Deputat Bayıl yamacında baş verənlərdən danışdı - "Sui-istifadə olmasın"

Deputat Bayıl yamacında baş verənlərdən danışdı - "Sui-istifadə olmasın"Deputat Rafael Cəbrayılov Bayıl yamacında baş vermiş sürüşmə hadisəsi ilə bağlı ərazidən köçürülən sakinlərin hələ də didərgin halda yaşamasına mübasibət bildirib. O deyib ki, sürüşmə yüksək təhlükə mənbəyi olan təbiət hadisəsidir: "İnsanların buradan çox çevik şəkildə köçürülməsini, təhlükəsizliyini və məişət şəraitinin maksimum səviyyədə təmin olunmasına cəhd olunmasını yüksək qiymətləndirirəm. Bu istiqamətdə müvafiq dövlət orqanları, o cümlədən Səbail Rayon İcra Hakimiyyəti gərgin şəkildə bu işlə məşğuldur. Bu, dövlətin humanizmindən irəli gələn bir məsələdir. Dövlətin öz funksiyalarını çox çevik şəkildə icra etməsi insanlara qarşı bu humanizmi nümayiş etdirməsi alqışlanmalı bir haldır. Amma bir dəyər olaraq, hər bir humanizm, demokratiya, insanpərvərlik hüquqa söykənəndə daha dəyərli olur. Buna görə də insanların ordakı narazılıqlarını başa düşürəm".

Deputat Bayıl yamacında baş verənlərdən danışdı - "Sui-istifadə olmasın"R.Cəbrayılov qeyd etdi ki, mətbuatda da o evlərin boşaldıldığını oxuyub. Amma evlərin saxlanca götürülməsi və onun qorunmasının təmin olunması ilə bağlı insanlarda heç bir hüquqi sənəd yoxdur: "Əgər o ərazi söküləcəksə, həmin insanlar yeni evlərlə təmin olunacaqsa, bu da hüquqa söykənməli, müvafiq müqavilələr bağlanmalıdır. Yoxsa, insanlara yüksək təhlükə mənbəyi deyilən yerdən "əşyalarınızı götürün çıxın" demək və bunu da qeyri-müəyyən müddətə qədər uzatmaq düzgün deyil. Hüquqa söykənməyən humanizm, yaxud demokratiya o qədər də yüksək qiymətləndirilə bilməz. Ona görə də müvafiq dövlət orqanlarına tövsiyə edərdim ki, bu cür çevik şəkildə humanizmi hüquqla qüvvətləndirərdilər. Həmin insanlarla müqavilələr bağlanırdı, yaxud, dövlət səviyyəsində Nazirlər Kabinetində müəyyən bir akt verilərdi. İnsanlarda bir əminlik yaranardı ki, dövlətin nümayiş etdirdiyi humanizm sonra hansısa məmurların süründürməçiliyi və sui-istifadəsi ilə nəticələnməyəcək. Mən hüquqa söykənən humanizmin tərəfdarıyam".

Qeyd edək ki, ərazidə yanvarın 24-dən etibarən sürüşmə təhlükəsi yarandığı üçün sakinlər köçürülüb. İndiyədək insanların bir qismı orta məktəbdə, qalanları isə qohum evində məskunlaşıb. Kirayəpulu adıyla pul veriləcəyi deyilsə də, hələ ortada konkret nəticə yoxdur. İnsanların əksəriyyəti kirayəpulunun az olduğunu iddia edir. Bəziləri isə kirayəyə çıxacağı təqdirdə evinin taleyindən narahatdır, çünki icra hakimiyyətinin nümayəndələri sakinlərə kirayəpulu veriləndən sonra evlərin söküləcəyini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 423   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 491
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 283
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 867
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 478
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 194
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 872
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 237
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 715