Hərbi biletlərlə bağlı mühüm qərar

Hərbi biletlərlə bağlı mühüm qərarAzərbaycanda "Ehtiyatda olan zabitin hərbi biletinin forması" dəyişdirilib.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilib.

"Ehtiyatda olan zabitin hərbi biletinin iç üzü"ndə:

1.1. "HƏRBİ BİLET" hissəsində "AR SHXÇDX-nin __________________________idarəsi (şöbə və ya bölməsi)" sözləri "_______________________" sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.2. 11-ci və 12-ci bəndlərdə "SHXÇDX-nin __________idarəsi (şöbə və ya bölməsi)" sözləri "__________________________" sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.3. XI bölmə üzrə:

1.3.1. 2-ci bənddə "SHXÇDX-nin rayon və şəhər idarələrinə (şöbə və ya bölmələrinə)" sözləri "hərbi bileti verən orqana" sözləri ilə əvəz edilsin;

1.3.2. 3-cü bənddən "yaşayış və ya olduqları yer üzrə SHXÇDX-nin idarələrində (şöbə və ya bölmələrində)" sözləri çıxarılsın;

1.3.3. 7-ci bənddə "yer üzrə SHXÇDX-nin rayon və şəhər idarə (şöbə və ya bölmə) rəisinə" sözləri "orqana" sözü ilə əvəz edilsin;

1.4. hərbi biletin formasının sonuna aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:

"Qeyd. Ehtiyatda olan zabitin hərbi biletində "hərbi bileti verən orqan" dedikdə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər zabitlərə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri nəzərdə tutulur.".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8985   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş