Prezidenti Vatikanda 3500 mühafizəçi qoruyacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri zamanı dövlət başçısını təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı mühafizə edəcək.
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, Türkiyə lideri Vatikana səfəri çərçivəsində İtaliya prezidenti ilə də görüş keçirəcək.
Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək. Bu, Türkiyə prezidentinin son 59 il ərzində Vatikana ilk səfəridir.
BiG.Az


Xəbərlər Baxılıb: 1704 Tarix: 02 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş