DİQQƏT! Ucuz qiymətə əmlaklar satışa çıxarıldı - Restoranlar, mağazalar, "Bolluq" bazası ....

DİQQƏT! Ucuz qiymətə əmlaklar satışa çıxarıldı - Restoranlar, mağazalar, "Bolluq" bazası ....Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Komitədən BiG.AZ-a verilən xəbərə görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb.

Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinə paytaxtda və regionlarda yerləşən ərzaq mağazalarını, emalatxanaları, restoranları, ictimai iaşə obyektlərini, aqrar sahəsi üçün yararlı olan yardımçı təsərrüfatları nümunə kimi göstərmək olar. Bu əmlaklar Bakı ilə yanaşı Gəncə, Yevlax, İmişli, Mingəçevir, Quba, Şəmkir və digər rayonlarda yerləşir. Paytaxt üzrə 13 mağaza, 7 emalatxana, 1 yeməkxana və digər sahələrə aid obyektlər özəlləşdirilməyə çıxarılıb. Regionlar üzrə isə 9 emalatxana, 18 mağaza, 3 ictimai iaşə obyekti, 14 mədəniyyət evi və klublar, 5 restoran, 3 yardımçı təsərrüfat və digər əlverişli əmlaklar sahibini axtarır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 20 kv.m ilə 3 min kv.m arasında dəyişir.

Hərracda ticarət obyekti kimi investorlar üçün əlverişli olan əmlaklar sırasında Sumqayıtda yerləşən "Bolluq" bazası xüsusi göstəricilərə malikdir. Adı çəkilən əmlakın torpaq sahəsi 13 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1445 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun "Şəmkir" filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 28 min kv.m-dən çoxdur yaxındır.

Yüngül sənaye üçün əlverişli əmlaklardan olan Qovlar tikiş fabrikinin Goranboy sahəsi də investora yaxşı qazanc gətirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 660 kv.m, torpaq sahəsi isə 3 min kv.m-dir. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi öz töhfəsini verə bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə müəssisələr sırasında "Qax Taxıl", "Saatlı Broyler", "Ağdaş Quşçuluq", "Yevlax Kəndnəqliyyat", "İmişli Yağ Pendir" kimi səhmdar cəmiyyətləri var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 53-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahəsi Daşkəsəndə, Mingəçevirdə, Göyçayda və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 400 kv.m arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlara uyğun olaraq qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb edilməsi məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Elektron hərrac sisteminin tətbiqi, bu sahədə elektron xidmətlərin sayının artırılması, prosedurların sadələşdirilməsi özəlləşmədə əlçatanlığı təmin edir, prosesi sürətləndirir. Özəlləşmə nəticəsində dövlət büdcəsinin üzərinə düşən yük və əlavə xərclər azalır, belə sahələrə böyük həcmli investisiyalar qoyulur, həmçinin yeni müəssisələrin, iş yerlərinin açılmasına şərait yaranır. Bu məqsədlə keçirilən hərraclar isə özəlləşmədə operativliyi təmin edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477