Bakıda məktəbdə intim görüntüsü yayılan qızın anası tanınmış şəxs imiş - Açıqlama

Bakıda məktəbdə intim görüntüsü yayılan qızın anası tanınmış şəxs imiş - AçıqlamaQızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb. BiG.AZ saytı bu cür hadisələrin baş vermə səbəbi ilə maraqlanıb.

Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə BiG.AZ-a açıqlamasında deyib ki, görünür ki, bu qız əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır: "Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək. Onlar başa düşməlidirlər ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var".

Bakıda məktəbdə intim görüntüsü yayılan qızın anası tanınmış şəxs imiş - AçıqlamaHüquq müdafiəçisi qeyd edib ki, cəmiyyət iki düşərgəyə bölünüb: biri qızı qınayır, digəri müdafiə edir:" Qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır. İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bir çoxları bu videonu axtarır və baxmaq istəyir. Burada uşaq pronoqrafiyasının yayılması faktı var. Qızı məktəbdən qovdular, sonra? Onlar Azərbaycandan getməlidirlər?"

Hüquq-müdafiəçisi ictimaiyyəti qızın müdafiəsinə qalxmağa, ona bu vəziyyətdən çıxmaqda kömək etməyə çağırıb:"Allaha şükür olsun ki, biz qadınların daş-qalaq edən cəmiyyətdə yaşamırıq".

Kəmalə Ağazadə onu da vurğulayıb ki, həmin qızın ailədən alınıb sığınma evinə yerləşdirilməsi qərarını qeydiyyatda olduğu icra hakimiyyətinin qəyyumluq komissiyası verməlidir: "Mən bu qıza kömək etməyə daim hazıram".

Psixoloq Narınc Rüstəmova açıqlamasında deyib ki,məktəbdə intim videosu yayılan qız yetkinlik yaşına çatmadığı üçün bu bütün hallarda uşağa qarşı seksual zorakılıq hesab olunur.

Bakıda məktəbdə intim görüntüsü yayılan qızın anası tanınmış şəxs imiş - AçıqlamaNarınc Rüstəmova qeyd edib ki, son dövrlər uşaqlar arasında bu cür hallar çoxalıb: "Bu da valideynlərin uşaqlarına qarşı diqqətsiz olmaqlarının göstəricisidir. Günlük problemlərin çoxalması valideynlərin uşaqlarına qarşı qayğısının azalmasına gətirib çıxarır. Ata-ana düşünür ki, yeməyini verirəmsə, geyimini, digər ehtiyaclarını alıramsa yaxşı valideynəm. Əlbəttə bu yaxşı valideynlik demək deyil. Yetkinlik yaşına çatmayan uşaqlara diqqət artırılmalıdır. Çünki bu yaşda uşaqlar çalışırlar ki, özləri üçün status qazansınlar. Uşaqlarda dərsə maraq azalırsa, özünə qapanırsa, yalan danışmağa və hətta oğurluq etməyə başlayırsa bu davranış pozuntusunun başlaması deməkdir. Əlbəttə bu da valideyn üçün xüsusi siqnal təbliği deməkdir. Uşaqlar hansısa bir təcrübə yaşayırsa bu təcavüz hallarına da aiddir bu uşaqlarda cinsi problemlər yaradır. Yəni uşaqlarda seksual istək daha da çoxalır. İntiqam almaq duyğusu yaranır. Sanki uşaq öz bədənindən intiqam alır. Yeniyetmələrdə aqresiya və intiqam duyğusu daha çox olur. Qarşısındakı insanlara qarşı isyan edirlər. Oğlanın həbs edilməsi çox gözəl addımdır. Bir çoxlarını bu cür addımlardan çəkindirəcək. Amma qız üçün müyyən tədbirlərin görülməsi vacibdir. O demək deyil ki, bütün məktəblərə video quraşdırılmalıdır. Uşaqlar bir şey etmək istəsələr çardağa çıxıb edəcəklər. Uşaqlarla qarşılıqlı işlər aparılmalıdır. Burada psixoloqların üzərinə çox böyük iş düşür. Məktəblərdə 1500 uşaq varsa cəmi bir psixoloq olur. Bir psixoloq 1500 uşağa necə kömək edə bilər? Ona görə də vacibdir ki, məktəblərdə yaş ştatlarına uyğun psixoloqlar artırılsın. Şagirdlərlə və valideynlərlə qrup şəkilində işlər aparılmalıdır".

Narınc Rüstəmova vurğulayıb ki, uşaq valideyn nəzarətindən o qədər uzaq qalıb ki, hadisədən sonra sosial şəbəkədə canlı yayım edib, intihar etməsi barəsində məlumat verir: "Həmin uşaqda psixoloji problemlərin olduğu bəllidir. Yəqin ki, uşaq məktəbdən də uzaqlaşdırılıb. O üsyan edib, səhf etmədiyini sübut etməyə çalışır. Öz səhvindən dərs çıxartmır. Valideyn diqqətli olmalıdır. Qızı ilə dost olmalıdır. Ola bilmirsə psixoloqdan kömək almalıdır. Daha çox bu problemlər işləyən ana, ata və nümunəvi olmayan ailələrin uşaqlarında rast gəlinir.Valideynin uşaqlarına çox sevgi verməsi də normal deyil. Əgər uşağı valideyn dünyaya gətiribsə onu normal böyütməyə borcludur. Bir uğursuz uşağın yetişdirilməsi gələcəkdə bir necə nəfərə də təsir edə bilər".

Psixoloq belə hallarda mətbuatı da diqqətli olmağa çağırıb: "Necə ki, intihar xəbərlərinin verilməsi yeni ideaların yaranmasına səbəb olur. Belə hadisələrin çox istimailəşdirilməsi də bu cür halların artmasına səbəb olacaq. Cəlbedici başlıqlarla videoların verilməsi şüuraltı marağın atmasına səbəb olur. Ən azından düşünməliyik bunlar da azərbaycanlıdırlar. Onların yenidən cəmiyyətə qazanılması üçün çalışılmalıdır. Uşaqları məktəbdən qovmaq həll yolu deyil. Uşağa şans verib, ailəni məlumatlandırmaq lazımdır. Qız evdə qalsa 2-3 aydan sonra yenidən intihara meyl edəcək, özünə qapanacaq, ya da evdən qaçacaq. Məktəbin adı çıxmaması üçün uşağı uçuruma atmaq olmaz. Bu cür yanaşma pedaqoji yanaşma deyil. Uşaq bu cür məktəbdən qovulmamalıdır. Cəmiyyətə bu cür xarab məhsul yetişdirilməməlidir. Hərə öz yaxasını qırağa çəkməməlidir. Allah öz bəndəsini bağışlayırsa biz kimik ki, bağışlamayaq. Bu cür uşaqlara dəstək olaraq, yanında olmaq lazımdır. Problemlərini araşdırıb, diqqəti artırmaq lazımdır. Yaxşı məşğuliyyət növləri tapılmalıdır. Bir sözlə uşağın marağı haradırsa oraya köklənmək lazımdır".

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15385   Tarix: 01 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Okean dibində Yer kürəsinin gizli "qızıl mətbəxi" - Sirri açıldı

Yeni araşdırma göstərir ki, okean adası qövslərinin dərinliyində qızılın toplanması tək mərhələli proses deyil, su ilə zəngin mantiyanın yüksək temperaturda təkrar-təkrar əriməsi nəticəsində baş verir. Okean dibinin altında Yer kürəsinin "qızıl mətbəxi" fəaliyyət göstərir. Qaynarinfo xəbə

08.04.2026 584
.

"Bu corabı mənə Beyons göndərib" - Seda Sayan

Müğənni Seda Sayan ötən gün konsertində corabı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, "mən corab qadınıyam" deyimi gündəm olan ifaçı tamaşaçıları ilə zarafat edib. "Bunu mənə Beyons göndərib" deyə, S.Sayan corablarını göstərib

15:16 183
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb, dərinliyi 12 kilometr olub. Xatırladaq ki, apreli

10:24 210
.

ABŞ-İran müharibəsi: qalib kimdir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında baş verən münaqişə bitdikdən sonra bir çox insan eyni sualı verir: kim qalib gəldi? Rəsmi açıqlamalar hər iki tərəfi "qalib" kimi göstərməyə çalışsa da, faktlar göstərir ki, vəziyyət daha mürəkkəbdir. Hər iki ölkə müəyyən hərbi üstünlüklər əldə etsə də, itkilərdən və diplomati

15:02 171
.

Antarktidada nəhəng qızıl ehtiyatları ola bilər - Amma onu çıxarmaq qadağandır

Antarktida nəhəng qızıl, gümüş, mis və dəmir ehtiyatlarına sahib ola bilər ki, buzların əriməsi ilə bu resurslara çıxış mümkün olar. Lakin istənilən hasilat bir sıra ölkələr, o cümlədən Rumıniya tərəfindən imzalanmış beynəlxalq müqavilə ilə qadağan edilib. Buna baxmayaraq, iqlim dəyişikliyi fonunda Antarktidad

08.04.2026 423
.

Rusiya rəsmisi Ukrayna danışıqlarının vəziyyətini açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətini şərh edib. xəbər verir ki, diplomat bu fikirləri "İzvestiya" nəşrinə müsahibəsində səsləndirib. Miroşnik bildirib ki, dialoqun bərpası üçü

11:06 232
.

Ali təhsildə ödənişlərin artımı yalnız keyfiyyət təminatı ilə mümkündür

"Ali təhsil müəssisələrində təhsil ödənişlərinin artırılması yalnız universitetin texniki imkanları və sistemi gücləndirilmiş olduqda mümkündür. Əgər əlavə müəllim və professor heyəti cəlb edilirsə və tələbələrə daha keyfiyyətli təhsil təqdim olunursa, təhsil haqqının artırılması əsaslı hesab olun

14:43 158
.

Görünməyən idxalçılar və saxta məhsullar: təhlükə böyüyür - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA

Son dövrlərdə Azərbaycanda məişət və şəxsi qulluq məhsulları bazarında diqqətçəkən bir tendensiya müşahidə olunur. Dünyaca məşhur şirkətlər - Procter & Gamble, Henkel, Unilever, Johnson & Johnson və Reckitt Benckiser - tərəfindən istehsal olunan məhsulların bazarda geniş yayılmasına baxmayaraq

13:48 237
.

"Subway" Azərbaycan bazarına daxil olur - FOTO

Beynəlxalq restoran şəbəkəsi olan "Subway" Azərbaycan bazarına daxil olduğunu elan edib. Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi "N Sky Build MMC" şirkəti ilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, "N Sky Build" ölkə ərazisind

08.04.2026 465
.

TOP MP3