Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir?

Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir?Prezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsinin səbəbləri sırasında, əsasən, onun səhhəti ilə bağlı yaşadığı narahatlıq göstərilir.

Bəzi millət vəkilləri də, özü də səhhətində problemlərin meydana gəldiyini gizlətməyiblər. Amma indiyə qədər cəmi 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu sirr olaraq qalmaqdadır.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır.

İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.

Mənbənin sözlərinə görə, Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və "müharibə veteranı" statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında, doğrudan da, həmin "boşluq" görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə, sabiq nazir 1964-cü ildə anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. Daha sonra isə onun 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışdığı bildirilir.

1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdəmi olub? Hərbi xidməti harada keçib?

Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Qeyd edək ki, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verib. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında azərbaycanlılar da iştirak ediblər. Bu əməliyyatdan sonra bölgəyə gedən könüllülər sırasında da yüzlərlə azərbaycanlı olub.

Sözügedən hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. On minlərlə insan isə sonsuz qalıb.

İddialarla bağlı Fazil Məmmədovun və ya yaxınlarının açıqlamasını almaq mümkün olmadı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1910   Tarix: 24 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yük avtomobili yaşlı qadını vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir. İlki

13.12.2025 151
.

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 82,688 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. Təkcə noyabrda Türkiyə Azərbaycana 6,8

13.12.2025 131
.

Doğum sayı azalıb

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb

13.12.2025 122
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"

Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh

13.12.2025 137
.

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl

13.12.2025 158
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 100
.

Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya

01:19 107
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

TOP MP3