Sosial şəbəkələrdə bu fotolara baxarkən diqqətli OLUN!

Sosial şəbəkələrdə bu fotolara baxarkən diqqətli OLUN!Sosial şəbəkələrdə tez-tez psixoloji testlərlə qarşılaşırıq. "Bu şəklə baxanda nə görürsünüz? Yaşlı qadın ya cavan qız?" Və yaxud "şəkildə dovşan görürsünüz,ya at?" kimi...

Bu suallar yəqin ki, hamıya tanışdır. Deyilənə görə, şəkildə cavan qız görənlər daha çox optimist, yaşlı qadın görənlər isə pessimist hesab edilir.

Maraqlısı bundadır ki, həqiqətən eyni şəkil haqqında insanların fikirləri müxtəlif olur. Hətta bəzi şəxslər variantların heç birini görmədiklərini, təmamilə başqa nəsə gördüklərini iddia edirlər. Eyni zamanda bu şəkildəki rənglərə də aiddir. Bir insanın yaşıl rəngdə gördüyü nəyisə,digəri göy rəngdə görür.

Bəs bu nə ilə əlaqədardır?

Psixiatr Nadir İsmayılov Modern.az-a açıqlamasında bildirdi ki, bu hal illüziya ilə əlaqədardır: " Bu, real obyektin dəyişilmiş formada qavranılmasıdır. Bu hal sağlam insanlarda da nümayiş olunur. Ancaq əksər hallarda xəstə insanlarda bu hal özünü göstərir. Bunu rənglərə də aid etmək olar".

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, belə şəkillərlə bir insanın optimist və ya pessimist olmasını müəyyən etmək mümkün deyil. Bu sadəcə psixoloji testi yaradanların bir növ şəklə cəlb etmək üçün vasitəsidir: " Əsasən belə testlərə biz sosial şəbəkələrdə rast gəlirik. Bu cür şəkilləri ilkin bir fikir formalaşdırmaq üçün verirlər. Ancaq onların ciddi bir əsası yoxdur".

Elnur Rüstəmov qeyd edib ki, insanların şəklə baxıb fərqli şey görməsi əslində normal bir haldır:

"İnsanın gün ərzində əhvalı dəfələrlə dəyişə bilər. Və ya şəklə baxdığı anda diqqəti yayına bilər. Ola bilər ki, əhvalı yaxşı olan insan şəkildə pozitiv nəsə görsün, yaxud əksinə. Ona görə bu nisbi bir fikirdir,tam fikir deyil".

Psixoloq İbrahim İbrahimov bildirib ki, bu testlərə nəyinsə fərqli məkana köçürülməsi deyilir.

"İnsanlar divara baxarkən belə, beynində nə varsa onu görə bilər. Əks etdirmə testləri pixoanaliz nəzəriyyəsində geniş istifadə olunur. Psixoanaliz insanın şüur altından bəhs edən bir elmdir.İ nsanın şüur altında nə var öyrənmək üçün bu testlərdən istifadə olunur. Əsasən bunlar qorxu və şəhvət hissi olur".

Psixoloq söyləyib ki, şəkillərdə bəzi insanlar yaşlı qadın, bəzi insanlar cavan qız görə bilərlər:

"Cavan qız görənlər deyə bilərik ki, gənc, romantik insandır, cinsi hormonları daha yüksək olan insandır. Yaşlı qadın isə qorxuları əks etdirir, qorxu problemlərini üzə çıxarır. Əks etdirmə testlərinin əsas məqsədi də budur. Belə testlər çoxdur. Məsələn, uşaqlarla işlənən testlərdə ondan şəkil çəkməsini xahiş edirsən, şəkil çəkdikdən sonra görürsən ki, şəkildə hər hansı fiqur yoxdur. Bu uşağın hansısa psixoloji problemindən irəli gəlir".

İbrahim İbrahimovun sözlərinə görə insanların şəkillərdə fərqli rəngləri görməsi normal haldır: "Məsələn mən bir gül adı çəksəm, tutaq ki, lalə desəm hər kəs onu fərqli rənglərdə görər. Bunların hamısı şüuraltı ilə bağlıdır. Hər kəsin fərqli dünyası var. Bu normal qarşılanmalıdır".

Psixoloq Gülər Məmmədova açıqlamasında bunu illüziya ilə əsaslandırdı:

"Həmin şəkilləri rəssamlar elə tərzdə təqdim edirlər ki, hər kəs öz psixoloji durumuna uyğun olaraq həmin şəkli görə bilər. Tutaq bir qadın şəkli var, onu həm yaşlı qadın, həm də cavan qız kimi görmək olar. Orada qadını necə görəcəyin sənin psixoloji durumunla əlaqədardır. Və yaxud həm dovşan,həm də at şəkli kimi görünə bilir".

Gülər Məmmədovanın sözlərinə görə, insanlar bu gün o qədər gərgin,o qədər informasiya il’ dolu, depressiv halda yaşayırlar ki, təqdim olunan şəkillərdə özlərini tapmağa çalışırlar:

"Məsələn, şəklə baxır və neqativ nəsə görürlərsə, elə bilirlər ki, qeyd olunduğu kimi, həqiqətən psixoloji cəhətdən çökmüş bir insandır. Amma bu özünü tam doğrultmamış faktdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1771   Tarix: 07 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882