Mənsimovun batan gəmisi və yaxınlaşan final...

Mənsimovun batan gəmisi və yaxınlaşan final..."Palmali"nin rəhbəri Mübariz Mənsimovun biznesində yaranan problemlər artıq bir neçə ildir ki, medianın gündəmindən düşmür. Bu illər ərzində Mənsimovun yaranan problemlərlə bağlı çoxsaylı açıqlamaları olub. Bir çox hallarda bir-birini təkzib edən bu açıqlamalar üzərindən toz dumanı artıq yavaş-yavaş qalxır.
Əvvəllər biznesində heç bir problemin olmadığını israrla desə də, daha sonra Türkiyədəki otel və turizm obyektlərini satdığını və yalnız gəmiçiliklə məşğul oacağını bəyan etdi. Son vaxtlar isə bu illər ərzində bütün danışdıqlarını təkzib edərək, tam fərqli şeylər quraşdırmağa başlayıb. Üstəlik, bu dəfə radikal və siyasi çalarlarla…
"Palmali"də işlərin tərs getdiyi aydındır. Artıq pişik çoxdan torbadan çıxıb və gizlətməli heç nə yoxdur. Onun biznesini öz çiyinlərində qaldıran iki dövlət – Rusiya və Azərbaycan rəsmi dairələri ilə münasibətləri hansısa səbəblərdən korlanan Mənsimovun biznesi hazırda batmaqda olan gəmini xatırladır. Mənsimovun bütün son açıqlamaları da batan gəmidən eşidilən isterik və sistemsiz çığırtılardan başqa bir şey deyil.
Durum isə ortada: "Lukoil" və "Socar"la çəkişmələr… Təzadlı açıqlamalar… Məhkəmə prosesləri… Külli miqdarda kredit borcları və s. Bəs Məınsimov xilas olmaq üçün nə edir? Buraxdığı səhvləri analiz edirmi? Niyə xilasedici kəmərlərdən yox, suyun üzərinə dağılmış saman çöplərindən yapışır? Niyə adamın birdən-birə parlayan adı, biznesi eyni sürətlə də çökməkdədir? Türkiyədə və digər ölkələrdə qurduğu və batmaqda olan biznesi haqqında detallı bilgilərə sahib olmasaq da, Azərbaycandakı biznesləri və nəyi-necə batırdığının şahidiyik.
Qısa müddətdə ulduzu parlayan "Xəzər-Lənkəran" hekayəti gözümüzün önündə bir an içində sönmədimi? Klubun qeyri-peşəkar idarəçiliyinə, tez-tez icraçı direktor dəyişikliyinə, maliyyə qalmaqallarına, şübhəli məşqçi və oyunçu transferlərinə cavabdeh kim idi? Azarkeşlərmi, başı dumanlı qardaşımı, yoxsa hamını stadiona qoyun buraxacağı ilə şantaj edən Mübariz Mənsimov özümü? Minlərlə kəndlidən südü toplayıb pullarını hələ də ödəyə bilməyən "Pal Süd"ün çöküşündə kimi günahlandırasan? Süd qəbulu məntəqələri adı altında südü kəndlidən ucuz alıb, zavoda baha satan və zavodun zərərlə işləməsini şərtləndirən Mənsimovun qohumlarımı, yoxsa adi kəndlilərmi? Mənsimov isə hələ də çığırır. Düşünmür, çıxış yolu axtarmır, məhz çığırır.
Son açıqlamalarında həm də "kompramat" və "oğru" söhbətlərinə qədər enmiş, yuxarı dairələri şantaj edəcək qədər ucuzlaşıbdır. "Mən bəziləri və övladları kimi büdcədən oğurlamamışam"- deyir. Bəs dövlət tenderlərini maneəsiz udanda, milyonları havaya sovuranda nə fikirləşirdi? Onlar büdcə pulu deyildimi? Aldığı kreditləri özünün, qardaşlarının, yaxınlarının bahalı şəxsi təyyarə və avtomobil kolleksiyalarına, əyləncələrinə xərcləyəndə, hər Lənkərana gələndə Bakıdan helikopterlə qızlar sifariş edib gətizdirəndə bu pulların qaytarmaq vaxtının da gələcəyini düşünmürdümü?
Ara qarışıb hər şey itən ziyafətlər təşkil edib, onun "səxavətli şahzadəsi"nə çevriləndə büdcəni niyə xatırlamırdı? Vətənpərvərlik ritorikasını özünə sığınacaq etməklə kreditləri, borcları qaytarmaq mümkün olsaydı, devalvasiyadan sonra banklara borclu qalan çoxsaylı Azərbaycan vətəndaşları gedib bankların qabağında "İstiqlal" marşı oxuyardılar. Görünən odur ki, SSRİ dağılandan sonra Rusiyada şübhəli əlaqlər hesabına qısa zamanda varlanan bir çox şəxslər kimi Mənsimov da normal kapitalist ölkələrə açılandan az sonra əldə etdiklərini idarə edə bilmədi.
Axı bunların böyük hissəsini özü qazanmamışdı. Eynən Telman İsmayılov kimi… Budur, biz daha bir "Titanik"in batışını seyr etməkdəyik. Təəssüf ki, sahildə tamaşaya duran bizlərin xorla oxuyacağı heç bir vətənpərvərlik şərqisi belə, bu səhnənin finalını dəyişə bilməyəcək. Təəssüf!

mənbə: avropa.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3628   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089