Qışda da arıqlamaq mümkündür

Qışda da arıqlamaq mümkündürPayız aylarında orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır. Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, soyuq vaxtlarda vitamin və qidalı maddələrin çatışmazlığı yaranır. Ona görə də gündəlik rasionun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonunu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal tarazlığın pozulmasına aparıb çıxarır. Artıq çəki narahatlığa səbəb olur və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərə daha ehtiyatlı yanaşmaq lazımdır. Elə pəhriz seçmək lazımdır ki, orqanizmin fəaliyyətini pozmasın və uğurlu nəticələr versin.

Artıq çəkidən azad olmaq üçün gündəlik qida rasionundan başlamaq lazımdır. Təklif olunan ilk xörək şorbadır. Şorba mədəyə doluluq hissi verərək onun divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək daha yaxşıdır. Məsələn, 1,5 litr su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə kərəviz və kəvər yarpaqlarından ibarət bulyon hazırlayıb içərisinə bir azca kəklikotu, zirə və keşniş qatmaq olar.

İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonez, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki ilə əvəz edilməlidir. Həmin qaydalara əməl edilməsi ziyan vermir və soyuq qış aylarında dərinin su-lipid tarazlığını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini fəallaşdırır, nəticədə qida tam həzm olunur və yağ toplanmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1356   Tarix: 21 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998