Həyəcan təbili: Azərbaycanda kəskin bahalaşma olacaq

Həyəcan təbili: Azərbaycanda kəskin bahalaşma olacaq"Bütün hallarda idxal məhsulları üzrə aksiz vergisinin artırılması bahalaşma ilə nəticələnəcək".

Ölkədə xaricdən idxal olunan premium markalı yanacağa, tütün məmulatları və alkoqollu içkilərə qoyulan aksiz markalarının qiyməti yenidən artırılıb.

Hökumətin ötən ay qəbul etdiyi bu qərar artıq qüvvəyə minib və sözügedən dəyişiklik daxili bazarda yeni bahalaşma dalğasının anonsu kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, idxal məhsullarına qoyulan aksiz vergisinin bahalaşması ilə bazarda bir çox məhsulların qiymət artımı qaçılmaz olacaq:
"Bildiyiniz kimi, bahalaşma prosesi xaricdən idxal olunan yüksək premium markalı yanacağa qoyulan aksiz vergisində özünü göstərəcək. Həmçinin alkoqollu içkilərlə tütün məmulatları da aksiz markası bahalaşan məhsullar sırasında yer alır. Yanacaq və sürtkü materiallarının qiyməti dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişir. Ona görə də həmin məhsulla bağlı qiymət tendensiyasını Azərbaycan Tarif Şurası tənzimləmir.

Belə vəziyyətdə həmin məhsula qoyulan aksiz markasının dəyərinin artması ilə onun qiyməti təbii qaydada bir qədər bahalaşacaq. Lakin onun təsiri daha keyfiyyətli mühərriklərə malik avtomobillərdə özünü göstərəcək. Yəni sadəcə, elitar təbəqəyə aid insanlar yanacağa qoyulan aksiz markalarının bahalaşmasının təsirini hiss edəcəklər.

Yəni bu məhsulun qiymət artımı əhalinin sosial vəziyyəti aşağı olan hissəsinə hər hansı bir ciddi təsir göstərməyəcək. Alkoqollu içkilərə, tütün məmulatlarına, digər yarımfabrikatlara, avtomobil detallarına qoyulan aksiz vergisinin bahalaşması isə daxildə həmin məhsulların qiymətinin artmasına səbəb olacaq.

Bu halda qiymət artımının təsirinə məruz qalmaq istəməyən insanlarımız yerli məhsullardan istifadə edə bilərlər. Əslində, aksiz markasının əsas fəlsəfəsi də məhz əhalinin seçimi dəyişdirməsinə yönəlib. Hökumət bu yolla əhalini daha çox yerli məhsul almağa həvəsləndirmək istəyir.

Lakin Azərbaycanda istehsal edilən həmin məhsullar xarici məhsullarla rəqabət aparacaq keyfiyyətdə deyil. Ona görə də əhali xaricdə istehsal edilmiş məhsullara daha çox üstünlük verməkdədir. Bütün hallarda idxal məhsulları üzrə aksiz vergisinin artırılması bahalaşma ilə nəticələnəcək.

Qarşıdakı iki ayda bu prosesin təsiri ilə bazarda ümumi bahalaşma tendensiyası özünü göstərəcək. Hətta bu bahalaşma alkoqollu içkilərdən, tütün məmulatlarından, avtomobildən istifadə etməyən əhali qrupuna da təsir göstərəcək. Çünki bəzi məhsulların bahalaşması bazarda ümumi qiymət artımına səbəb olur".

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2539   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 266
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 199
.

"Qarabağda insanların yaşaması üçün tikilən evlər müasir deyil" - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

13:29 0
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 468
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1611
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 367
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 378
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 232
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 611