Azərbaycanda benzinlə bağlı YENİ QƏRAR

Azərbaycanda benzinlə bağlı YENİ QƏRARAzərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə bu gündən yeni aksiz dərəcələri tətbiq edilir.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, bu il yanvarın 23-də qüvvəyə minir. Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Xatırladaq ki, 2017-ci il iyul ayının 17-də Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.

Onu da əlavə edək ki, analoji qərar 2016-cı ilin avqustunda Heydər Əliyev adına BNEZ-in təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq "Ai-92" markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3286   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Rəisinin ölümü xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi qüsurların olmasından irəli gəlir" - Politoloq

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar. Politoloq Elşən Manafov -a bildirib ki, helikopterin İsrail və ya ABŞ tərəfindən vurulması ehtimal edilə bilər. Ortalıqda isə hələlik ciddi dəlil və sübutlar yoxdur:

17:21 434
.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

19.05.2024 656
.

Hindistanda yüksək temperatur xəbərdarlığı edildi

Hindistanın şimalında paytaxt Yeni Dehli və ətraf ştatlarda havanın temperaturu artıb. BİG.AZ xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb. Məlumata görə, havanın temperaturu 47,1 dərəcəyə çatıb. Pəncab, Haryana və Racastxan ətrafındakı ştatlarda isti xəbərdarlıq edilib

13:18 124
.

Pakistanda qız məktəbinə bombalı hücum olub

Pakistanın Xyber Paxtunkhva əyalətinin Cənubi Vəziristan vilayətində qız məktəbinə bombalı hücum olub. BİG.AZ xəbər verir ki, bu barədə polis zabiti Safdar Xan açıqlama yayıb. O bildirib ki, hücum gecə yarısı naməlum şəxslər tərəfindən olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Xan deyib ki, bu a

10:39 120
.

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək. Tass-a istinadən xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb. Məlumata görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzind

10:00 311
.

Qəzzada ölənlərin sayı 35456 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölən insanların sayı son 24 saat ərzində 70 nəfər artaraq 35456 nəfərə çatıb, yaralıların sayı isə 79 nəfərdir. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunu

11:28 135
.

Cənubi Afrikada binanın uçması nəticəsində 33 nəfər öldü

Cənubi Afrikanın Corc şəhərində May ayının 6-sı çoxmərtəbəli bina çöküb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 33 nəfər ölüb. Cənubi Afrika Respublikasının Corc Munisipalitesinin bəyanatında bildirilib ki, bu günə kimi dağıntılar altında olan 62 işçinin hamısı çıxarılıb. Ərazidə axtarış-xilasetm

12:31 162
.

İran prezidenti Rəisin qəzaya uğrayan helikopterdə çəkilmiş son görüntüləri üzə çıxıb - VİDEO

Helikopteri qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin qəzadan əvvəl helikopterdə son görüntülərinin çəkildiyi iddia edilib. xarici mətbuata istinadən xəbər verir ki, görüntülərdə helikopterdə Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu görülüb. Görüntülərin yen

11:06 1057
.

"Onu 40 il gözləmişəm"

"Oğlumla atasının arasında elə sevgi var ki, onları ayırmaq günahdır. Hər bir valideynin də, övladın da haqqı var o hissləri yaşasın. Mən də ata tərəfdən o hissi doyunca yaşamamışam. Həmin hisslərin sonradan verdiyi travmanı, zərbəni yaşamışam. Ona görə də Zeydin ata ilə münasibətinə başqa cür yanaşıram

17:53 334