"Gəncəbank"ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edildi

"Gəncəbank"ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edildiÖtən il Prezident Administrasiyasına daxil olmuş müraciətlərin bir qismi bank məsələləri və kreditlərin verilməsi ilə bağlı olub.

BiG.AZ xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Bununla belə, onun sözlərinə görə, əvvəlki illə müqayisədə bu mövzuda müraciətlər azalıb: "Bəzi banklarda kreditlərin ödənilməsi ilə yanaşı, əmanətlərin verilməsində də müəyyən problemlər yaranıb. Fəaliyyətindən şikayət edilən bankların bəziləri artıq bağlanıb, respublikanın bank sistemində problem doğuran səbəbləri müvafiq qurumlar tənzimlənməyə başlayıb".

PA rəsmisi həmçinin deyib ki, bank işçilərinin fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlər və digər materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi banklar haqqında 25 cinayət işi açıb: "Açılmış cinayət işlərinin təhqiqatının başa çatdırılması nəticəsində ayrı-ayrı bankların vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluq və mənimsəmə halları qismən aradan qaldırılıb, dövlətə və vətəndaşlara dəyən böyük məbləğdə zərərin xeyli hissəsinin ödənilməsi və qaytarılması təmin edilib. Məsələn, "Gəncə Bank"ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək, onların vurduğu 14 mln. manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilmiş, həmin şəxslərin onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs qoyulub. Bundan başqa, "Bank Standard" QSC üzrə başlanmış cinayət işinin yekununda 70 mln. manatdan çox dövlət borcunun ödənilməsi təmin edilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 431   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865