Bakı Dövlət Universitetinin tələbəsi faciəvi şəkildə öldü - VİDEO

Bakı Dövlət Universitetinin tələbəsi faciəvi şəkildə öldü - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nin tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş.

Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.

21:08

Bu gün səhər Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağir yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, Masallı sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi mikroavtobus hərəkətdə olarkən 57 yaşlı Bakı sakini Natiq Əliyevin idarə etdiyi avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Şəbnəm Musayeva və 18 yaşli Asif Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3453 Tarix: 18.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sensizlik2005
sensizlik2005 19.02.2018
Can can dunen esitdiyim ikici gencin faciesi idi.Cox pis oldum.Allah rehmet etisn.