə qarşı da törətmiş olduğu cinayət əməlinin birlikdə araşıdırılması qanunvericilik nöqteyi-nəzərindən məqsədə müvafiqdir.

Yuxarda qeyd olunanları nəzərə alaraq Səadət Səfərova prokurordan xahiş edir ki, ona qarşı dələduzluq etmiş Xanməmmədov Azadxan Allahqulu oğluna Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə başlanmış cinayət işi çərçivəsində onun zərərçəkəmiş qismində cəlb olunmağım barədə qərar qəbul etsin.

Qeyd edək ki, bir müddət öncə marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədova qarşı daha bir cinayət işi açılıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, bundan öncə xuliqanlıqda təqsirləndirilən A.Xanməmmədov bu dəfə dələduzluqda ittiham edilir. Belə ki, Faiq Seyidovun şikayəti əsasında Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. F.Seyidov ərizəsində qeyd edib ki, A.Xanmmədov onun etibarından sui-istifadə edərək 1 milyon 800 min manat dəyərində 20 ədəd avtobusu dələduzluq yolu ilə öz mülkiyyətinə keçirib.

08 iyun 2017-ci ildə səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən "Safastore" mağazasına hücum edib, market əməkdaşlarına təzyiq edərək çölə çıxarıblar. A.Xanməmmədov həmin şəxslərə belə bir tapşırıq verməkdə ittiham edilib və Binəqədi rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. "Riyad" Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov 4 il, Savalan Məhərrəmov və Məzahir Qurbanov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər mühafizəçilər 2 il müddətinə islah işlərinə təhkim olunublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 07 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672