Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya Nazirliyi

Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya Nazirliyi"Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

Bir həftədir ölkə gündəminə çevrilən alpinistlərin axtarışı məsələsini dünən gecədən etibarən könüllülər adından paylaşılan məlumatlar daha da gərginləşdirdi. Belə ki, məlumatlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyevin axtarış işlərində səhlənkarlıq etdiyi, axtarış müddətini qəsdən uzadaraq yeyintiyə yol verdiyi və digər xoşagəlməz hallar olduğu qeyd edilib.

BiG.AZ xəbər verir ki, Xeber365.com-a sözügedən məlumatın axtarışlarda iştirak edən Rusif Bağırov tərəfindən yayıldığı, adı çəkilən şəxsin isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) bağlı olduğu bildirilmişdi. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bununla bağlı saytımıza açıqlama verərək məsələyə aydınlıq gətirib:

"Rusif Bağırov ETSN-in əməkdaşı deyil və onun nazirliklə, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Kənddə yaşayan bir adamdır. Bu, cəfəngiyyatdır. Alpinistlərin itkin düşməsi ilə bağlı məlumat alınan ilk gündən etibarən Ekologiya Nazirliyinin həmin ərazini tanıyan əməkdaşları FHN-lə birgə axtarışlarda iştirak edib. Yəni alpinistlərimizin tapılması üçün iki nazirlik əl-ələ verib çalışıb.

Ola bilər ki, kimsə iki dövlət qurumunu üz-üzə qoymaq, görülən işlərə kölgə salmaq istəyir və yayılan qeyri-səhih məlumatlar da buna xidmət edir. Əksinə, Ekologiya Nazirliyi bütün qüvvələrini tabe edib könüllü surətdə Fövqəladə Hallar Nazirliyinin qərargah rəisinə ki, bir əldə idarə olunsun. Əsas məsələ kömək etməkdir. Birmənalı şəkildə deyirəm ki, yayılan məlumatlar təəssüf hissindən başqa bir şey doğurmur. Kimsə intriqa məqsədi ilə ola bilsin hardasa məqsədli şəkildə nə isə yazıb, amma rəsmi mətbuatda buna rast gəlməmişik. Bir daha bildirirəm ki, bu cəfəngiyatdan başqa bir şey deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 03 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

14:59 133
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 369
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

18:40 0
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

19:20 0
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

20:30 0
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 272
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

20:00 0