"Birinci meyiti morqa apardıq, sonra isə..." - Şəhid qızını öldürən iş adamının oğlunun məhkəməsi

"Birinci meyiti morqa apardıq, sonra isə..." - Şəhid qızını öldürən iş adamının oğlunun məhkəməsiBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Müstəntiq daha sonra ifadəsində qeyd edib ki, Rəhim Rəhimov istintaqa gələn müddətə kimi onun atası ilə 2 dəfə xidməti otağında görüşüb.

Onun sözlərinə görə, ikinci dəfə görüşən zaman oğluna kömək etməsini xahiş edib: "Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar getdi. Lakin həmin yerlərdə Rəhim tapılmadı".

Təqsirləndirilən Rəhim Rəhimov bildirib ki, hadisəni törədəndən sonra hər gün universitetə gedib: "Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi. İki dostumu ifadə almaq üçün yanımdan apardılar. Lakin mənə heç kim heç nə demədi".

Daha sonra şahid qismində ifadə verən polis baş leytentantı Asif Kərimov bildirib ki, ifadə vermək üçün müstəntiq Vüqar Abbasovun otağına gedib: "Müstəntiq mənə dedi ki, səni izahat almaq üçün çağıracam. Dedim ki, çağıranda gələrəm. Lakin sonra məni çağırmadı. Mən istintaqda baş verən qəza ilə bağlı ifadə verməmişəm".

Vüqar Abbasov isə bildirib ki, Asif Kərimovu dindirib, lakin onun dindirilməsini xatırlamır.

Daha sonra şahid qsimində Təcili Yardımda çalışan Arzu Əliyev ifadə verib. O bildirib ki, qəzanın baş verdiyi yerdə olub: "Biz hadisə yerinə çatdıq. Qadın artıq keçinmişdi. Orda soruşduq ki, hadisəni kim törədib, dedilər cavan uşaqdır. Həmin cavan oğlan avtoMaşının yanındaydı. Onun da yanında polislər vardı".

Təqsirləndirilən Rəhim Rəhimovun vəkili Muxtar Mustafayev vəsatətlə çıxış edib. O, yol hərəkət hadisə ilə bağlı təkrar ekspertiza keçirilməsini istəyib.

Vəsatətin növbəti iclasda müzakirə ediləcəyi bildirilib.

Növbəti proses fevralın 20-də davam edəcək.

***
"Ölkə.Az"ın məlumatına əsasən, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Səbail rayon Polis İdarəsinin müstəntiqi işləmiş Vüqar Abbasov şahid qismində ifadə verib.

O bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncama götürülüb. Onun sözlərinə görə, təqsirləndirilən Rəhim Rəhimovu cinayət işinin istintaqını aparan zaman tanıyıb.
"Hadisə olan vaxt Səbail rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. Rəhim Rəhimov 2017-ci ilin noybarın 8-də qəza törədib. Bununla bağlı idarəyə məlumat daxil oldu. Dərhal hadisə yerinə getdim. Ora çatanda hadisı yerinin mühafizə elədim. Maşının üstündə nömrə yox idi. Axtarış apardım, nömrə baqajdan çıxdı. Polislərdən soruşdum, dedilər sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs çıxdı. Dedi ki, hadisəni mən törətmişəm. Birinci meyiti morqa apardıq. Sonra ifadə almağa getdim. Əmrullanı dindirdim. Onun yalan danışdığımı bildim. Dərhal sonra cinayət işi açdım"-deyə keçmiş müstəntiq məhkəməyə ifadəsində bildirib.

Şahid bildirib ki, işlə bağlı araşdırma aparılanda Rəhim Rəhimov qəzanı özünün törətdiyini etiraf edib. O, bildirib ki, bununla bağlı hadisə yerində 4 polis əməkdaşı işləyib, hadisə yeri müayinə olunub.

Müstəntiq qeyd edib ki, Rəhim Rəhimov hadisədən 20 gün sonra könüllü şəkildə istintaqa gəlib: "Birinci etiraf etmirdi, sadəcə istintaqa cəlb olundu. Onun ilkin ifadəsini aldıq, sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki, rəhbərliyə məruzə edilmişdi".

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee" markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

Əlavə edək ki, bu cinayət işinin ibtidai istintaqını aparan Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vəzifəsindən kənarlaşdırılıb.

Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsü olan Əmrulla Şahbazovun törətdiyi göstərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1787   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 221
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 116
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 251
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 506
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 644
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 219
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 260
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 491