Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubu

Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubuAzərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
BiG.AZ bildirir ki, modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid "AXC-100" silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.Bu dəfə Cümhuriyyət dövründə iki vəzifəni yerinə yetirən böyük şəxsiyyət, həkim Xudadat bəy Rəfibəylidən, daha doğrusu, ölümündən sonra ailəsinin çəkdiyi əzablardan danışacağıq. O, həm Azərbaycan Cümhuriyyətinin səhiyyə naziri, həm də Gəncə qubernatoru olub.

X.Rəfibəyli haqqında bir dəfə bu silsilədə söhbət açmışıq. Amma indi konkret olaraq, bu fədakar insanın öldürülməsindən sonrakı dövr barəsində danışacağıq:

DOSYE - Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvarın 12-də Rusiyanın işğalından sonra adı dəyişilərək Yelzavetpol edilən Gəncə şəhərində əsilzadə ailəsində doğulub.

Gəncə gimnasiyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirən Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı uğurla bitirsə də, vətənə dönməyə tələsmir. Həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyərək peşəkar cərrah kimi formalaşır.

Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyini qurur. Bu dərnəkdəki ictimai fəaliyyəti ona gələcəkdə də lazım olur. 1907-ci ildə Gəncəyə qayıtdıqda o, Yelizavetpol qubernatorun əmri ilə şəhər xəstəxanasına rəhbər təyin edilir. 1909-cu ildə səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

Sondan sonrakı dövrün əzabları

1920-ci il mayın 12-də bolşeviklər onu həbs edib Bakıya aparırlar. Qısa sürən istintaqdan sonra vətənsevər millət fədaisi Xudadat bəy Rəfibəyli iyunun 1-də Xəzərin kiçik bir adasına aparılaraq güllələnir. Xudadat bəy Rəfibəylinin xanımı Cəvahir 3 kiçik yaşlı uşaqla birlikdə taleyin ümidinə qalır. Ataları qətlə yetiriləndə Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı vardı.

Xudadat bəyin aralarında gələcəyin xalq şairi olan Nigar xanımın da olduğu ailəsi onun ölümündən sonra çox əzab çəkir:

"1930-cu ilin oktyabrında Gəncə şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması haqqında qərar qəbul edir. Xudadat bəy Rəfıbəylinin böyük oğlu Kamil bəy təqiblərdən yaxa qurtarıb Türkiyəyə sığına bilir və ömrünün sonuna kimi Türkiyədə həkimlik edir.

Xudadat bəy güllələndikdən sonra uzun illər onun iki övladının, başqa simsarların və dostların taleyindən bixəbər qaldılar. Onlar Vətən həsrəti ilə qovruldular, vətəndə isə bir çox yaxın qohumlar kütləvi repressiyalara məruz qaldılar. Xudadat bəyin qızı Nigar xanım, başqa yaxın qohum-əqraba isə sovet rejiminin təqibləri, nəzarəti altında yaşamağa məcbur edildilər. Bu əzab-əziyyətlərdən, sıxmaboğmalardan şairə Nigar xanımla yanaşı, böyük şair Rəsul Rzanın da payına az düşmədi. Şair ömrünün bəlkə də bir on ili bahasına başa gəldi Rəfıbəyovlarla bu qohumluq. Ancaq bu adi seçim yox, tale qisməti idi. Vətənin bir addımlığında isə Əyyub bəy, Səməd bəy kimi say-seçmə oğullar mühacirət həyatı yaşamaqda idilər. Qanlı rejimin ömrü bitmirdi ki, siyasi mühacir adıyla KQB-nin qara siyahılarına düşən bu insanlar heç olmasa ölüm ayağında geriyə - Azərbaycana dönsünlər. İçində Vətən boyda qürbət gəzdirən bu insanlar "Azərbaycan, mənim tacım, taxtım, oy!" (Almas İldınm),-deyərək həyata gözlərini yumdular. Əksərinin nə əlləri Vətənə çatdı, nə ünlərini eşidən oldu. Qanlı rejimin ömrü bitəndə artıq onlar həyatda deyildilər.

Ömrünün cəmi iyirmi ilini Vətəndə, doğmalan ilə birlikdə keçirmiş, sonra qardaş Türkiyədə mühacirətdə yaşamış və gözlərini əbədi yumduğu günədək doğma yurdun, əzizlərinin həsrətindən dərdli-dərdli qovrulan Kamil Arranın anası Cəvahir xanımın ölümünə yazdığı və 1955-ci il fevralın 21-də Əlaziqdə çıxan "Turan" qəzetində dərc etdirdiyi "Ağlaya bilməzsən" adlı rekviyemindən kiçik bir parçanı oxuculara təqdim etmək istəyirik. Qeyd edək ki, Kamil Arran Nigar Rəfibəylinin qardaşı, Xalq yazıçısı Anarın dayısıdır. (Mənbə: Lətif Şüküroğlu: "Cümhuriyyət hökuməti repressiya məngənəsində").

"Xeyr, əziz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım, səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə məhkum saralmış bir yarpağı olduğum üçün kimsəni rahatsız etməməyim lazımdı. Yalnız sənin həsrətinlə və bir daha o gözəl, nurlu üzünü görmək ümidimin aldığı üçün için-için ağladım... Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır. Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə ağladım, bunlara görə ağlayıram, əziz ana!

Bunları niyə yazdım? Xatirə və xəyalları əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin üçün yazdım. Əlifbanı yanlış yazdığım zaman ufacıq əllərimə vurduğun günlərin xatirəsini unutmamaq üçün yazdım. Çəkik gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım. Mənə öyrətmiş olduğun bu sənəti yenə sənə ithaf etmək üçün yazdım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 112
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 115
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 313
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 150
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 170
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 170
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 238
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 350
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 132