Bu şəxslərin maaşları artırıldı

Bu şəxslərin maaşları artırıldıElmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb.

BiG.AZ GoldNews.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında" 14 iyun 2017-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat), dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 40 manat əlavə müəyyən edilib. Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilib. Başqa sözlə, bu kateqoriya üzrə dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 50 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 75 manat, iş stajı 20 ildən artıq olduqda — 100 manat, professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 60 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 90 manat, iş stajı 20 ildən artıq olduqda 120 manat əlavələr müəyyən edilib.

Göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınacaq. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödəniləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunacaq.

Qeyd edək ki, "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaş ları haqqında" Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarına əsasən elmi dərəcəsi olan, vəzifə maaşı sxemində nəzərdə tutulmamış xalq təhsili, səhiyyə, sosial müdafiə, bədən tərbiyəsi və idman, mədəniyyət və arxiv, kənd və meşə təsərrüfatı, hidrometeorologiya, geologiya və geodeziya idarələrində, bilavasitə öz ixtisası üzrə çalışan Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına fəlsəfə doktorlarına (elmlər namizədlərinə) 36 manat, elmlər doktorlarına 76 manat məbləğində əlavələr müəyyən edilib. Yeni qərarla əlaqədar bu məbləğ müvafiq olaraq 40 manat və 80 manat müəyyən edilib.

Bu qərar bu gündən - 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1724   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 495
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 215
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 2608
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 149
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 239
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 108
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 279
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 273
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 187