Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE"Ermənistan cəmiyyəti bu gün qorxu içindədir".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQEDeputat qeyd edib ki, erməni deputatlarında Azərbycanın hər gün güclənməsi ilə bağlı fikir formalaşır və bu onları ciddi narahat edir: "Bu gün Azərbaycan müasir silahlarla təchiz olunub. O silahları satan tərəflərin biri də Rusiyadır. Bundan əlavə Azərbaycan Rusiyadan yeni silahlar almağı planlaşdırır. Bunun üçün də danışıqlar aparır. Belə olduğu təqdirdə Azərbaycan öz torpaqlarını işğalda qalması ilə razılaşmayacaq. Bir gün müharibə labüd olacaq. Həmin müharibədə də Ermənistanı biabırçı məğlubiyyət gözləyir. Ermənilər özlərinin müdafiə qabiliyyəti ilə Azərbaycanın hərbi qüdrətini müqayisə edir. Bilirlər ki, çox böyük fərqlə uduza bilərlər. Görəndəki Azərbaycanın silahlandırılmasında və qüdrətlənməsində Rusiyanın çox böyük rolu var. Bu da ermənilərdə Rusiyaya olan etibarın azalmasına səbəb olur. Hətta Ermənistan prezidenti 2016-cı ilin aprelində Almanıyada səfərdə olan zaman Putindən şikayət edib".

Elman Nəsirli vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq münasibətləri inkişaf etdikcə, Rusiya-Ermənistan arasındakı anlaşılmazlıqlar artıqca bu qənaətə gəlirlər ki, bu gələcəkdə müharibə baş verdiyi təqdirdə ciddi məğlubiyyətə səbəb ola bilər: "Rusiyaya da inanmırlar. Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Cənab prezidentimiz hər zaman beynəlxalq tribunalarda, eləcə də BMT-nin 70-ci sessiyasında bildirmişdi ki, münaqişəni dinc yolla həll etmək istəyirik. Sülh yolla alınmasa müharibə variantı aktuallaşa bilər. Ermənistan cəmiyyəti də bilsin ki, Azərbaycan torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq. Yaxşı olar ki, torpaqları dinc yolla geri qaytarsınlar. Əks halda müharibə variant aktuallaşa bilər. Aprel döyüşlərinə tap gətirməyən Ermənistan müharibə baş versə məğlubiyyətlə barışmalı olacaq. Bunu da erməni deputatları görür. Artıq dillərinə də gətirirlər. Gunahı özlərinin işğalında deyil Rusiya da, Türkiyədə görürlər. Əslində günahkar özləridir ki, bizim torpaqlarımızı işğal edib, özlərini blokadaya salıblar".

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQECənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistanın davam edən işğalçı siyasəti regionda müharibə riskini gündəmdə saxlayır. Rəsmi İrəvan kompromislərə getməyincə, daima Azərbaycanın hərbi təzyiqləri ilə üzləşmək şəraitindədir: "Aprel hərbi eskalasiyası, göstərdi ki, Ermənistana istənilən an hərbi zərbə vurmaqla Rusiyanı müəyyən müddət neytral saxlamaq olar. Dörd günlük müharibədə Rusiyanın Ermənistanı müdafiə etməməsi erməni cəmiyyətində bu ölkəyə inamsızlıq və ümidsizlik yaradıb. Bir tərəfdən Türkiyənin uğurlu Afrin əməliyyatı, bu əməliyyata Rusiyanın dəstəyi Yerevanda çaşqınlığa səbəb oldu. Buna görə onlar bu qənaətə gəliblər ki, Türkiyə və Azərbaycan Ermənistana qarşı birgə hərbi əməliyyat keçirsə Rusiya bu ölkəni müdafiə etməyəcək. Hazırda şərait tam imkan verir ki, Azərbaycan öz silahlı qüvvələri ilə işğal olunmuş əraziləri azad etsin.Türkiyənin rolu onda ola bilər ki, üçüncü ölkə Ermənistan tərəfdən Azərbaycana qarşı hərbi əməliyyatlarda rəsmən iştirak etsin. Ermənistanda ümumi Türkiyə qorxusu var və Türkiyənin son aylarda uğurlu hərbi əməliyyatları, Ermənistanda eyni ssenarinin Qarabağda yaşanması kimi narahatlıqları yaşanır. Qarabağ müharibəsi kövrəkdi və istənilən vaxt alovlana bilər".

Xatırladaq ki, Ermənistanın keçmiş deputatı Vahan Badasyan yerli mətbuata açıqlamasında Türkiyə Ermənsitana hücum edərsə Rusiyanın Ermənistana xəyanət edəcəyini bildirib.

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2752   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

KİV: Zelenski Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib

Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Bildirilib ki, döyüş meydanında təşəbbüsü ələ keçirmədən Ukraynanı danışıqlara məcbu

19.01.2025 341
.

Bakıda film kimi OLAY: Banka külli miqdarda borcunu bağlayan kişi sevincdən öldü

Nicat Əsgərov adlı 49 yaşlı Bakı sakini qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, onun vəfat etməsinə səbəb keçirdiyi infarkt olub. Yaxınlarının verdiyi məlumata görə, mərhum heç vaxt sağlamlığından şikayət etməyib. Məlum olub ki, illərdir banka xeyli borcu olan Nicat Əsgərov ölümündən bi

10:51 471
.

İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes Vito" markalı mikroavtobus yol

19.01.2025 330
.

Baş prokuror estetik cərrahlardan danışdı

"Diplomsuz fəaliyyət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi ilə Baş Prokurorluq birgə komissiya yaradıb. Faktlarla bağlı cinayət işi başlanılıb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev deyib. Kamran Əliyev bildirib ki, hazırda istintaq davam edir. Bununla bağl

12:02 276
.

Trampın kriptovalyutası bir gündə 5 dəfədən çox bahalaşdı

ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın kriptovalyutası ilə ticarətin həcmi bir gündə 11.17 milyard dollara çatıb. -ya istinadən xəbər verir ki, "$Trump" valyutasının dəyəri bir gündə 7 dollardan 38 dollara, yəni 5.5 dəfə artıb. İqtisadçılar Trampın "bitcoin"ə qeyri-məhdud azadlı

19.01.2025 261
.

Türkiyədə ölən Özbəkistan vətəndaşlarının sayı ARTDI

Türkiyədə saxta alkoqol zəhərlənməsindən ölən Özbəkistan vətəndaşlarının sayı 17 nəfərə çatıb. Bu barədə Özbəkistanın İstanbuldakı Baş konsulluğu məlumat yayıb. Türkmənistanın iki vətəndaşı artıq fakt üzrə saxlanılıb. Onlardan 50 litr spirt və saxta sənədlər götürülüb./APA

19.01.2025 301
.

Almaniya kansleri: Bayram günlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək

Almaniya kansleri Olaf Şolts, avtomobilin Maqdeburqda (Saksoniya-Anhalt) Milad bazarına gələnləri vurmasından təxminən bir ay sonra, bayram günlərində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb. Bu barədə "Report" DPA agentliyinə istinadən xəbər verir. "Ölkəmizin küçələrində

19.01.2025 227
.

Əməkdar artist vəfat etdi

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib. Bu barədə BİG.AZ-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib. Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında

10:12 469
.

Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək - RƏSMİ

2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək, bununla 4 kəsişmə stansiyası olacaq. "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirilib. "2030-cu ilin sonuna qədə

15:22 95
.

TOP MP3