Gedikcə Artan avtobus qəzaları niyə DAYANMIR?

Gedikcə Artan avtobus qəzaları niyə DAYANMIR?"175 nömrəli maşurutun sürücüsünün bəxti gətirmədi".

Bunu BiG.AZ-a açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ərşad Hüseynov qeyd edib ki, daşıyıcıların hamısı eyni vəziyyətdədir. "Yalnız BakuBus MMC və bir-iki şirkəti çıxmaq şərti ilə yerdə qalanları acınacaqlıdır. 175 nömrəli maşurutun başına gələnlər digərlərinin də başına gələ bilər. Bu bu günün problemi deyil. Daşıyıcılarla bağlı problem artıq 30 ilə yaxındır ki, mövcuddur. Bu problemlər həll olunmalıdır. Daşıyıcılar bilməlidir ki, onların fəaliyyəti biznes sahəsi deyil. Onların gördükləri işinin çox ciddi sosial əhəmiyyəti var. Hər bir insan evindən işinə rahat gedib gəlməyində, təhlükə ilə qarşılaşanda, psixoloji gərginlik keçirəndə onun əmək qabiliyyəti aşağı düşür. İnsani münasibətlərində aqressiya özünü göstərir. Həmin sahibkarlar yoldan keçəni sürücü kimi işə götürməklə öz müştərilərini itirilər. İnsanlarımız istəyirlər hansı yolla olursa olsun təhlükəsiz gedib gəlsinlər. Hətta buna görə kreditlə maşın götürürlər. Daşıyıcılar çalışmalıdır ki, insanlar arasında etibarı yenidən qazansın. Bunun üçün də ilk öncə yararsız avtobuslar dəyişilməlidir. Düzdü bunun üçün ciddi sərmayələrdə qoymaq lazımdır. İşini bilən sahibkar həmin vəsaiti tapa bilər. Öz biznesini inkişaf etdirmək üçün tapmalıdır da".

Ekspert bildirib ki, dövlət orqanları da bu daşıyıcılara ciddi nəzarət etməlidir. "Nəzarət də Dövlət Yol Polisi tərəfindən həyata keçirilməlidir. Çünki adi sürücü sərxoş vəziyyətdə və yaxud da sürücülük hüququ olmadan avtomobil idarə etdikdə haqlı olaraqdan məsuliyyətə cəlb olunurlar. Eyni yanaşma avtobus sürücülərinə də olmalıdır. Onlar qaydaları pozduqları zaman cəzalandırılmalıdır. Qanunda göstərilən bütün sərtliklər tədbiq olunmalıdır. Bakı Nəqliyyat Agentliyi ilə dəfələrlə bu məsələ ilə bağlı məsləhətləşmələr aparmışam. Deyəndə ki, niyə bəzi daşıyıcıları dövrüyədən çıxartmırsınız. Onlar əsaslandırlar ki, başqa daşıyıcılar yoxdur. Bu məsələdə dövlətin ciddi nəzarətinə ehtiyac duyulur. BakuBus-un avtobus park genişləndirilməlidir. Sürücülər arasında düzgün seçim aparılsın. Yəni daha peşəkar olanlar, işci kontengininə uyğun olanlar seçilsin. Daşıyıcılara faizsiz kredit verilməlidir ki, onlar təzə avtobuslar ala bilsinlər. Bu məsələdə dövlətin marağı da olmalıdır. Hər dəfə hadisə baş verəndə araşdırıb, sürücünün cəzalandırılması problemin həlli deyil".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 529   Tarix: 09 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 258
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 192
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 949
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 2005
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 290
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 805
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 239
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 258
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 240