Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - Dəhşətli faktlar

Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - Dəhşətli faktlar"Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır".

BiG.AZ xəbər verir ki, bu sözləri xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O, Sumqayıtda azyaşlı qızların ərə verilməsindən danışıb və bu halların Sumqayıtda da baş verdiyini bildirib:

"Ata namusdan, qeyrətdən dəm vurub deyir ki, qızı nə qədər tez versəm, namussuzluq damğasından sığortalanmış olaram. Elə həmin namus etalonu sayılan ata, öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır. Ata yaxın durmur ki, yüküm ağırlaşmasın. Günahı da atır yazıq qızcığazın üstünə ki, arvadlığı bacarmadı. Təhsil yox, ev yox , pənah aparır sığınacaqlara və ya da son həddə - intihara. 13 yaşlı Gülnar bizə pənah gətirib, onu xilas etməyimizi istəyir. Valideynləri ilə Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) söhbət aparılır, ərizə alınır, lakin ata qız mənimdir deyib, məcburi ərə verir. Onu xilas edə bilmədik.

Digər qızımızda bu vəziyyət daha da acınacaqlıdır. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemlər üzrə Dövlət Komitəsini də bu işə cəlb etsə də və valideynlərlə görüşlər təşkil etsə də bir irəliləyiş yoxdur.

14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdriyyətinə və psixoloquna danışır.Təşkilatımıza müraciət edildi və biz Komitəyə və İcra Hakimiyyətinə xəbər verdik. İcra hakimiyyəti İH tez bir zamanda valideyinlə görüşüb söhbətlər apardı. Ana söz versə də, oğlan evinə qızı qaçırmağı tapşırdı, intihar həddində olan bu qızcığazın taleyi naməlum olaraq qalır. Ailəyə kənar şəxslərin müdaxiləsi qanunsuz olduğu üçün biz çarəsiz qaldıq."

Z. Mustafayeva onu da vurğulayıb ki, valideynlərin belə stereotiplərdən azad olunması üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır:

"Bu sahədə məktəblər, QHT-lər, İcra hakimiyyəti, KİV və valideynlər birgə işləməlidir. Təşkilata məsləhət üçün müraciət edən valideynləri bədbəxt olmuş ailələr haqqında ətraflı məlumat verilir ki, bəlkə dərs alsınlar. Dərsdən yayınmalar haqqında məktəb direktorları ört-basdır etmək əvəzinə belə hallar haqqında icra strukturlarını vaxtında məlumatlandırmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalıdır. Bəlkə də belə valideynlərin cəzalanması üçün yollar axtarılmalıdır. Qızlarımız təhsil almalı, xoşbəxt olmalıdırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4187   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

01.05.2024 1380
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 340
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110