Şagirdlərin seksual aktivliyini azaltmaq üçün peyvəndlənmə aparıla bilərmi? - EKSPERTLƏR ŞƏRH EDİR

Şagirdlərin seksual aktivliyini azaltmaq üçün peyvəndlənmə aparıla bilərmi? - EKSPERTLƏR ŞƏRH EDİRSon dövrlər orta məktəblərdə neqativ hadisələrin baş verməsi artıb. Xəbər verdiyimiz kimi, belə bir neqativ hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş vermişdi. Belə ki, 11-ci sinif şagirdi olan oğlan 7-ci sinifdə oxuyan qız şagirdi məktəbin idman zalının geyinib-soyunma otağında zorlayıb. BiG.AZ saytı şagirdlər arasında bu cür neqativ hallar təkrarlanmaması üçün atılacaq addımlarla maraqlanıb.

BiG.AZ saytına açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, təhsil haqqında qanuna və 2011-ci ildə qəbul edilmiş olan orta məktəbin gündəlik nizamnaməsinə görə şagirdlər il ərzində ən azı bir dəfə tibbi müayinədən keçməli və proflaktik tədbirlər görülməlidir: "Buna peyvəndlər daxildir. Uşaq dünayaya gəldiyi gündən yaş katoqoriyasına uyğun bir neçə aydan bir peyvəndlər vurulur. Eləcə də 6 yaşından 17 yaşına kimi şagirdlərə xəstəliklərə görə peyvənd vurulmalıdır. Amma hərbi ximətdə əsgərlər vurulan iynə ilə məktəbdə şagirdlərə təqdim edilən peyvəndlər eyni deyil. Amma istər məktəblərdə istərsə də hərbi hissələrdə hər kəsin o iynədən imtina etmə hüququ var. Qanunvericilikdə də göstərilir ki, bütün bu müayinələr könülü olmalıdr".

Şagirdlərin seksual aktivliyini azaltmaq üçün peyvəndlənmə aparıla bilərmi? - EKSPERTLƏR ŞƏRH EDİRKamran Əsədov vurğulayıb ki, orta məktəblərdə baş verən neqativ hallar idarəçiliyin zəyif olması ilə bağlıdır: "Amma hərbi hissələr də nəzarət olduqca güclüdür. Sadəcə əsgərlər arasında zorlama kimi hallar zaman-zaman baş verir. Bu cür hadisələr təkcə Azərbaycanda deyil bütün dövlətlərdə də baş verə bilər. Bilirsiniz ki, hərbi hissələrə yad insanların girişi qadağandır. Amma məktəblərdə bu qadağa yoxdur. Şagirdlər arasında cinsi əlaqə və digər hadisələrin baş verməməsi üçün məktəb ciddi nəzarət sisteminə keçməlidir. Ən azından məktəblərin girişinə şkaflar quraşdırılmaldır. Şagirdlər məktəbə girərkən telefonları əllərindən alınıb həmin şkaflara qoyulmalıdır. Məktəbin hər yerinə komeralar quraşdırılmalı və mütəmadı olaraq da nəzarət edilməlidir. Direktorlar, müavinləri, sinif rəhbərləri daim siniflərə nəzarət etməlidir. Məktəblərdə neqativ halların baş verməməsi üçün psixoloqlar şagirdlərlə danışıqlar aparmalı, tibb bacıları isə mütəmadı olaraq onları müayinədən keçirməlidir".

Psixoloq Fərqanə Nəcəfli bildirib ki, məktəblərdə neqativ halların baş verməməsi üçün şagirdlər və valideynlər arasında maarifləndirmə işləri düzgün aparılmalıdır: "Bu maarifləndirmə işləri ibtidai sinifdən başlamalıdır. Bunu da əlbəttə onların yaddına tez-tez salamaq lazımdır. Çox təəssüf ki, bu gün məktəblərdə bu sahədə tədbirlər görülmür. Məktəblərdə cəmi bir psixoloq ştatı olur. Bir psixoloq 2000 şagirdə və valideyninə necə çatdırsın. Hər bir şagirdin və valideynin müxtəlif psixoloji durumu var. Əlbəttə bununla bir psixoloq öhtəsindən gələ bilməz. Amma mərkəzlərdə şəxsi psixoloq kimi fəaliyyət göstərənlər məktəblərdə treninqlər keçirə bilər. Amma bunun üçün Təhsil Nazirliyindən icazə alınmalı, bəzi sənədləşmə aparılmalıdır. Bu da uzun müddət vaxt aldığı üçün heç bir psixoloq üçün maraqlı deyil. Əgər bu sənədləşmə aradan götürülsə daha rahat olar. Sadəcə direktorlardan icazə alınmalıdır. Belə olanda da bir məktəbi götürər orada maarifləndirmə sahəsində treninq və layihə həyata keçirərəm. Hər şeyi dövlətin üzərinə atmaq ədalətsizlik olar. Bir az da özəl müəssisələr üzərinə düşən məsuliyyəti dərk etməlidir. Məktəblərdə və bağçalarda maarifləndirmə işləri aparılsa intiharların, neqativ halların sayı xeyli azalar".

Şagirdlərin seksual aktivliyini azaltmaq üçün peyvəndlənmə aparıla bilərmi? - EKSPERTLƏR ŞƏRH EDİRPsixoloq onu da söyləyib ki, seminarlar çoxaldıqca psixoloqlar arasında rəqabət də çoxalacaq: "Rəqabət olan yerdə keyfiyyət artır. Sadəcə məktəblərdə olan psixoloqları tənqid etmək lazım deyil. Hər il universitetlər psixoloq buraxır. Onların işi nədən ibarətdir? Bir ştatla o qədər şagirdin necə öhtəsindən gəlmək olar. Problemi həll etmək üçün komanda şəkilində hərəkət edilməlidir. Problemi kökündən həll etmək lazımdır. 3 uşağı psixoloq qabağına qoyub tərbiyyə etməklə problem həll olunmur. Hər şey ailədən başlayır. Paltar almaqla, yemək verməklə uşaq böyüdülmür. İnsan yetişdirmək üçün çətindir. Problemin kökü cəmiyyətdədir. Təhqir etmək əvəzinə məsələnin kökü araşdırılmalıdır".

Şagirdlərin seksual aktivliyini azaltmaq üçün peyvəndlənmə aparıla bilərmi? - EKSPERTLƏR ŞƏRH EDİRHərbi ekspert Azad İsazadə isə Sovet ordusunda bu cür dərmanlardan istifadə edildiyini, lakin bu gün Azərbaycan ordusunda istifadə edilib-edilməməsindən məlumatsız olduğunu bildirib: "Bəli, Sovet ordusunda Brom tərkibli damcılar istifadə edilirdi. Həmin dərman əsgərlər arasında seksual aktivliyi azaldırdı və əsgərlər arasında zorlanma, zorakılıq hallarının qarşısını qismən alırdı. Həmin damcılar suya qatılaraq əsgərlərə içizdirilir, yaxud da yeməyə qatılırdı. Hazırda Azərbaycan ordusunda bu dərmanlardan istifadə edilib-edilməməsi barədə məlumatsızam".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3402   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 730
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 170
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1186
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 592
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 375
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 164
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 47
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 169
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 264