Serj getdi, Sarkisyan gəldi: Yeni dönəmdə nə dəyişəcək? - ŞƏRH

Serj getdi, Sarkisyan gəldi: Yeni dönəmdə nə dəyişəcək? - ŞƏRHRespublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib. Maraq doğuran suallardan biri odur ki, yeni prezident neçə illərdir ki, təcavüzkar və təxribatçı bir dövlət dövlət kimi tanınan Ermənistanın mövcud siyasətini dəyişə biləcəkmi? Ən əsası isə Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyiş əldə ediləcəkmi?

Serj getdi, Sarkisyan gəldi: Yeni dönəmdə nə dəyişəcək? - ŞƏRHBununla bağlı BiG.AZ-a açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd edib ki, Ermənistanda prezident kürsüsünə gətirilən Armen Sarksiyan idarə olunan və oyuncaq şəxsdir: "Onun səlahiyyətləri yoxdur. Serj Sarksiyanın seçimidir. Çox güman ki, Serj Sarksiyan böyük səlahiyyətlərlə baş nazir postuna gətiriləcək. Belə olduğu halda o əvvəlki mövqeyindən əl çəkməyəcək. Çünki o daha böyük tribunalarda torpaqlarımızı işğal altında saxlamasına haqq qazandırmağa çalışır. Hətta Xocalı soyqırımı ilə də bağlı boş-boş danışıqları da var. Çox təəssüf ki, dünya da bu haqsızlıqlara susur. Mən bu rəhbər dəyişimindən və danışıqlardan müsbət nəticə gözləmirəm. Düşünürəm ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra işğal olunmuş torpaqlarımızın azad edilməsi ciddi bir mərhələyə qədəm qoyacaq. Hərbi əməliyyatların bərpa edilməsinə şübhə etmirəm. Məncə biz işğal etdiyimiz torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyo və ordumuzun rəşadəti ilə torpaqlarımızı işğaldan azad edəcəyik".

Serj getdi, Sarkisyan gəldi: Yeni dönəmdə nə dəyişəcək? - ŞƏRH"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli vurğulayıb ki, Ermənistana yeni rəhbərin seçilməsi barədə fikirləri doğru yanaşma hesab etmirəm: "Ermənistanın yeni konstitusiyasına görə prezident yalnız təmsilçilik hüququna malikdir. O, formal olaraq Konstitisiyaya riayət olunmasının zəmanətçisi kimi çıxış edir. Yeni konstitusiyaya görə isə, icra hakimiyyətinin rəhbəri funksiyasını baş nazir yerinə yetirəcək. Baş nazirin seçilməsi isə çox güman ki, aprelin 9-dan, indiki prezident Serj Sarkisyanın səlahiyyət müddəti bitdikdən sonra baş verəcək. Çox güman ki, parlamentdəki çoxluq baş nazir kimi Serj Sarkisyanın namizədliyini də dəstəkləyəcək. Armen Sarkisyanın prezident seçilməsini isə daha çox bu ölkənin daxili və Avropa İttifaqına yönəlik siyasəti ilə əlaqələndirmək lazımdır. Armen Sarkisyan İrəvan ermənisidir və onun prezident postuna gətirilməsinə də İrəvan və Qarabağ klanı arasında balans yaradılmasına cəhd kimi yanaşmaq lazımdır. Digər tərəfdən, Armen Sarkisyanın vaxtilə Ermənistanı səfir kimi Avropa ölkələrində, o cümlədən Avropa İttifaqında təmsil etməsi çox güman ki. İrəvanın Brüssellə münasibətlərində manevr imkanları qazanmasına xidmət edir. Bundan öncə Ermənistan Rusiya və qərb arasında eyni şəxsin - prezidentin timsalında manipulyasiya edirdi. Yeni şərait isə siyasi riyakarlığın iki ayrı-ayrı şəxs və hakimiyyət təmsilçisi tərəfindən həyata keçirilməsinə zəmin yaradacaq. Prezident Qərb, baş nazir isə Rusiya yönümlü siyasət yeridəcək. Bütün bunların isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hər hansı formada müsbət təsir göstərəcəyini düşünmürəm. Əksinə Ermənistandakı mövcud siyasi reallıq münaqişənin hərbi yolla həlli ehtimalını daha da artıracaq".

Serj getdi, Sarkisyan gəldi: Yeni dönəmdə nə dəyişəcək? - ŞƏRHCənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanda martın 2-də parlamentdə keçirilən prezident seçkilərində Armen Sarkisyan hakim Respublika partiyasının namizədi kimi əksər səslərin çoxunu alaraq növbəti 7 il üçün bu ölkənin prezidenti seçildi: "Ermənistanda konustitusiya dəyişikliklərindən sonra bu ölkədə əsas səlahiyyət baş nazirə keçib və prezident məhdud səlahiyyətlərə malikdir. Ermənistan prezidenti seçilən Armen Sarksyanın baş nazir olacaq Serj Sarkisyanın kadırıdır və formal olaraq dövlət başçısı statusunu yerinə yetirəcək. Əsasən Azərbaycanla aparılan Qarabağ danışıqlarında baş nazir Serj Sarkisyan iştirak edəcək. Aprelin 9-dan sonra bu ölkədə tam idarəçilik sistemi başa çatır, ölkə parlament respublikası isul idarəsinə keçir. Baş nazir olaraq Serj Sarkisyan əvvəl prezident kimi geniş səlahiyyətə malik idi və aparılan danışıqlar da heç kimə hesabat vermirdi. İndi isə parlament qarşısında hesabat verəcək, bir növ özünün manevr siyasətini genişləndirəcək. Guya aparılan danışıqların formatını parlament qəbul etmir və s.kimi danışıqları uzada bilər. Hesab edirəm ki, Qarabağ danışıqlarının bundan sonra həll variantını Ermənistan kifayət qədər uzatmaq siyasətinə sadiq qalacaq. İmkan verməmək lazımdır ki, rəsmi İrəvan bu siyasəti aparsın. Ermənistanda struktur və siyasi islahatlar Qarabağ danışıqlarına müsbət təsiri olmayacaq".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1994   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1631
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 838
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 82
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 964
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 286
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 489
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 410