Ayaz Mütəllibov: "Amerikanların cibinə pul salsan, yəqin hamısı Xocalını da tanıyar…"

Ayaz Mütəllibov: "Amerikanların cibinə pul salsan, yəqin hamısı Xocalını da tanıyar…""Ermənilər həm də fitnəkarlıq bacarığı baxımından bizi qabaqlayıblar…"

Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində bir daha Azərbaycanın cəmi 4 aylıq müstəqil dövlətinin həm xaricdən, həm daxildən kəskin təhdidlər altında olduğu həmin ağır və xaotik günlərində ölkəyə başçılıq etmiş Ayaz Mütəllibova müraciət etdik. Yaşını və səhhətini nəzərə alaraq eks-prezidentdən kiçikhəcmli bir müsahibə götürməli olduq.

-Ayaz müəllim, bu gün Azərbaycan dövləti və ictimai təşkilatlar Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün xeyli iş görsələr də, hələ də ABŞ və Avropanın böyük dövlətlərinin bu dəhşətli qəliamın soyqırımı kimi tanınmasına nail olunmayıb. Müstəqillik qazandığımız son 27 ili nəzərdə tutsaq, Ermənistan öz qondarma "soyqırım"larinı tanıtmaqda bizi xeyli qabaqlayır. Ermənilərlə münaqişə və müharibənin ən gərgin və ziddiyyətli ilk illərini yaşamış bir dövlət başçısı kimi bu haqda nə düşünürsüz?

-Bilirsiz, burada bir çox səbəblər var. Tarixən Qərb dünyasında ermənilərə dəstək verənlər çox olub. Həm də onlar Azərbaycana, Türkiyəyə qarşı bu işləri sovet dövründə də görüblər. Yəni bizi həm də zaman baxımından qabaqlayıblar. Eyni zamanda erməni millətçiləri fitnəkarlıq ustasıdır. Mənə qarşı son həyasız və haqsız hücumları da bunu təsdiqləyir. Onlar məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atırlar. Yeri gələndə özləri özlərini də qırırlar. Bir sözlə, erməni siyasətbazları bizi əsasən fitnəkarlıq baxımından qabaqlayıblar. Üçüncüsü də, ermənilər təbliğat sahəsinə çəkinmədən külli miqdarda pul qoyurlar. Odur ki onların Avropa və ABŞ-da da lobbiləri, diasporları güclüdür. Amerikanlar da belədir ki, ciblərinə pulunu sal, xahişini elə, işini görsünlər... Yəqin pullarını versən, hamısı Xocalı soyqırımını da tanıyar...

-İnşallah, fevralın 26-da Xocalı qurbanları abidəsinə baş çəkəcəksinizmi?

-Düzü, neçə gündür möhkəm soyuqlamışam. Səhhətim imkan versə, inşallah gedəcəm Xocalı abidəsinə... Gedib yad edəcəm o şəhidləri...

Ayaz Mütəllibov: "Amerikanların cibinə pul salsan, yəqin hamısı Xocalını da tanıyar…"-Yəqin imkanınız olanda yalnız anım günlərində deyil, adi günlərdə də baş çəkirsiz Xocalı abidəsinə?

-Demək olar ki, Bakıya qayıdandan hər ildönümündə oluram orada... Ötən ilin fevralında da olmuşam. Mənim üçün mənəvi-fizioloji baxımdan da ağırdır Xocalı abidəsinə baş çəkmək...

-Ayaz müəllim, heç o abidə önündə dayananda ürəyinizdə Xocalı şəhidlərindən mənəvi baxımdan üzr diləmək hissi, düşüncəsi keçir? Yəni: "Bağışlayın, sizi qoruya bilmədik..." kimi fikirlər...

-Vallah, nə deyim, adamın ürəyi ağrıyır. Çox ağırdır.... O abidə önündə dayanmaq, düşünmək Azərbaycanı sevən hər bir vətəndaş kimi mənim üçün də çox ağırdı... Allah cəmi şəhidlərimizə rəhmət eləsin!..


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1050   Tarix: 24 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 201
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 204
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 254
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 257
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 784
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 926
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 245
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 422
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1159