Qanun dili dəyişdirilməli, onlara yenidən baxılmalıdır: Ekspertlərdən etiraz

Qanun dili dəyişdirilməli, onlara yenidən baxılmalıdır: Ekspertlərdən etirazBəzən qanunvericilikdə dilimizə aid olmayan sözlərə, bəzən isə qanunların dilinin qəliz olmasına rast gəlirik. Hətta bu vətəndaşlar tərəfindən, dövləq qulluqçuları tərəfindən də müəyyən narazılıqlarla qarşılanır. Çünki qanunları aydın və başadüşülən şəkildə tərtib edilmədiyi üçün, yaxud mübahisəli məqamlar olduğu üçün cəmiyyət tərəfindən narazılıqlarla qarşılanır.

Bunun bariz nümunəsi kimi "Yol Hərəkəti Haqqında" qanunu misal göstərə bilərik. Həm dilimizə aid olmayan sözlərin çoxluğu, həm müddəaların qəliz və başadüşülən olmaması sürücülər və polis əməkdaşları tərəfindən də mübahisələndirilir.

Qanun dili dəyişdirilməli, onlara yenidən baxılmalıdır: Ekspertlərdən etirazMəsələ ilə bağlı BiG.AZ-a danışan nəqliyyat eksperti Elməddin Muradlı da qanunvericilikdə bəzi anlaşılmazlıqların olduğunu və bunun yaxın gələcəkdə yenidən baxılmalı olduğunu bildirdi: ""Svetofor" sözü doğrudan da "Yol Hərəkəti Haqqında" qanunvericilikdə var, "plyonka" sözündən də istifadə edilir. Mən hesab edirəm ki, "Svetofor" sözü qəbuledilən və hər kəs tərəfindən başa düşüləndir. İşıqfor sözü bir o qədər anlaşılan deyil. Gələcəkdə ola bilər ki, bu sözlər qanunverciiliyə daxil olsun və cəmiyyət tərəfindən qəbul edilsin. Lakin "plyonka" sözü diləyatımlı deyil, amma illərdir istifadə edilir. Mənim fikrimcə terminologiya mütəxəsisləri bu barədə düşünməlidirlər. Bu Yol polis orqanlarının üzərinə düşən bir iş deyil, bu qanunverici orqan olan Milli Məclisin işidir. Qərar qəbul oluna bilər ki, bu sözlər əvəzlənsin.

Bununla yanaşı qanunların dili də çox anlaşılmazdır. Hətta cümlələr elə çətindir ki, orta təhsili olan adam oxuyub bunu başa düşə bilmir. Məsələn İnzibati Xətalar Məcəlləsində belə bir cümlə var, "Nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirməməyə görə". Bunu bəzi vətəndaşlar, sürücülər də elə bilir ki, bu park etmək ilə bağlıdır, hətta bəzi yol polisləri də bunu belə bilir, hətta buna görə protokol yazan yol polislərimiz də var amma bu zolaqlar üzrə düzgün hərələt etməməklə bağlıdır. Belə ola bilər ki, yol 3 zolaqlı ola bilər, lakin sıxışdırılma zamanı növbəti bir zolaq yarana bilər. Burada da maşınlar zolaq xəttinin üzəri ilə hərəkət edərək qaydanı pozur ki, bu qanun da məhz buna aitdir.

Düşünürəm ki, qanunlar hazırlanarkən bu cür tərcümə vasitələrindən uzaq olmaq lazımdır. Başqa-başqa ölkələrin təcrübəsindən yararlanmaq istəyiriksə dilçi alimlərə də müraciət etmək lazımdır. Bəzi hüquqşünaslar var ki, özünə sığışdırıb dilçi alimə müraciət etmək istəmir ki, deyəcəklər filankəs savadsızdır. Lakin bunu elə dildə yazmaq lazımdır ki, hamı başa düşsün. Başa düşməməyinin nəticəsində sürücülər də, polis əməkdaşları da, vətəndaşlar da əziyyət çəkirlər, mübahisəli məqamlar ortaya çıxır.

Bu gün Azərbaycanda qanunvericiliyin üzərində ciddi işlər aparmaq lazımdır. Həm qanunun dili baxımından, həm də üslub baxımından".

Qanun dili dəyişdirilməli, onlara yenidən baxılmalıdır: Ekspertlərdən etirazTəhsil eksperti Kamran Əsədov isə dilçilik mütəxəsislərini sərt şəkildə qınayıb və qanunların ciddi şəkildə yenidən baxılmasına ehtiyyac olduğunu bildirib:

"Biz tarixə nəzər salsaq görərik ki, 20-ci əsrdə Azərbaycan öz əlifbasını 4 dəfə dəyişib. Azərbaycan xalq cümhuriyyəti illərində biz çar Rusiyasının tərkibində idik, bu zaman rus dilindən istifadə edirdik. Eynilə Azərbaycanda ərəb və fars dillərindən də istifadə edilib. Müstəqillik qazanandan sonra isə Azərbaycanda türk dili istifadə olunmağa başladı, sonra isə yenidən rus dilinə keçid oldu. Bu hadisələr dil və söz bazamıza ciddi şəkildə təsir göstərdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra, yəni 1991-ci il 18 oktyabrdan sonra da dilimiz mübahisə doğurdu. Dilimiz türk dili olsun, yoxsa Azərbaycan dili. Hətta 1998-ci ilə qədər bəzi kitablarımız türk dilində dərc olunmağa başladı. Sonradan isə bu gün istifadə etdiyimiz Azərbaycan dili artıq bizim dilimizə çevrildi. Bu proseslər dil bazamıza mənfi təsirini göstərsə də bu o demək deyil ki, dil bazamız o qədər də zəngin deyil. Azərbaycanın lüğətində 70 mindən çox söz varsa bu zənginlik deməkdir. Lakin bəzi terminoloji, texnoloji terminlər var ki, onlar dünyanın bütün dillərində eyni ifadə edilir.

Bəzən türklər bu terminlərin obyekti ifadə edən şəkildə qarşılığını taparaq dillərinə daxil edə bilirlər. Məsələn dünyanın "kompyuter" dediyi texnikaya türklər "leptop", yaxud "dizüstü" deyirlər. Bizdə də belə etmək istəyirlər lakin bu çox kobud və bayağı alınır. Azərbaycanda bir dilçilik qurumu var ki, bəzən elə sözlərin qarşılığını kəşf edirlər ki, çox təəccüblənirik. Onlar əslində əşyanın adını deyil, əşyanın yerinə yetirdiyi funksiyasını ifadə edirlər. Məsələn hamımızın bildiyi "Adapter" sözü. İfadə ediblər ki, "Enerji dolduran". Bu qarşılıq onun gördüyü işdir, əşyanın adı deyil.

Yol Hərəkəti Haqqında qanunda öz əksini tapan əcnəbi sözlər "Svetofor", "Plyonka" və s. sözlərin mütləq şəkildə qarşılığı tapılmalıdır. Heç "Svetofor" sözü də doğru qaşrılanmayıb, düşünüblər ki, bu sözün qarşılığı "İşıqfor"dur. Bu sözləri qanunverciliyə daxil etməklə dilimizə hörmətsizlik etmirik, sadəcə olaraq o sözlərin qarşılığının tapılması daha yaxşı olardı. Bu gün dilçilik qurumu sözlərə elə qarşılıq tapır ki, adam düşünür bunu bir dövlət qurumu edib, yoxsa 4-5 nəfər uşaq məhlədə zarafatlaşmaq üçünmü belə ediblər?

Məlum məsələdir ki, qanunlar başqa ölkələrdən tərcümədir. Amma bu tərcümə sanki "Google Tranlate" də sözbə söz edilib, sanki bu tərcüməni heç peşəkarlar etməyib. Bu qanunlar tərcümə edildikdən sonra isə dilçilik mütəxəsislərinin nəzarətindən keçirilməlidir. Mən sizə konkret qanunlar göstərə bilərəm ki, Çexiyanın qanunvericiliyindən və s. digər ölkələrdən tərcümədir, üzərində heç çalışılmayıb da. Buna mütəxəsislər baxmalıdır ki, bəlkə daha anlaşılan, münasib şəkildə ifadə tərzi tapıldı. Qanunu 10 dəfə oxuyandan sonra da başa düşmək olmur.

Yekun olaraq qeyd edim ki, bu qanunlar yazılarkən, dilimizə yeni sözlər daxil edilərkən 3-4 nəfər ekspert qrupu yox, geniş ictimai müzakirədən keçirildikdən sonra qəbul etmək lazımdır. Bəlkə daha unikal təkliflər edildi? Siz bəyəm Dədə Qorqudsunuz ki, nəyəsə ad qoyasınız? "Kupalnik"ə "Geyçim" adı düşünmək ayıbdır sadəcə olaraq...".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 26 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672