Afrin əməliyyatı Türkiyə və İran arasında müharibəyə səbəb ola bilərmi? - AÇIQLAMA

Afrin əməliyyatı Türkiyə və İran arasında müharibəyə səbəb ola bilərmi? - AÇIQLAMA"Türkiyənin həyata keçirdiyi Afrin əməliyyatına artıq dünya dövlətləri reaksiya verməkdədir".

Afrin əməliyyatı Türkiyə və İran arasında müharibəyə səbəb ola bilərmi? - AÇIQLAMABunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.

Elman Nəsirli bildirib ki, Türkiyənin haqlı davranışına Rusiyanın neytiral mövqedə dayanması müsbət haldır. "ABŞ PYD və PKK-nın fəaliyyətinin aktivləşməsinə səbəb olan addımlar atsa da son vaxtlar özünü səhvini anlayıb. Bu məsələlərdə daha çox müttəfiqinin yanında özünü göstərir. Ancaq İran düşünür ki, Türkiyə başladığı əməliyyatları dərhal dayandırmalıdır. İran bu mövqeyini onunla əlaqələndirir ki, bu əməliyyatlar başqa dövlətin daxili işinə müdaxilədir.

Bəşər Əsədin razılığı olmadan Suriyaya qoşun yeridilməsi beynəlxalq hüquqa ziddir. Amma Türkiyənin kürd terrorçularına qarşı apardığı mübarizə İranın strateji mövqeyinə də xeyirdir.

İranın özü də kürd terrorçuların hədəfində olan ölkədir. Bilirsiniz ki, kürdlər İranın, Türkiyənin, İraqın və Suriyanın tərkibində kompakt şəkildə yaşayır. Belə olduğu təqdirdə Türkiyənin, İraqın və Suriyanın yaşadığı problem İranda da təkrarlana bilər. Hesab edirəm ki, İran ekspertləri də bunu fərqindədir. Çünki kürdlər bu dörd dövlətin hesabına ölkə yaratmaq istəyirlər. İran da bu siyahıdadır. Lakin İranı narahat edən məsələ Türkiyənin bu əməliyyatlarla şərqdə və Suriyada daha güclənə bilməsidir. Əlbəttə, bu da Bəşər Əsəd siyasəti ilə sıx münasibətdə olan İranın mövqeyinə uyğun deyil. Türkiyənin apardığı əməliyyatların İranla müharibəyə səbəb olma ehtimalı çox aşağıdır. Həm də Türkiyə NATO dövlətidir. NATO nizamlanmasının 5-ci maddəsinə görə dövlətlərdən biri müharibəyə başladığı təqdirdə digərlərin də onun yanında olma öhtəliyi var. Düzdür, regionda çox mürəkkəb vəziyyət yaranıb. Türkiyənin atdığı addımlar onu gözləyəcək faciədən xilas edə bilər. Əgər Suriya-Türkiyə sərhədində otuz minlik terrorçuların iştirakı ilə qoşun yaradılması ideası olmasaydı təbii ki, Afrin əməliyyatı da olmayacaqdı. Afrin əməliyyatının başlanmasına bütün məsuliyyət Türkiyənin üzərinə deyil PYD və PKK silahlandıran və onaları maliyyələşdirən qüvvələrin üzərinədir".

Afrin əməliyyatı Türkiyə və İran arasında müharibəyə səbəb ola bilərmi? - AÇIQLAMAPolitoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Afrində Rusiyanın hərbi qüvvələri var idi. "Kürdlərlə İranın münasibətlərində düşmənçilik olsa da onaların arasında danışıqlar da gedir. İran rəsmən bəyan elədi ki, Ərbillə yəni İraq Kürdüstanı ilə Bağdad İraqın arasında vasitəçilik edə bilər. Əlbəttə belə olduqda Türkiyənin kürdlərlə müharibə aparması əlbəttə İranın maraqlarına uyğun deyil. Çünki İrana ağır gəlir ki, Türkiyə Suriyanın daxilində hərbi iştirakını artırır. Çünki İranın fikrincə Suriyanın daxilində yalnız Rusiya və özünün iştirakı ola bilər. ABŞ və Türkiyə iştirak edə bilməz. Türkiyə və Amerika Suriya məsələsində eyni mövqedə olacaqlar. Buna görə İran Türkiyənin Afrin əməliyyatına kəskin etirazını bildirdi. İranın belə münasibət göstərməsi Türkiyə üçün yaxşı nəticələnməyə bilər. Çünki Rusiyada Türkiyənin Afrindəki əməliyytına narazıdır. Əgər İran və Rusiya Afrin əməliyyatında birləşərsə həm Türkiyəni həm də ABŞ-ı sıxışdırıb çıxara bilər. Türkiyə özü də bilir ki, İran İraqda və Süriyada hərbi cəhətdən güclüdür".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1934   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

20:15 103
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 335
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 1036
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

21:00 0
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 685
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 316
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 912
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 34
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

20:36 62