Türkiyə ən yeni döyüş helikopterini işə saldı – VİDEO+FOTOLAR

Türkiyə ən yeni döyüş helikopterini işə saldı – VİDEO+FOTOLARTürkiyənin T-129 ATAK (Attack and Tactical Reconnaissance Helicopters) zərbəçi helikopterindən ilk dəfə olaraq Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatında istifaə olunub; onunla terrorçu mövqelərinə zərbələr endirilib.

T-129 ATAK helikopterindən kürd mövqelərinin atəşə tutulması görüntüsü terrorçuların fəaliyyətinin monitorinqini aparan "Directorate 4"-ün "Telegram" kanalında yayılıb.

Bəzi məlumatlara görə, helikopterdə olan heyət quru qoşunlarının göndərdiyi koordinatlar əsasında hədəflərə dəqiq zərbələr endirib. Əməliyyatda Türkiyədə istehsal olunmuş Cirit raketlərindən də istifadə olunub.

Qeyd edək ki, T-129 helikopteri (A-129 "Manqust" helikopterinin modernizasiya olunmuş variantı) Türkiyənin TUSAŞ – aviasiya və kosmik sənaye şirkəti tərəfindən istehsal olunur.

T-129 Türkiyəin "Aselsan" şirkətinin bort cihazları: rabitə sistemləri, bort kompüteri, naviqasiya qurğuları və sensorları, Asel FLIR-300T termo-vizion nişanlama və müşahidə sistemləri, Mildar radarı ilə təchiz olunub. Helikopterdə Türkiyənin "Roketsan" şirkətinin hazırladığı "Umtas" raketlərinin quraşdırılması nəzərdə tutulur.

Türkiyə ən yeni döyüş helikopterini işə saldı – VİDEO+FOTOLARUçan hərbi maşının layihələndirilməsi zamanı ABŞ-ın "helikopterin döyüş şəraitində "sağ qalma" bacarıqlarını maksimum təmin etmək" təcrübəsindən istifadə olunub. İdaretmə sistemlərində çoxsaylı müasir elementlərdən istifadə hesabına aqreqatların atəşə və zərbələrə davamlılığı ən yüksək səviyyəyə çatdırılıb. Ekipaj üzvlərinin qorunması üçün helikopter kabinası xüsusi materiallarla zirehlənib.

Türkiyə ən yeni döyüş helikopterini işə saldı – VİDEO+FOTOLARTexniki göstəriciləri

Ekipaj üzvləri: 2 (pilot və silah operatoru)

Uzunluğu: 14.29 m

Normal uçuş çəkisi: 3950 kq

Maksimum uçuş çəkisi: 4600 kq

Daxili yanacaq tutumu: 750 kq

Qüvvət qurğusu: 2 x turbovallı Rolls-Royce Gem 2-1004D

Mühərrikin gücü: 2 x 881 a.g. (2 x 675 kVt (uçuş))

Uçuş xarakteristikası

Maksimum sürət: 250 km/s

Praktiki uçuş məsafəsi: 561 km

Uçuş müddəti: 3 saat 5 dəqiqə

Praktiki son hədd yüksəklik: 4725 metr

Silahlanma

Atıcı-top:

3 × 20-mm Lockheed Martin/Oto Breda TM 197B və ya

1 × 20-mm пушка Giat M621 (20×102 mm ) topları

Asma nöqtələri: 4

Döyüş yüklənməsi: 1200 kq

İdarəolunan raketlər:

"Hava-yer" raketləri: 8 x qədər - TOW və ya HOT və ya AGN-114

"Hava-hava" raketləri: 8 x qədər Stinger və ya Mistral və ya AIM-9L

İdarəolunmayan raketlər: hər birində 7 və ya 19 ədəd olmaqla, 71 mm və ya 80 mm raketlərdən ibarən 4 blok

Əlavə silahlanma:

2 x 7, 62 mm və ya 12.77 mm pulemyotlar və ya 20mm əlavə quraşdırılan artilleriya qurğuları

Türkiyə ən yeni döyüş helikopterini işə saldı – VİDEO+FOTOLARXatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində kürd yaraqlılara qarşı "Zeytun budağı" adlı əməliyyat aparır. Türkiyə SQ Baş Qərargahı yanvarın 28-nə kimi Afrində zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçularının sayının 557 nəfərə çatdığını açıqlayıb.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1375   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788