Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT

Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş "Kaspi Yıldız" və "Relax" şirkətlər qrupunun sahibi İqbal Məmmədov rayonda yaratdığı narazılıqlara görə "yuxarıların" qəzəbinə tuş gəlib.
"Ölkə.Az"-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, təmsil etdiyi rayon sakinləri arasında deputatın nüfuzunun düşməsinə səbəb onun biznesidir.

Bir müddət əvvəl millət vəkilinin rayonda yeri sakinlərin torpaq sahələrini zorla ələ keçirməsi ilə bağlı xəbərlər yayıldı.

Bununla bağlı müxtəlif vaxtlarda edilən şikayətlər deputatı yolundan döndərmədi.

Üstəlik İqbal Məmmədovun Lerik rayonunun İranla həmsərhəd kəndlərindən biri olan Orand kəndini susuz qoyması xəbəri də yayıldı.

Şikayətçilər millət vəkilinin bu kəndin yaxınlığında yerləşən torpaq sahələrində əkdirdiyi kartof sahələrinin suvarılması xeyli təsərrüffat sahibini susuz qoymuşdu.

Şikayətçilərin narazılığını nəzərə almaq əvəzinə, deputat biznesini genişləndirməyə başladı.

Deputata məxsus olduğu iddia edilən "Lebro" Broyler şirkətinin yerləşdiyi Piran kənd sakinlərinin mətbuata müraciəti isə daha bir narazılığın əsasını qoydu.

Kənd sakinlərinin narazılığı isə brolyer fabrikində kəsilən toyuqların qanınınonların gündəlik istifadə etdikləri çaya axıdılması idi.

Mətbuatda yayılmış bu kadrlar isə geniş rezonansa səbəb oldu.

Dəfələrlə şikayət edilməsinə baxmayaraq, indiyə qədər bununla bağlı heç bir ölçü götürülmədiyi qeyd olunur.

İqbal Məmmədovun qalmaqalları Leriklə yekunlaşmır.

Bakıda sahibkara qarşı etdiyi hərəkətlə diqqətləri cəlb edən deputatdan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərova belə şikayət edildi.
Belə ki, "Sahil-D Kompani" MMC-nin İcraçı direktoru Adilağa Hüseynovun vitse-spikerə yazdığı məktubda millət vəkili İqbal Məmmədovun üç ailənin mənzilini saxta məhkəmə qərarı ilə ələ keçirməsindən və özgənin qapısını sındırmasından şikayət olunurdu.

Məktubda deyilir:

"Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də "STS" şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq müvafiq olaraq guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. İlk öncə onu qeyd edim ki, qeyd olunan müqavılələr tərtib olunarkən ciddi Qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin hüquqi ünvanı «Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə» ünvanı göstərilmişdir ki, həmin ünvanda "STS" şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları "Sahil-D Kompani" MMC tikmişdir ki, onun da "STS" şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə imzalar müxtəlifdir və milli valyutamız manat olsada mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstə-rilmişdir ki, bu da Qanunlarımıza ziddir. Həmin ünvanda "Sahil-D Kompani" MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaayış binası tikilmiş və mənzillər də satılmışdır.

Təxninən 2016-cı ilin iyun-iyul aylarında Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burda ona məxsus mənzil yoxdur, onda o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki təsir göstərmişdir. O da öz növbəsində 102 xidmətinə zəng edərək deputatın bu qanunsuz hərəkətinə görə hadisə yerinə polis əməkdalarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinə baxdım, sənədlərinin "Sahil-D Kompani" MMC-yə heç bir aidiyyatının olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.

2017-ci ilin əvvəllərində deputat İqbal Məmmədov yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclaslarında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq Qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli Qətnamə ilə Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir.

Sonra Məmmədov İ.M. həmin Qətnamədən apellyasiya şikayəti vermiş və nədənsə müəmmalı səbəbdən həmin şikayətini geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Çox təccüblüdür, eyni iddia üzrə iki birinci instansiya məhkəmə orqanına ayrı-ayrılıqda necə müraciət etmək olardı? Ən vacibi, Mülki Məcəllənin tələbləri kobud surətdə pozularaq məhkəmə aidiyyətinə məhəl qoyulmamışdır. Hansı ki, "Sahil-D Kompani" MMC-nin hüquqi ünvanı Xətai rayonunda yerləşir, Nərimanov rayonunda yox. Doğrudanmı Ali qanunverici orqanın binasında oturub qanunlarımızın qəbuluna səs verən deputat bunları bilmir???

Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli Qətnamə çıxarmışdır.

Onu da qeyd etmək istəyirəm ki, millət vəkili İqbal Məmmədov öz deputat mövqeyindən istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakim Əliyev Abbas Baba oğlunun köməkliyi ilə tapdalayaraq onların mənzillərinə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan Səlimova Səadət Rəşid qızı, digər tərəfdə öz vəzifə borcunu yerinə yetirməyən, Qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək Qətnamə çıxaran Əliyev Abbas Baba oğlu. Hər iki hakimin çıxardığı Qətnamələrin surətlərini və bu məsələ ilə bağlı bütün sənədlərin surətlərini Sizə göndərirəm və Sizdən xahiş edirəm, millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz, onun barəsində tədbir görülməsi üçün Milli Məclisin İntizam Komissiyasına göstəriş verəsiniz".

Xatırladaq ki, "Kaspi Yıldız" şirkəti və "Relax" istirahət mərkəzinin də deputata məxsus olduğu deyilir.

Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi "Kaspi Yıldız" şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə ərazisində sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərə satılır.

Bu deputat barədə iddiaların kiçik bir qismidir. Lerikə səfər etməklə bütün bu deyilənlərin əyani şahidi olmaq mümkündür. Araşdırmalarımız davam edir.

"Ölkə.Az" olaraq məqalədə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2011   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870