Komaya düşən deputatla bağlı açıqlama: uzun çəkəcək

Komaya düşən deputatla bağlı açıqlama: uzun çəkəcək70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.

BiG.AZ xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Elmira Axundova onun son durumundan söz açıb.

Elmira Axundova bildirib ki, həmkarının sağlıq durumu ilə hər gün maraqlanır.

"Şükürlər olsun ki, Nəriman müəllim ölümdən qutarıb. Yaxşı ki, həmkarım Rəşad Mahmudov Nəriman müəllimi "anju" əməliyyatı edən məqamda xəstəxanada olub. Nəriman müəllimin ürək damarları partlayan zaman onu təcili əməliyyat edib. Hazırda Almaniyadan və Türkiyədən mütəxəssislər dəvət ediliblər. Onlar da bildirirlər ki, Nəriman müəllimin əməliyyatı və müalicəsi tam düzgün aparılır. Heç bir düzəlişə ehtiyac yoxdur. Sadəcə, müəyyən vaxt lazımdır. Nəriman müəllimin qaraciyəri, böyrəyi düzəlib. Biraz ağciyərlərində infeksiya qalıb. Hazırda ağciyərindəki infeksiyalar təmizlənir. həkimlərin özləri onu yatızdırırlar ki, orqanizm daha yaxşı mübarizə aparsın. Hazırda o reanimasiyadadır. Həkimlər də bildirirlər ki, belə əməliyyatların 95 faizi ölümlə nəticələnir.

Məsələn, bizdə belə bir vəziyyət AMEA-nın keçmiş prezidenti Mahmud Kərimovda olmuşdu. Bildiyiniz kimi, o, Türkiyəyə aparılarkən təyyarədə dünyasını dəyişmişdi. Şükürlər olsun ki, bizim güclü ürək mütəxəssislərimiz var. Nəriman müəllimin vəziyyəti tədricən yaxşılığa doğru gedir. Amma Rəşad həkim dedi ki, bu, uzun prosessdir. Hələ uzun çəkəcək. Ona görə də Nəriman müəllimin tam sağalacağı vaxtı deməyə hamı ehtiyat edir. Çünki bu, ürəkdir. Hər bir insan orqanizmi individualdır... Birində 1 ay çəkər, o birində 3 ay. Şükürlər olsun ki, sıradan çıxan bütün orqanlar tədricən bərpa olunur".

Elmira Axundova deyib ki, həmkarı Nəriman Əliyevin ürəyində anadangəlmə problem olub.

"Bunu isə ancaq "anju" əməliyyatında görmək olardı. "Anju" etməmiş bu qüsuru görmək mümkün deyil. Mən Nəriman müəllimin xətirini çox istəyirəm. Çox gözəl insandı. Rayonumuz və insanlarımız üçün çoxlu işlər görüb. Mən ona və ailəsinə səbr diləyirəm. İnanıram ki, tezliklə bizim sıralarımıza qayıdacaq".

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

Komaya düşən deputatla bağlı açıqlama: uzun çəkəcək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1220   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 141
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 681
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 234
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 1049
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1100
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 316
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 223
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 301
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 175