Üzücü xəbər! Reanimasiyaya yerləşdirilən azərbaycanlı məşhurun vəziyyəti ağırdır - FOTO

Üzücü xəbər! Reanimasiyaya yerləşdirilən azərbaycanlı məşhurun vəziyyəti ağırdır - FOTO

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti ağırdır.

Yenicag.az-a bu barədə sözügedən komitənin sədri Vaqif Sadıqov məlumat verib:

“Böyükağa Hacıyev Mərkəzi Kliniki Xəstəxanadan çıxarılandan sonra “Modern”də yatmalı oldu. Lakin palatada qala bilmədi. Yenidən reanimasiyaya yerləşdirildi. İndi də həkim nəzarətindədir. Ürək və qan dövranını bərpa etmək istəyirlər. Ürək heç olmasa 50 faiz işləməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun. Bəzi məqamlarda insanı tanıyır. Lakin təzyiq imkan vermir. Şiş də elə yerdədir ki, bütün orqanlara, xüsusən də ürəyə mənfi təsir edir. Durumu stabil-ağır olaraq qalır. Bu qədər müddətdə reanimasiyada qalması yaxşı əlamət deyil. Yenə də ümidimizi üzmürük”.
Üzücü xəbər! Reanimasiyaya yerləşdirilən azərbaycanlı məşhurun vəziyyəti ağırdır - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2974 Tarix: 22.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər