Dövlət işində işləmək istəyənlərin nəzərinə - VAKANSİYA VAR
"Dövlət İmtahan Mərkəzi tərəfindən 27 dekabr 2017-ci il tarixdə vakant olan 198 rəhbər vəzifə üzrə (A növü) müsahibə (müsabiqənin müsahibə mərhələsi) elanı verilmişdir".
BiG.AZ xəbər verir ki, müsahibə üzrə qeydiyyat bir ay - 25 yanvar 2017-ci il tarixədək davam edəcəkdir. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Dövlət Mülki Aviasiya Administrasiyasında şöbə müdiri və şöbə müdirinin müavini, Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə müsabiqəyə təqdim olunmuşdur. Müsabiqənin müsahibə mərhələsində müvafiq vəzifələr üzrə sertifikata malik olan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları işlənilmiş, müsahibə proqramları hazırlanmış və Mərkəzin saytında yerləşdirilmişdir.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 27 dekabr 2017-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1896 Tarix: 27 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib
ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx dəzgahlarının istehsalı ilə bağlı təhlükəli ağciyər xəstəliyinin ilk halı müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə "Fox News" məqalə dərc edib. Məqalədə bildirilir ki, bu xəstəlik mətbəx dəzgahları üçün getdikcə populyarlaşa
15:40 127 Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy
17:00 112 Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib
İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını
14:10 118 Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi
Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d
17:50 166 WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki
16:40 116 Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyab
14:20 135 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
18:20 94 Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş
Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind
15:10 178 Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər
Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər. "Report" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib. "Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"
13:30 117